Qərara aldım ki, məsələnin həllini Həzrət Əbul-fəzl Abbasadan alım
Cənab höccətül-islam vəl-müslümin hacı seyyid Məhəmməd Cəlai yazır:
İrəli!
Bizim ailəmiz orada tanınmış ailələrdən idi. Alimlər Nəcəfdən getdikdən sonra atam orada qalmış və tanınmış alim idi. O, hazır deyildi ki, onlarla bir yola getsin. Dövlət çalışırdı ki, əhalini atamın təşkil etdiyi rövzə məclisinə qoymasınlar. Yadımdadır, günlərin birində şəhər başçılarından birisi bizim evə gəlib qapını döydü. Mən gedib qapını açdım.
O dedi: Atan evdədir?
Dedim: Bəli!
Dedi: Mən şəhər katibi tərəfindən gəlmişəm. Atanla görüşməliyəm. Atamın yanına gedib məsələni ərz etdim. Atam cavab verdi: De ki, halı yaxşı deyil. Heç kəslə görüşə bilməz.
Dedim: Atacan, bu onların səni incitməsindən ötrü bir bəhanə olar. O israr edir ki, səninlə görüşsün. Xüsusi qəzəbli tonla buyurdu:
«De ki, Nəcəf-Əşrəfə ziyarətə getməyə hazırlaşır.» Hər halda məsələni gəlib o şəxsə çatdırdım. O nə qədər israr etdisə atam başqa bəhanələrlə görüşü təşkil etmədi.
Ümumiyyətlə, Bə`s hökuməti çalışırdı ki, atamı nəzarətdə saxlayıb yol göstərsin. Ona görə də bu dəfə Bağdaddan başqa bir göstəriş gəlmişdi ki, atamı ailəsi ilə birlikdə sürgün etsinlər. Bu xəbər atam çatdırıldı. Xəbəri gətirən Kərbəlanın böyük şəxsiyyətlərindən biri gətirmişdi. Atam ona dedi:
Bu işin tə`xirə düşməsi və dəyişməsi üçün heç bir yer yoxdur?
O cavabında dedi: Xeyr! Heç bir yer yoxdur. Mən bütün məs`ullarla söhbət etmişəm. Bu işin dəyişməsi mümkün deyil.
Hər halda mən bu yedə qərara aldım ki, həzrət Əbul Fəzl Abbasa (əleyhissalam) pənah aparam. Fikirləşdim ki, ərəblərin gördüyü işi görəcəyəm. Yə`ni, ayaqyalın, başıaçıq hərəmə girib hacətimi istəyəcəm. Həmin işi gördüm. Ayaqyalın başıaçıq pak hərəmə daxil oldum. İzn duasını oxuyub pak zirehə yaxınlaşdım.
Ərz etdim: Ya Əbul Fəzl! Bir müşkül qabağa gəlib. İstəyirəm çarə qılasan!. Sonra heç bir iş görmədən (namaz, ziyarət) yenidən həmin vəziyyətdə evə qayıtdım. Qayıdandan sonra hər an çalışırdım ki, görəsən işin axırı nə olacaq? Bir gün keçdi, bir həftə keçdi, bir ay keçdi.... daha dövlətdən xəbər olmadı. O hadisədən neçə illər sonra orada qaldıq və o məsələ bir dəfəlik aradan getdi. Sanki belə bir olmayıbmış!!
Bir daha başa düşdüm ki, həzrət Əbul Fəzl Abbas(əleyhissalam) həmişə biz şiələrin halını nəzərə alır. Harda lazım olsa əgər xalis niyyətlə ondan kömək istəsələr cavab verməməsi qeyri mümkündür.
Kitabın adı Qəməri bəni haşim Əbülfəzl Abbasın (əleyhissalam) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xaxali