» » Həzrət Rüqəyyə (ə) şami qəribanda atasının cənazəsi kənarında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Həzrət Rüqəyyə (ə) şami qəribanda atasının cənazəsi kənarında
    +10
    Müəllif: Huseynci Medine | 13-04-2015, 17:00 | Baxılıb: 2 260
     

    Həzrət Rüqəyyə (ə) şami qəribanda atasının cənazəsi kənarında

    Şami qəriban gecəsi həzrət Zeynəb (ə), yarısı yanmış bir xeymədə azca yuxuladı. Yuxuda anası Fatimeyi Zəhranı (ə) gördü. Ərz etdi: Anacan, bizim halımızdan xəbərin varmı?!
    Həzrət Fatimeyi Zəhra (ə) buyurdu: Eşitməyə taqətim yoxdur. Həzrət Zeynəb ərz etdi: Bəs dərdimi kimə deyim?
    Fatimeyi Zəhra (ə) buyurdu: Oğlum Hüseynin (ə), başını bədənindən ayırdıqları vaxt, mən özüm orada idim. İndi ayağa qalx və Rüqəyyəni (ə) tap. Həzrət Zeynəb (ə) ayağa qalxdı və nə qədər səsləsə də Rüqəyyədən (ə) bir xəbər olmadı. O, Ümmü Gülsümlə ağlayıb nalə etdilər və Rüqəyyəni (ə) axtarmağa başladılar. Nəhayət, qətligahın yaxınlığından onun səsini eşitdilər. Parə-parə olmuş bədənlərin yanına gəldilər, gördülər Rüqəyyə (ə) özünü atasının pak cənasi üstə atıb və əllərini atasının sinəsinə yapışdırıb, ürək dərdlərini deyir.
    Həzrət Zeynəb (ə) onu nəvaziş etdi. Bu vaxt Səkinə (ə) da gəldi və birlikdə xeyməyə qayıtdılar. Yolda Səkinə (ə) Rüqəyyədən (ə) soruşdu: Atanın bədənini necə tapdın? O, cavab verdi: O qədər ata, ata səslədim ki, birdən atamın səsini eşitdim ki, buyurdu: Buraya gəl, mən buradayam.

    Yatdı qoşun kəsildi səs, sayə çəkildi dövrədən
    Çıxdı Rüqəyyə xaricə, nisfi şikəstə  xeymədən
    Başı açıq, ayaq yalın, caməsi  köhnə pirəhən
    Qətligəhə tərəf qaçır, yel kimi titrəyir bədən
    Hər qədəm ağlayır deyir: hardasan ay baba Hüseyn?
    ***
    Guşeyi-qətligahidən birdən eşitdi bir səda:
    Gəzmə bu qanlı ərsəni, sinəmin üstə gəl bala
    Cəzb edib aşinasını ləhni- sədayi-aşina 
    Xaneyi-eşqidən işıq sate olurdu bərməla 
    Oldu çiraği-nur ilən ol qıza rəhnəma  Hüseyn
    ***
    Tapdı nişani-nur ilən məqtəl ara babasını
    Gördü çuxur məkanidə qan bürüyüb yarasını
    Açdı yaralı şəh iki bazuyi-həqnəmasini 
    Sinəsinə yapışdırıb doxtəri-binəvasini 
    Nisgil ilə dedi o qız: canüvə mən fəda Hüseyn!
    ***
    Harda idin qoşun gəlib xeyməni yandıran zaman
    At qabağında qızları çöldə dolandıran zaman
    Mə’cərü-guşivaridən  ötrü qovub yoran zaman
    Rəxtimizi  soyan zaman, qəmçi ilə döyən zaman
    Vermədin, eylərəm giley, naləmizə səda Hüseyn
    ***
    Bir də məriz qardaşım, od tutub odlanan zaman
    Vurdu bibim özün oda, xeymə alovlanan zaman
    Damənim od tutub mənim şölə çəkib yanan zaman
    Əmmələrim, anam, bacım qol-qola bağlanan zaman
    Səs niyə vermədin hamı səslədi onda ya Hüseyn!
    ***
    Etmə Rüqəyyəcan giley, mən niyə dadə gəlmədim
    Qərq idi xaki-xunidə  nəşim aradə gəlmədim
    Köynəyimi apardılar, sinə qoşadə  gəlmədim
    Nazir idim o halizə nuki-cidadə  gəlmədim
    Fikr eləmə Dəməşqəcən sizdən ola cüda Hüseyn
    ***
    Qovzanıb istədim gələm, atlar ayağı qoymadı
    Tutdü məni çuxur yerin qanlı qucağı qoymadı
    Qəlbidə növcəvanımın suzişi-daği qoymadı
    Nizə, qılınc sınıqları kəsdi qabaği qoymadi
    Oldu bu seyri-rahidə manei-mübtəla  Hüseyn
    ***
    İndi öpüm icazə ver surəti-şəms-təl’əti 
    Sən də müqabilində qoy surətimə o surəti
    Çək o mübarək əllərin başimə, qıl məhəbbəti
    Pak elə zülfümün tozun, sən bil anamın hörməti
    Ta bu yətimə doxtərin xatiri xoş ola Hüseyn
    ***
    Yoxdu başım Rüqəyyəcan, ta öpəsən cəmalimi
    Ya ki, qoyam o surətə surəti por məlalimi 
    Yoxdu bədəndə əllərim gör bu şikəstə halimi
    Başuvə əl çəkəm siləm, zülfi-çəmən misalini 
    Yoxsa edərdi xahişin şövqilə cabeca  Hüseyn
    ***
    Yatma bu qanlı sinədə, dur, bala get, Rüqəyyəcan
    Əmmələrin gəzir çöli sinə xəraşü  bağrı qan
    Ərsədə rəddi-payuvi  dərk edib axtarır nişan
    Gör necə səs gəlir deyir: nazlı Rüqəyyəm hardasan?
    Bir də deyirlər qıl kömək bizlərə ya əxa Hüseyn!
    ***
    Ey yaralı Hüseynimə doxtəri-nazidanə  gəl
    Başı bəlali bülbülüm, boş qalıb aşiyanə gəl
    Bu gecə aləmi səni saldı çölə zəmanə gəl
    Lə’l kimi boyanmısan başdan-ayağə qanə gəl
    Zülfüvə xuni sorx  ilə vermiş əcəb cəla  Hüseyn
    ***
    Gəldiyi yoldan ol xanım istədi ric’ət eyliyə 
    Əmmələrin gəzib tapa, ya gedə parə xeyməyə
    Qorxdu itirdi düz yolu, düşdü vücudi lərzəyə
    Bir Nəcəfə tərəf baxıb, bir də səvadi -Kufəyə
    Gəl yolumu itirmişəm, ol mənə rahnəma Hüseyn
    ***
    Əhli əza! kim elədi bəs o qıza dəlaləti ?
    Getdi mənim əqidəmə, şəmsi-həyavü-möhənəti 
    Yəni anası Fatimə tapdı o morği möhnəti 
    Əmmələrinə əlbəəl verdi həmən əmanəti
    Hifz edələr ki, Şamidə salim ala onu Hüseyn
    Zülməti şəb  hərəsnak , əmmələri gəzir çölü
    Bir qız uşağı nabaləd, ərsə tikan ilən dolu
    Oxdu, qılıncdı, nizədi, qanlı cənazə sağ-solu
    Əmmələrin gəlir səsi, leyk tapammayır yolu
    Nazir idi o qəmfəza aləmə bərməla Hüseyn

    Salam olsun sənə ey ata! Səndən sonra necə müsibətlər çəkdim. Sənin ayrılığından və şəhadətindən sonra qərib və tənhayam.
    Əsirlər aparılan məntəqələrin birində, Əba Əbdillah Hüseynin (ə) qızı məhmildən yerə düşdü. İmam Hüseynin (ə) başını aparan nizədar deyir: Birdən nizəm yerə girdi. Nə qədər çalışdımsa, onu yerdən çıxara bilmədim. Dedim: İmam Səccaddan (ə) soruşun, görün nə olub ki, nizə yerə batıb, çıxmır. Xəbər imam Səccada (ə) çatdı. Həzrət buyurdu: Bibim Zeynəbin xidmətinə gedin və ondan soruşun ki, nə olub? Həzrət özü də gəlib buyurdu: Bibi, atam demək istəyir ki, bacı, əsirləri say, gör qardaşının balalarından yerdə qalan olmayıb?
    Həzrət Zeynəb, bu sözü qardaşının yadigarından (imam Səccaddan ə) eşidən kimi, Ümmü Gülsümün yanına gəlib dedi: Bacı qardaşımın balalarından biri yoxdur, gəl onu axtaraq tapaq. Hərəsi bir tərəfə yollandılar və çağırırdılar: Bibin sənə qurban haradasan? Niyə cavab vermirsən? Amma cavab eşidilmirdi.
    Bu vaxt, qaranlıqda onlara tərəf gələn bir qaraltı gördülər. O, zəif və titrək səslə ağlaya-ağlaya atasını çağırır və deyirdi: Ata, ata hardasan, niyə qızının fəryadına çatmırsan? Onlar nazdanəni görən kimi ona tərəf qaçdılar, qucaqlarına aldılar. O nazdanə, atasının kəsilmiş başına xitab edib deyirdi: Ata, ata elə ki, naqədən yıxıldım, fəryad edirdim. Bir nurani və əzəmətli xanım gəlib, mənə kömək etdi. Ona ürək sözlərimi dedim. Ona dedim, mən Hüseynin (ə) qızıyam. Mənə qəmçi vurdular, mənə sili vurdular. Ata, o əzəmətli xanım çox mehriban idi, məni qucağına aldı, nəvazişlə başımi əl çəkdi, mənə dildarlıq edib dedi: Qəm yemə, qafiləyə çatacaqsan. Bu mehribanlığı ondan görəndə dedim: Bibi ayaqlarima bir bax, o qədər tikanlar üstə qaçmışam, yaradır. O xanım bu sözləri məndən eşidəndə dedi: Ürəyimin yaraları üstə duz səpmə.
    O nurani və əzəmətli xanımın neçə əlaməti var idi: biri, surəti nili idi, ikinci, qəddi əyilmişdi, üçüncü, bir əlini qabırğalarına tutmuşdu.
     
    Kitabın adı: Həzrət Rüqəyyə (ə) 

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 13 Nisan 2015 23:30 | İstifadəçi | Şərh yazdı
    Allah ehli-beytin duwmenlerine lenet etsin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 13 Nisan 2015 21:06 | Redaktor | Şərh yazdı
    Çox tesirlidi Ehli-Beyte bu zülmleri eden yezidlere Allah min lenet etsin.Allah razı olsun bacı ellerin var olsun Allah Kerbala ziyaretini nesib etsin Amin.
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 13 Nisan 2015 17:21 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razı olsun  bacı  ürek dağlayan müsibetdir....Allah Əhli-beyt ( ə ) zülm edənlərə lənət etsin Amin. Amin. 

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 13 Nisan 2015 17:13 | Sayt nəzarətçisi | Şərh yazdı
    Allah razi olsun ey Analar anasi  balalari bawina gelen musibet ureyimizi dagladi gozlerimizi yawlar qoydu  Allah yezide zalime min lened edsin  Allah  Huseynim wehid olan vaxt Kerbelada olmagi nesib edmedi qiyametde Inwallah Huseynin ewq kervanina catanardan eder biz gunahkar bendeleri

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.