Qəməri Bəni Haşimi yadıma saldım!
Cənab hacı Hüseyn Babayi bir neçə kəramət yazıb göndərir:
1.Mən altımış il bundan öncə Qum şəhərinin Kərəmgah kəndində sakin idim. 17-18 yaşım olardı. O vaxt hər tərəfdə yayılan «qızdırma» xəstəliyinə tutulmuşdum. Bu xəstəlik o vaxt demək olar ki, hər bir evdə vardı və çox evlərdən 2-3 nəfəri öldürmüşdü. Mən də bu xəstəliyə tutulmuşdum. Məni müalicə etməkdən ötrü Mirzə Qulam Hüseyn Casibi adlı bir həkim gətirmişdilər. Həkim məni müayinə etdikdən sonra dedi:
Mən dərman verməyəcəyəm.
Soruşdum: Həkim! Bir-iki dənə nar yeyə bilərəmmi?
Həkim narahat olub dedi: Nar ye və öl!
Halım o qədər pis idi ki, anam və bacılarım mənim dəfnimdən ötrü kəfən hazırlamışdılar. Bu halda Həzrət Qəməri bəni Haşimi yadıma saldım.
Yuxuda gördüm ki, yaşıl libas geymiş, uzun boylu gözəl bir şəxs başımın üstündə durub buyurdu:
Sən yaxşı olmusan!
Dedim: Ağacan! Mirzə Qulam Hüseyn həkim dedi ki, sən öləcəksən. Buyurdu: Sən yaxşı olmusan!
Birdən gördüm ki, sanki otağın divarı yarıldı və həmin şəxs otaqdan xaric oldu. Sonra gözlərimi açdım və hiss etdim ki, zərrə qədər də olsa bədənimdə ağrı yoxdur. Bir neçə nar dənəsi yedim. Sonra anamı və bacımı səslədim: Həzrət Əbul-Fəzl Abbas(əleyhissalam)- mənə şəfa verdi!
İndi altımış ilə yaxındır ki, tasua gecələrində (Məhərrəmin 9-cu gecəsi) həzrət Əbul-Fəzl Abbasdan(əleyhissalam) ötrü süfrə açıb ehsan verirəm. O da hər il mənə köməklik göstərir və ildən-ilə yaxşılaşıram.
Yatdı ələm sandı qoşun qardaş Hüseyn gəl, yalqızam!
Yatdı ələm sandı qoşun qardaş Hüseyn gəl, yalqızam
Düşmən alıbdır dörəmi neynəyim qolum yox qolsuzam
* * * * * * * * * * * *
Kəsib yolum əhli hərəm, mümkin deyil heç bir gələm
Qanə batıb əhli hərəm, qardaş Hüseyn gəl yalqızam
Neynim əlim yox qolsuzam!
* * * * * * * * * * *
Qanə batıbdır peykərim, tez gəl hərayə sərvərim
Yolda qalıbdır gözlərim qardaş Hüseyn gəl yalqızam
Neynim əlim yox qolsuzam!
* * * * * * * * * * *
Səd parə olmuş gül bədən, yoxdur imdadə rəhm edən
Qardaş yoxdur nə dəfn edən, qardaş Hüseyn gəl yalqızam
Neynim əlim yox qolsuzam!
* * * * * * * * * * *
Yox nəyşim üstə ağlayan, qanlı gözümü bağlayan
Baş açıb sinə dağlayan, qardaş Hüseyn gəl yalqızam
Neynim əlim yox qolsuzam.
* * * * * * * * * * *
Çoxdur başımın yarəsi, ürəkdə qan fəvvarəsi
Ey dəri qəm əvvarəsi, qardaş Hüseyn gəl yalqızam
Neynim əlim yox qolsuzam.
* * * * * * * * * * *
Kitabın adı: Qəməri Bəni Haşim Əbülfəzl Abbasın (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali