Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Fədakarlıq
1.Fədakarlığın dəyəri.
1.İmam Əli (ə):«Fədakarlıq ən ali insani sifətdir.»
2.İmam Əli (ə):«Fədakarlıq yaxşı əməl sahiblərinin xislətidir.»
3.İmam Əli (ə):«Fədakarlıq yaxşılıqların ən gözəli və imanın dərəcələrinin ən üstünüdür.
4.İmam Əli (ə):«Fədakarlıq ibadətlərin ən üstünü və ağalığın ən böyüyüdür.»
5.İmam Əli (ə):«Səxavətliliyin ən üstünü fədakarlıqdır.»
6.İmam Əli (ə):«Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran.»
7.İmam Əli (ə):«Nəcib əxlaqın ən yüksək mərtəbəsi fədakarlıqdır.»
8.İmam Əli (ə):« Azad insanlar fədakarlıqla qul edilirlər.»
2.Fədakarların dəyəri.
Quran:
«Mühacirlərdən əvvəl (Mədinədə) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilənlərə (qənimətlərə) ürəklərində ehtiyac (və həsəd) duymaz, özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tutardılar. Nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr . məhz onlar nicat tapıb səadətə qovuşanlardır»
Hədis:
9.Əbu Hüreyrə:«Bir kişi Peyğəmbərin (s) yanına gəlib aclıqdan şikayətləndi. Allahın Peyğəmbəri (s) bir nəfəri zövcələrinin evinə göndərdi. Amma onlar dedilər:«Sudan başqa bir şeyimiz yoxdur.» Peyğəmbər (s) buyurdu:« Bu kişini bu axşam kim qonaq aparar?» Əli ibn əbu Talib (ə) dedi:«Ey Allahın Peyğəmbəri, mən onu qonaq apararam.» Sonra Fatimənin (s.ə.) yanına gəlib dedi:«Ey Allahın Peyğəmbərinin qızı, yeməyə nəyin var?» Fatimə dedi:«Şam yeməyindən başqa bir şeyimiz yoxdur, amma qonağı özümüzdən üstün tutar, qabağa salarıq.» Həzrət buyurdu:«Ey Məhəmmədin qızı! Uşaqları yatızdır və çıraqları söndür.» Əli (ə) səhər Peyğəmbərin (s) yanına gəlib baş verənləri Həzrətə danışandan sonra çox keçmədi ki, Allah-taala «…özlərindən üstün tutarlar . . . . . .» ayəsini nazil etdi.»
10.Ayişə:«Allahın Peyğəmbəri (s) dünyadan köçənə kimi heç vaxt üç gün dalbadal doyunca yemək yemədi. Əgər istəsəydi, doyunca yeyə bilərdi. Amma başqalarını özündən üstün tutur, qabağa salırdı.»
11.Əbuttufeyl:«Əli (ə) xoşu gələn bir paltar aldı. Sonra onu sədəqə verib buyurdu:«Allahın Peyğəmbərindən(s) eşitmişəm ki, «hər kim fədakarlıq edərək başqasını özündən qabağa salsa, Allah Qiyamət günü ona Cənnəti bağışlayar.»
12.İmam Sadiq (ə):«Fatimənin (ə. s) evində bir az arpa var idi və o, ondan quymaq hazırladı. Yemək hazır olandan sonra onu qarşılarına qoydular (ki, yesinlər). (Birdən) Bir yoxsul gəlib çıxdı və dedi:«Allah sizə rəhm etsin!» Əli durub yeməyin üçdə birini ona verdi. Çox keçmədi ki, bir yetim gəlib dedi:«Allah sizə rəhm etsin!» Əli (ə) durub yeməyin digər üçdə bir hissəsini ona verdi. Sonra bir əsir gəlib dedi:«Allahın rəhmi olsun sizə!» Əli (ə) durub yeməyin qalan üçdə birini də ona verdi və özü həmin yeməkdən heç dadmadı. Sonra Allah onların barəsində bu ayəni nazil etdi və həmin ayə Allaha görə belə bir fədakarlıq edən hər bir möminə də şamildir.»
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |