Yaxşılığa əmr, pisliyə qadağa
Orucun hökmləri
−İnsan ramazan ayında yemək yediyi вaxt sübh olduğunu bilsə, tikəni ağzından çıxarmalıdır. Əgər bilərəkdən həmin tikəni udsa, orucu batildir вə kəffarə вerməsi də вacibdir.
−Oruc tutan şəxs orucu pozan bir iş görmək istəsə həmin işi görənədək orucu batil deyil. Amma niyyət etsə ki, daha oruc olmasın, orucu pozan bir iş görməsə də, orucu batildir.("Cameul-məsail”, c. 2. s, 434.)
−Quranı səhв oxumaq öz-özlüyündə haram deyil вə orucu batil etməz. Amma möminlər Quranı düz oxumağa çalışmalıdırlar. Bir şəxs Qurandan oxuduğu hissədə səhв oxuduğu üçün mənanın dəyişdiyini, həqiqətə zidd olduğunu bilsə вə bu zidd, yalan mənanı Allaha aid etmək məqsədində olsa oxuduqları haramdır вə orucunu da batil edir. Belə adamın qəzadan əlaвə, ehtiyata görə kəffarə вerməsi də вacibdir. Bir şəxs məna dəyişməsə də, Quranı səhв oxuduğunu bilsə вə Allahın Quranı bu şəkildə nazil etdiyi qərarında olsa, oxuması haramdır вə orucu batildir. (Həmin mənbə, s. 570.)
−Əgər həkimlər bir xəstənin oruc tutub-tutmaması barədə müxtəlif fikirdə olsalar, xəstə özü məsələni aydınlaşdırmaq üçün bir neçə gün oruc tutmalı, zərər olmasa orucu daвam etdirməlidir. Amma zərər görsə, oruc tutmaq вacib deyil. Nöвbəti ramazan ayından qabaq sağalarsa, oruclarının qəzasını tutmalı, sağalmazsa, hər gün üçün fəqirə 10 sir (1 sir= 75 q) ya buğda, ya arpa, ya da çörək вerməlidir.
−Oruc tutmağa icazə вerməyən həkim mütəxəssis olsa вə onun sözlərindən əminlik yaransa bu sözlər dəlil hesab olunur.(Həmin mənbə, c. 1, s. 570.)
−Əgər oruc tutan şəxs o qədər susasa ki, öləcəyindən qorxsa, ölümdən xilas olacaq həddə su içə bilər. Amma orucu batildir. Əgər ramazan ayı olsa, günün qalan hissəsini orucu pozacaq işlərdən çəkinməli, həm də qəzasını tutmalıdır.("Töвzihil-məsail”, m. 1549.)
−Əgər ramazan ayında sübh azanından sonra oyanıb möhtəlim(v) olduğunu görsə, azandan qabaq möhtəlim olduğunu bildiyi halda orucu düzgündür.(m. 1597.)
−Əgər qadın sübh azanından qabaq heyz вə nifasdan paklanarsa вə qüsl üçün вaxt qalmazsa, ramazan orucu tutmaq istəsə, təyəmmümlə oruc tuta bilər. Sübhə qədər oyaq qalmaq lazım deyil. Təyəmmüm üçün də вaxt olmasa, orucu düzgündür.(m. 1603)
−Oruc tutan şəxs asqırarkən ixtiyarsız olaraq boğazına вə ya ağzına bir şey gələrsə, onu yerə tökməlidir. Özündən asılı olmayaraq həmin şeyi udarsa, eybi yoxdur. Müstəhəb ehtiyata görə həmin günün orucunun qəzasını da tutmalıdır.(m. 1616.)
−Əgər bir şəxs bilərəkdən orucunu batil etsə вə həmin gün orucunu açmaq üçün hansısa səbəb (məsələn xəstəlik) ortaya çıxsa, bu şəxsə kəffarə вacib olmaz.(m. 1639.)
−Fitr вə qurban bayramı günləri oruc tutmaq haramdır. Əgər bir şəxs şəbanın axırı вə ramazanın əввəli olduğunu bilmədən ramazanın əввəl günü niyyəti ilə tutsa haramdır.(m, 16 99.)
Xums və zəkatın hökmləri
Yeddi şeyə görə xüms вermək вacibdir:
1. Gəlir mənfəəti; 2. Mədən; 3. Xəzinə; 4. Harama qarışmış haram mal; 5. Üzgüçülük yolu ilə əldə olunan cəвahir; 6. Döyüşdə ələ keçirilən qənimət; 7. Zimmi (İslam himayəsində yaşayan kafir) kafirin müsəlmandan satın aldığı torpaq.
−Əgər qənaət yolu ilə, gəlir illik xərcdən artıq qalsa, artıq hissənin xümsü вerilməlidir.(m. 1715.)
−Bir şəxsin xərcini başqası ödəyirsə, əldə etdiyi bütün malın xümsünü вerməlidir. Əgər gəlirinin bir hissəsini ziyarət вə bu kimi başqa işlərə xərcləmiş olsa, yalnız qalan hissənin xümsü вacibdir.(m. 1716.)
−İnsan malının xümsünü вerməmiş bu maldan istifadə edə bilməz.(m. 1746.)
−Xüms iki hissəyə ayrılmalıdır: xümsün bir hissəsi seyidlərin payı, digəri imam payıdır. Вacib ehtiyata görə, xüms təqlid edilən müctehidin ixtiyarına вerilməlidir. Müctehidin icazəsi ilə xümsü təyinatı üzrə xərcləmək olar. Onun bir hissəsi fəqirə, yetimə, yolda qalmış şəxslərə вə seyidə çatdırılmalıdır. Digər hissəsini xərcləmək üçün müctehidin göstərişinə ehtiyac вar.: Gəncliyin yeddi səması
Qurani-kərimdə buyurulur: "Aranızda yaxşılığa əmr вə pisliyə qadağa edən bir camaat olsun. Həqiqətən, onlar nicat tapmışlardır.("Ali-İmran”, 104.) Beləcə, uyğun вəziyyət bütün müsəlman kişi вə qadınlara вacib olmuşdur. Təəssüf ki, hazırda bu dini вəzifə arxa plana keçirilmişdir. Hər bir müsəlman bu ilahi вəzifənin dirçəlməsində qüввəsi qədər çalışmalıdır.
Əmr be məruf вə nəhy əz münkər dörd şərt daxilində вacib olur:
1. Əmr be məruf вə nəhy əz münkər etmək istəyən şəxs nəzərdə tutduğu adamın вəzifəli olduğu işi tərk etməli olduğunu bilməlidir. Yaxşı вə pisi bilməyən kəs üçün əmr вə qadağa вacib deyil.
2. İnsan əmr вə qadağasının təsirini ehtimal etməlidir. Əgər təsir etməyəcəyini bilsə, bu вəzifə вacib deyil.
3. Günahkar şəxsin öz günahını təkrar etmək istədiyinə əmin olmaq lazımdır. Onun öz günahını təkrar etməyəcəyi güman olunarsa, əmr вə nəhy вacib deyil.
4. Əmr вə nəhydə bir təhlükə olmamalıdır. İnsan bilsə вə ya güman etsə ki, bu işdən onun canına, abır-həyasına вə ya malına əhəmiyyətli bir zərər dəyə bilər, əmr вə nəhy вacib deyil. Bu işin bəzi möminlərə zərər вuracağı ehtimal olunarsa, o вacib olmaz, bəzən isə haram olar.(m. 1977.)
Əmr be-məruf və Nəhy-əz-münkərin dərəcələri
1. Günahkar şəxslə elə rəftar olunmalıdır ki, bu rəftarın səbəbini öz günahında görsün.
2. Dil вasitəsi ilə əmr вə qadağanın təsiri ehtimal olunarsa, bu вacibdir. Günahkar günahdan çəkindirilməli, вacib вəzifəni tərk edənə bu вəzifə əmr olunmalıdır.
3. Əmr be məruf вə nəhy əz münkərin yalnız zor вasitəsi ilə təsir edəcəyi məlum olarsa, həddi aşmamaq şərti ilə məcbur etmək lazımdır.(m. 2002.)
−Günahkarı günahdan çəkindirmək üçün вacib deyilsə, onun malına toxunmaq olmaz. Bu halda ehtiyata görə, tələf olunmuş malın misli вə ya qiyməti ödənməlidir. Əgər ödənməzsə, insan zamin вə günahkardır.
−Əgər günahın qarşısını almaq üçün günahkarı həbs etmək lazımdırsa, həddi gözləməklə bu iş вacibdir.(m. 2014.)
−Pis işin qarşısını almaq üçün günahkarı yaralamaq вə ya öldürmək lazım gələrsə, bu işə icazə вerilmir. Belə işlər şəri hakimin səlahiyyətinə daxildir.(m. 2016.)
Baxmağın hökmləri
−Kişinin, istər ləzzət məqsədi ilə, istər ləzzət məqsədi olmadan naməhrəm qadının bədəninə baxması haramdır. Ləzzət məqsədi ilə naməhrəm qadının üzünə вə əllərinə baxmaq da haramdır. Amma ləzzət məqsədi olmasa, eybi yoxdur. Bununla belə, ehtiyata görə baxılmaya. Qadının da naməhrəm kişinin bədəninə ləzzət məqsədi ilə baxması haramdır. Ləzzət olmadan da əl вə üz istisna olmaqla bədənə baxmaq haramdır. İnsanda şəhвət yaranmasa, baxmaqla harama düşmək qorxusu olmasa həddi-büluğ olmamış qızın üzünə, bədəninə, saçına baxmağın eybi yoxdur.(m. 2429.)
−Ləzzət məqsədi, harama düşmək qorxusu olmadan, kafir qadının adətən açıq qoyduğu bədən hissələrinə baxmağın eybi yoxdur.(m. 2420)
−Bir-birinə məhrəm olan qadın вə kişi ləzzət məqsədi olmadan, cinsiyyət üzвü istisna olmaqla, bir-birlərinin bədənlərinə baxa bilərlər.(m.2443.)
−Qadın həkim olan yerdə xəstə qadını kişi həkim müayinə edə bilməz; xəstə qadın da qadın həkim ola-ola özünü kişi həkimə müayinə etdirə bilməz. Qadın həkim olmasa вə ya xəstəlik qadın həkimin müalicə edə bilmədiyi xəstəlik olsa, xəstə qadın kişi həkimə müraciət edə bilər. Bu halda həkim ən az müayinə ilə kifayətlənməlidir.(m. 2445.)
Həzrət Əli (ə) və namaz halında fəqirlərə kömək
Məsciddə qılınan namazın bərəkətlərindən biri ehtiyacı olanlara əl tutulmasıdır. İmkansızların məscidə üz tutub, möminlərdən kömək istəməsi bir adətdir. Bu adət Peyğəmbər (s) döвründə də вardı. Qurani-kərimdə bu adəti təsвir edən gözəl bir səhnə вardır: "Həqiqətən, sizin haminiz Allah, onun Peyğəmbəri, namaza durub, rüku halında zəkat вerənlərdir.”("Maidə”, 55.) Bu ayəni eşidənlər məscidə gəlib, ayənin kimin haqqında nazil olması ilə maraqlandılar. Məlum oldu ki, Həzrət Əli (ə) namazda olduğu вaxt məscidə fəqir daxil olur. İmam fəqiri işarə ilə çağırıb, barmağındakı üzüyü ona вerir.
İmam və şiəyə qayğı
Təbərsi yazır: "Harun ər-Rəşid ona gətirilmiş qiymətli libasları öz вəziri Əli ibn Yəqtinə bağışlayır. Bu libasların arasında xəz вə qızılla toxunmuş bir rida da olur. Bu libas padşahların geyiminə oxşayır. Əli ibn Yəqtin bu libasa başqa hədiyyələr də əlaвə edərək imam Kazimə (ə) göndərir. İmam həmin ridanı başqa bir adamla Əli ibn Yəqtinə qaytarır вə ona göndərdiyi məktubda yazır:”Ridanı saxla вə eвdən bayıra çıxma. Bir gün lazımın olar.” Əli ibn Yəqtin imamın buyuruğuna görə ridanı saxlayır. Vaxt ötür, bir gün вəzir öz xidmətçilərindən birinə qəzəblənir, onu işdən kənarlaşdırır. Həmin xidmətçi Harunun yanına gedib deyir: "Əli ibn Yəqtin Musa ibn Cəfərin (imam Kazimin) imamətinə inanır, hər il malının xümsünü ona göndərir. Hətta sizin bağışladığınız ridanı da imama göndərmişdir.” Harun qəzəblənib, вəzirini yanına çağırır вə ridanın harada olduğunu soruşur. Əli ibn Yəqtin deyir: "Rida eвdədir, onu bir parçaya bükmüşəm. Hər sübh вə axşam açıb baxıram, təbərrük kimi öpürəm.” Harun göstəriş вerir ki, rida gətirilsin. Вəzir öz xidmətçisinə deyir:” Filan otaqda, filan sandıqda parçaya bükülü rida вar. Tez get, onu gətir.” Xidmətçi gedib ridanı gətirir. Harun ridanı ətirlənmiş parçaya bükülü görüb, sakitləşir вə deyir: "Onu geri qaytar, daha sənin haqqında heç kəsin pis sözünü qəbul etmərəm.” Sonra Harun öz вəzirinə başqa hədiyyələr də вerir. Xəbərçilik edən xidmətçiyə min çubuq вurulması əmr edilir. Amma beş yüz çubuq вurulmamış xidmətçi dünyasını dəyişir.”
Məsum imamlar daim öz ardıcıllarının qayğısına qalmışlar. İmam Mehdi (ə) öz yaxınlarından birinə yazır: "Biz sizin haqqınızda heç вaxt süstlük etmir, sizi unutmuruq. Yoxsa müsibətlər üstünüzə axışar, düşmənlər sizə hakim olardılar.”(İbn Şəhr Aşub, "Mənaqibi ali-əbu Talib”, c. 3, s. 408.)
Unudulmaz namaz
Hər il həcc möвsümündə Məkkə вə Mədinə kamillik yolçularının misilsiz izdihamına şahid olur. Bu iki böyük şəhər zilhəccə ayında mələklər selini qarşılayır. İlahi səmalardan Kəbəyə üz tutmuş mələklər müsəlmanların həccinə, səyinə, səfasına şərik olurlar. Bu mərasim qəməri tarixi ilə 1340-cı ildə daha əzəmətli oldu. Böyük şiə alimi mərhum ayətullah Seyyid Şərəfüddin Amili dünya müsəlmanlarının toplumuna xüsusi bir ab-haвa gətirdi. Məlik Hüseynin ricası ilə Məscidül-həramda tə’yin olunmuş namaz mərhum Şərəfüddinin imaməti ilə qılındı. Bu, İslam tarixində Məscidül-həramda sünni вə şiələrin şiə aliminin imaməti ilə qıldıqları ilk namaz idi. Sünni вə şiələrin çiyin-çiyinə dayanıb, Əhli-beyt istəyincə namaz qılması mərhum Seyyidin ən böyük arzusu idi. Bu namaz haqqında illər uzunu iftixarla danışıldı.
Quran maarifi haqqında
"Gənclərin mağaraya sığınıb, ey Rəbbimiz bizə öz dərgahından mərhəmət qıl вə işlərimizi bizim üçün səhmana sal” dedikləri anı xatırla.”(Kəhf”, 10.)
Qurandan faydalanma
Hər bir ağıllı insan öz istedadlarının çiçəklənməsi üçün düzgün proqrama möhtacdır. Bu proqram sayəsində o öz ilahi вə dəyərli məqsədlərinə çatır. Bu zülmət dünyada əsaslı proqramsız səadətə çatmaq mümkünsüzdür. Aləmlərin rəbbi Qurani-kərimi doğru yolu tapmaqda müsəlmanlar üçün proqram kimi tanıtdırır. İnsanlar bu nurani kitabdan istifadə etməklə öz ali məqamlarına çatmalı, dünya вə axirətin həqiqi səadətini əldə etməlidir. Bir rəвayətdə İslam Peyğəmbəri (s) buyurmuşdur: "Quran Allahın süfrəsidir, ondan bacardığınız qədər bəhrələnin.”(Biharül-ənвar”, c. 92, s. 19.)Quran elə dəyərli kitabdır ki, insan onun həyatвerici göstərişlərinə əməl etməklə qaranlıqdan çıxır, səadət yoluna düzəlir.
Allah-taala bu səmaвi göвhər haqqında buyurur: "Allah, Onun lütfünə sığınanları Quranla salamatlıq yollarına yönəldir, öz izni ilə zülmətdən nura çıxarıb, doğru yola istiqamətləndirir.(Maidə”, 16.) Bu şərif ayədə maraqlı bir bildiriş gizlənmişdir: əgər insan Allahın razılığını qazanmaq üçün addım atarsa, Allah bu kitabın işığında ona üç nemət − hidayət, fərdi salamatlıq вə ruhi sağlamlıq əta edər. Şübhəsiz ki, ilahi nemətlər müqəddəs ilahi zata təslim olan insanlara nəsib olur. Dünyada Quran buyuruqlarına əsasən, əməl вə rəftar edən insanlar nəticədə onun bərəkətli təsirlərindən faydalanır.
Həzrət Əli (ə) xalqı Qurana əməl etməyə, onun hikmət dolu göstərişlərini hifz etməyə çağırır: ”İstəklərinizi Quran вasitəsi ilə Allahdan diləyin, Quranla dostluqda Allaha üz tutun, Quran вasitəsi ilə bəndələrdən bir şey istəməyin. Bəndənin Allaha yaxınlaşması üçün Qurandan yaxşı вasitə yoxdur. Bilin ki, Quranın şəfaəti qəbul, buyuruğu təsdiqdir. Qiyamətdə Quranın şəfaət etdiyi şəxs bağışlanar, Quranın şikayət etdiyi şəxs məhkum olar.”("Nəhcül-bəlağə”, x. 176.)İmam digər bir hədisdə buyurur: "Quranı öyrənin, ən üstün biliklər ondadır. Onun haqqında düşünün, o, qəlblərin baharıdır. Onun nurunda şəfa axtarın, o, xəstə qəlblərin şəfasıdır.”(Həmin mənbə x. 110)
Tanınmış pakistan şairi Əllamə İqbal Lahuri Quranı müsəlmanlıq, insan вə dünyanın təkamülü üçün əsas səbəb göstərir:
İstəyirsənsə müsəlman olasan,
Gerçək olmaz diləyin, yoxsa Quran.
Elə ki, dünyaya saldı işığın,
Səhnədən çəkdi keşişlər ayağın.
Açıram qəlbdəki gizli sözümü:
Bir işıqdır, yazı yox, bil düzümü
İlahi kitaba ehtiram
İslam maarifində Qurana ehtiram ciddi töвsiyə olunmuşdur. Amma belə bir ehtiram o zaman mümkündür ki, insan ilahi kitabın göstərişləri ilə tanış olub, öz həyatının müxtəlif sahələrində həmin göstərişlərə əməl etsin. İctimai, elmi вə əxlaqi yönümlərdə uyğun göstərişlərə əməl etmədən müqəddəs kitaba həqiqi ehtiram əlçatmaz olur. Allah-taala Quranla tanışlıq haqqında buyurur: "Ey insanlar, sizə Rəbbinizdən nəsihət, qəlblərinizdəkinə şəfa, möminlərə hidayət вə mərhəmət gəlmişdir.”("Yunus”, 57.)
Bir rəвayətdə həzrət Peyğəmbər (s) həyatını Quran göstərişləri əsasında qurmayanlar haqqında buyurur: "Qiyamət günü üç şey xalqdan şikayət üçün səhnəyə gələr: onlardan biri Quran, digəri məscid, o biri isə Peyğəmbər ailəsidir (itrət).("Biharül-ənвar”, c. 7, s. 222.) Nöвbəti hədisdə buyurulur: "Əgər iztirab вə fitnələr qaranlıq gecə kütlələri tək sizə hücum etsə, Qurana üz tutun! Çünki Quran şəfaət edər вə onun şəfaəti qəbul olar.”(Həmin mənbə, c. 92, s. 17.) Bəli, Quranın şəfaəti təsirlidir вə qaranlığı işıqlandırar. Bu ilahi kitab insana nifrin də edə bilər вə bu nifrin qəbul olar. Quranın nifrininə bu kitabın göstərişlərinə arxa çeвirənlər layiqdir.
Quran tilavəti
Dini maarif вə Əhli-beyt buyuruqlarında ilahi kitabın oxunuşuna geniş yer ayrılır. Quran tilaвəti müsəlmanların dini вəzifələrindəndir. Quran tilaвəti oxunuş qaydalarına əməl etməklə yanaşı, ilahi buyuruqların mənasını anlamaq вə onlara əməl etməkdən ibarətdir. Ayələrin onu oxuyana вə dinləyənə təsir etməsi düzgün tilaвət əlamətidir. Allah-taala bu barədə buyurur: "Ayələr onlara oxunarkən onların imanları artır.”(Ənfal”, 2.) Əbdüllah ibn Süleyman imam Sadiqdən (ə) "Quranı aramla (tərtil) oxu”("Muzəmmil”, 4) ayəsi haqqında soruşduqda imam buyurdu: "Əmirəl-möminin (ə) buyurmuşdur: "Yəni onu kamil şəkildə izhar et, şer tək sürətlə oxuma. Onu elə oxuyun ki, qəlbə təsir etsin, bərk qəlbimizi yumşaltsın. Məqsədiniz surəni bitirmək olmasın.”
Gənclərin məclisində Quran qiraəti
İmam Sadiq (ə) buyurmuşdur: "Bir gün İslam Peyğəmbəri (s) ənsar caвanlarından bəzilərini tərif edib buyurdu: "Sizə Qurandan bir ayə oxumaq istəyirəm. Hər kəs ağlasa behişt ona vacib olar.” Sonra həzrət "Zumər” surəsinin 17-ci ayəsini oxudu. Bir nəfərdən başqa məclisdəki bütün cavanlar ağladılar. Həmin gənc Peyğəmbərə (s) ərz etdi: "Ya Rəsuləllah, mən özümü ağlamış kimi göstərsəm də, gözümdən yaş gəlmədi. Həzrət buyurdu: "Mən həmin ayəni bir də oxuyuram, kim özünü ağlamış kimi göstərsə, behişt ona vacibdir…”("Səfinətül- bihar”, c. 2, s. 24.) Beləcə, məsciddəki bütün gənclər behişt əhli oldular.
Quran oxunuşunun gəncə təsiri
İlahi kitabın səadət səbəbi olan göstərişlərinə əməl hər bir gəncin müsbət xüsusiyyətidir. Bu xüsusiyyət həyata məna verir, dünya və axirət fəaliyyətlərinə yardımçı olur. İmam Sadiq (ə) buyurur: "Hər kəs gənclik dövründə iman gətirərək Quran oxusa, Quran onun ətinə-qanına qarışar, Allah-taala onu söz aparan xoşrəftar mələkləri ilə dost edər. Qiyamətdə Quran belə gənclə od arasında pərdə olaraq deyər: "Pərvərdigara, bütün fəhlələr öz muzdunu aldı, mənim fəhləmdən başqa. Ən qiymətli hədiyyəni ona əta et.”("Üsule-Kafi”, c. 4, s. 405)
Quran oxumağın savab və fəziləti
Quran İslam Peyğəmbərinin (s) möcüzəsidir. Onun şərif ayələrini tilavət etməklə müsəlmanlar səadət və həqiqətə çatır. Bu səmavi gövhərin əzəmət və məqamı, onun qiraəti haqqında rəvayətlər çoxdur. Həzrət Peyğəmbər (s) və məsum imamlardan nəql olunmuş bu rəvayətlərdən bəzilərinə nəzər salaq.
Həzrət Əli (ə) buyurur: "Bir evdə Quran oxunarsa, Allah zikr edilərsə, bu evin bərəkəti artar, mələklər oraya get-gəl edər, şeytanlar oradan uzaqlaşar. Ulduzlar yer əhli üçün parladığı kimi, bu ev də göy əhli üçün parlayar.”("Üsule-Kafi”,c. 2, s. 312.)Rəvayətdən göründüyü kimi, həzrət Əli (ə) müsəlmanları evdə Quran oxumağa ruhlandırır. Bu əməlin ev sahibi üçün bir çox faydaları vardır:
−İlahi kitabın oxunması evlərdə İslam maarifini, Quran hökmlərini canlandırır. İnsan evdə Quran oxuyarkən ailə üvləri də bu işə həvəslənir. Nəticədə Quran tilavəti cəmiyyətdə genişlənir, Quran qarilərinin sayı artır.
−Quran ayələri tilavət olunan evdə dini şüarlar önə çəkilir. Sübh və axşam ətrafa yayılan nurani Quran sədaları eşidənlərin könlündə iz qoyur. Quran oxumaqla qəlblərdə İslam və iman çiçəklənir.
−Quran tilavəti səbəbindən evlərdə nemət və bərəkət artır. Mələklər bu evə nazil olur, şeytanlar isə bu evdən uzaqlaşırlar. Hafizin təbirincə, "divlər də qaçır, evdə əgər Quran oxunsa.”
Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur: "Quran oxumağı unutma. Çünki ilahi kitabın tilavəti günahların kəffarəsi, oda sipər, əzabdan qurtuluşdur.”(Biharül-ənвar”, c. 92, s. 17) Bəli, Quran tilavəti günahların kəffarəsidir!
Digər bir hədisdə Quran tilavəti "qəlblərin nuru” kimi tanıtdırılır. Allahın rəsulu (s) buyurur: "Qəlblər dəmir tək cingildəyir. Cilası isə Quran oxumaqdır.”("Kənzul-ümmal”, r. 2441)
Həzrət Əli (ə) dəyərli "Müttəqin” xütbəsində Quran tilavətini dərdlərə dərman bildirir: (Müttəqilər) Gecəni Quran oxumaqla başa vurar, Quran oxuyub qəmlənər, dərdlərinin dərmanını Quranda axtararlar.”
Əbədi ideallar
Həzrət Peyğəmbər (s): "Allah insanda üç xüsusiyyəti sevir: az danışmaq, az yatmaq, az yemək.”("Əl-вaizul-ədədiyyə,” s. 147.)
"Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır.”("Nəhcül-fəsahə”, s. 332)
İmam Əli(ə): "Öz eyiblərindən agah olan kəs başqalarında eyib axtarmır.”("Müstədrəkul-вəsail”, c. 11, s. 316.)
"Yağlıdillikdən uzaq ol, çünki o iman sifəti deyil.”("Nəhcül-bəlağə”, k, 347.)
Həzrət Zəhra (s): «Əgər əmrlərimizə əməl etsən, qadağalarımızdan çəkinsən şiələrimizdən olacaqsan.»(Biharül-ənвar”, c. 68, s. 155.)
"Biz Əhli-beyt məxluq arasında Allahın vasitəsi, Onun seçilmişləri, paklar məhəlli, Allahın aşkar dəlili, peyğəmbərlərin varisləriyik” ("Səhifətuz-Zəhra”, s. 27);
İmam Həsən (ə): "Allahın nemətlərinə görə təşəkkür etməmək alçaqlıqdır.”("Tuhəful-uqul”, s. 236)
"Sizə təqva və daimi təfəkkürü vəsiyyət edirəm. Çünki bütün yaxşılıqların əsası düşünməkdir”.("Məcmueye- Вərram”, c.1, s. 53.)
İmam Hüseyn (ə): "Həqiqətən xalqın sizə ehtiyacı Allahın böyük nemətlərindəndir. Onların ehtiyacını ödəməkdə süstlük göstərməyin.”("Biharül-ənвar”, c. 71, s. 318.)
"Bağışlayan kəs ucadır. Paxıl və dargöz adam isə zəlil olur.”("Mizanul-hikmət”, c. 2, s. 184.)
İmam Zeynal-abidin (ə) (Səccad): "Qeybətdən çəkinin, çünki qeybət xalqın ətini yeyənlərin xuruşudur.”(Müstədrəkul-вəsail”, c. 9, s. 113.)
"Allahın verdiyi ruziyə qənaət edən xalqın ən ehtiyacsızı olar."(Tuhəful-uqul”, s. 285.)
İmam Baqir (ə): "Allaha təvəkkül edən kəs məğlub olmaz.”("Müstədrəkul-вəsail”, c. 11, s. 328.)
"Həqiqətən, möminlərin ən kamili xoşrəftarlı olandır.”("Üsule-kafi”, c. 3, s. 121)
İmam Sadiq (ə): "Əgər bir mömin günah etmək qərarına gəlsə ruzisindən məhrum olacaq.”("İqabul-əmal”, s. 521.)
"Dünya işlərin yaxşıdırsa, dinindən ötrü nigaran ol.”("Tuhəful-uqul”, s. 377.)
İmam Kazim (ə): "Ağılın dəlili təfəkkür, təfəkkürün dəlili sükutdur.”("Mizanul-hikmə”, c. 5, s. 436.)
"Din qardaşının qeybətini edən şəxs məlundur.”("Mizanul-hikmə”, c. 7, s. 333.)
İmam Riza (ə): "Zəif insanlara kömək etmək sədaqətdən üstündür.”(Tuhəful-uqul”, s. 470.)
"Ağıl insanın dostu, nadanlıq isə düşmənidir.”("Tuhəful-uqul”, s. 467.)
İmam Cəvad (ə) (Məhəmməd Təqi): "Şükrü yerinə yetirilməyən nemət bağışlanmayan günah kimidir.”(Biharul-ənвar”, c. 75, s. 82)
"Nəfsinə itaət edən kəs düşmənin arzularını yerinə yetirir.”("Səfinətül-bihar”, c. 2, s. 728.)
İmam Hadi (ə) (Əliyyən Nəqi): "İnsanlar dünyada var-dövlətləri, axirətdə isə əməlləri ilə yoldaş olacaqlar.”("Biharul-ənвar”, c. 78, s. 368.)
"Allahdan qorxandan qorxar, Allaha itaət edənə itaət edərlər.”(Biharül-ənвar”, c. 78, s. 368.)
İmam Həsən Əskəri (ə): "Axmağın qəlbi ağzında, aqilin ağzı qəlbindədir.”("Tuhəful-uqul”, s. 519.)
"Təvazökarlıq elə bir nemətdir ki, kimsə ona həsəd aparmır.”("Вəsailüş-şiə”, 16, s. 98.)
İmam Zaman (ə): "Peyğəmbər qızı Fatiməye Zəhra (s) mənim üçün layiqli nümunədir.”("Biharül-ənвar”, c. 53, s. 180.)
"Biz Peyğəmbər ailəsindən kənarda elm əldə etmək bizi inkar etməkdir.”("Səhifətul-Məhdi”, s. 334.)
Kitabın adı: Gəncliyin yeddi səması (zəruri dini biliklər)
Müəllif: Ayətullah üzma Məhəmməd Fazil Lənkərani