Beytül-malın qaytarılması
Həzrət Əli (əleyhissalam) xilafətə keçdiyinin ikinci günü beytül- malın bərabər surətdə bölünməsi əmrini verdi.
Camaat İmamın əmrinə əsasən öz paylarını almaqdan ötrü o Həzrətin yanına gəldi. Bu zaman Əli (əleyhissalam) xəzinədarı Übeydullah ibni Əbi Rafeə buyurdu:
Əvvəl mühacirləri çağır və hər birinə üç dinar ver. Mühacirlərdən sonra camaatdan hər kəs hazır oldu irq ya rəngindən (dərisindən) asılı olmayaraq onlara da o puldan həmin miqdarda payla.
Səhl ibni Hunəyfə və onun keçmiş nökərinə də özünə verilmiş pul qədəri bağışlanmışdı. O, bu işə e`tiraz edərək dedi: Bu adam dünən mənim nökərim idi bu gün isə onu azad etmişəm ona da mənimlə bərabər verirsən.
Həzrət Əli (əleyhissalam) buyurdu: «Ona nə veririksə sənə də onu veririk.»
Həzrət hamıya ayrı seçkilik salmadan üç dinar payladı, Təlhə, Zübeyr, Abdullah ibni Ömər, Səid ibni As, Mərvan və Qüreyşlərdən bir hissəsi və s... kimi adamlar bu işə öz e`tirazlarını bildirdilər, çünki onlar Osmanın xilafəti dövründə zahiri görkəm və şəxsiyyətləri hesabına başqalarından neçə qat artıq pul alırdılar.
Lakin bunlar bu gün bu proqramı görməklə anladılar ki, gec-tez öz növbələri də çatacaq və Əli (əleyhissalam) müsəlmanların qəsb edilmiş bütün mallarını şər`i yolla özlərinə qaytaracaqdır. Buna görə də çox narahat olub bir-birlərilə pıçıldaşmağa başladılar.
Onlar Əli (əleyhissalam)-a qarşı sui-qəsd hazırlamağa başladılar. Nəticədə onların müxalifət zəmzəməsi Həzrətin qulağına çatır və İmam Əli (əleyhissalam) onlara və belələrinin simasında haqq-ədalət müxalifələrinə üzünü tutaraq belə buyurdu:
«And olsun Allaha, Osmanın beytül-maldan bağışladığı pul ilə arvad alıb hətta öz kəbinlərinə xərcləsələr belə, ya onunla kənizlər almış olsalar da onları tapsam öz həqiqi sahiblərinə qaytaracağam.» Ədalət qapısı həmişə açıqdır. Ədalətin icrasından təngə gəlib boğaza yığılanlara qarşı olunacaq zülm onlara daha dar görsənəcəkdir.»
İbni Əbil Hədid yazır: Son cümlənin təfsiri budur: «Əgər ədalət əsasında görülən tədbir hakimin aciz qalıb sıxılmasına səbəb olarsa zülm əsasında görüləcək işlərin tədbiri onun üçün daha da darısqaldır, çünki zülm yalnız alınmaması fikrindədir.» Yenə də yazır. Beytül-malın ədalətlə paylanması xəbəri Əmr-Asa çatdıqda müaviyəyə aşağıdakı məzmunda bir məktub yazdı:
Nə qədər güc və qüdrətin varsa, işə sal, çünki Əbu Talibin oğlu Osmanın xilafəti müddətində yığıdığın bütün sərvətləri əlindən alacaq.
Bəli, Həzrət Əli (əleyhissalam) öz və`dinə əsasən toplanmış malların geri alınaraq əsl sahiblərinə çatdırılması işinə başladı. Zəkat yolu ilə yığılmış və Osmanın evində gizlənmiş bütün dəvələr və s.. başqa mallar Həzrətin əmri ilə beytül-mala qaytarılıb ədalətlə bölündü.
Bu ədalətli bölgü bir çox tayfa və qəbilə başçılarının, eləcə də keçmiş rejimin adlı-sanlı şəxsiyyətlərinin e`tiraz və ixtilafına çevrildi ki, bu da Cəməl müharibəsinin başlanmasına, çoxlu müxalifətlərə, əzab-əziyyətlərə, maneə yaranmasına səbəb oldu, lakin, Əli (əleyhissalam) heç nəyə e`tina etmədən öz yolunu davam etdirdi.
Kitabın adı:Nəhcül-bəlağə hekayətləri