Həzrət Əbul-Fəzl Abbasın (ə) hərəminin göyərçinlərindən biri
Höccətül-islam vəl-müslimin hacı seyyid Rəsul Məcidi nəql edir:
İsfahanda «Gəzali» mağazasının satıcısı cənab Ağa Rıza Kermani mənə nəql etdi:
10 ya 12 yaşlı uşaq idim. Gördüm ki, uşaqlardan biri həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) pak hərəminin göyərçinlərindən birini tutdu. Göyərçinin quyruğu yolundu və uçdu. Uşaq göyərçinin əlində qalmış quyruğunu göyə atdı. Göyərçinin quyrğu havada uçub öz əsl yerinə yapışdı. Bu da həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) kəramətindən biri idi.
Babacan! Məgər sənin Ağan «Babul-Həvaic» deyil?»
Cənab Əli Səfəvi Kaşani cənab Harunidən nəql edir:
Məhərrəm ayında (aşura günü) dəstələrin birinin su paylayanı dövr edib uşaqlara su verirdi. O, nəql edir ki:
Allah mənə bir oğlan uşağı vermişdi. On bir il şil oldu. Tasua gecəsi idi. Evdən çölə çıxmaq istəyirdim, su məşqi də sinəmin üstündə idi. Birdən gördüm ki, oğlum məni səsləyir: Baba! Hara gedirsən? Dedim: Oğlum bu gecə tasuadır. Mən öz dəstəmizdə su paylayanam. Gərək gedib uşaqlara su paylayam. Uşaq dedi: Babacan! Bütün bu ömrüm ərzində bir dəfə də olsa məni özünlə əzadarlığa aparmamısan. Baba! Məgər «Babul-həvaic» sənin ağan deyil? Bu gecə məni özünlə dəstənizə apar və Allahdan həzrət Əbul-Fəzl Abbasa(əleyhissalam) xatir mənə şəfaət istə!.
Çox pərişan oldum. Su məşkini bir tərəfimə, əziz şikəst oğlumu isə başqa tərəfimə alıb evdən çölə çıxdım. Əzadarlıq edən dəstəmiz hərəkət etməyə başlayanda dəstənin müqabilində durub dedim: Uşaqlar dayanın! Bu gecə oğlum mənə bir söz deyib ki, bu sözlə qəlbimi yandırıb. Əgər bu gecə «Babul-həvaic» uşağıma şəfaət verdisə verdi, yoxsa sabah gəlib meydanın ortasında su məşkini para-para edəcəm və həzrət Əbul-Fəzl Abbasın(əleyhissalam) su paylayan vəzifəsini kənara qoyacağam.» Bu sözü deyəndən sonra dəstə hərəkətə gəldi.
Gecə yarı idi. Əzadarlıq tamam olmuşdu. Gördüm uşaqdan bir xəbər yoxdur. Çox pərişan və halım dəyişmiş idi. Öz-özümə dedim: Xudaya! Bu nə söz idi ki, mənim dilimə gəldi? Bəlkə onlar özləri istəyir ki, mənim oğlumu belə görsünlər. Bəlkə Allahın məsləhəti beləimiş. Öz-özümə dedim: Daha bir söz idi dedim. Əgər qəbul olmasa sabah su məşkini parça-parça edəcəm. Evə gəldim. Otağın birində oturmuşdum. Həm mən ağlayırdım, həm də oğlum. Çox ağladım. Birdən oğlum fəryad etdi: Baba bəsdir! Dur ayağa baba, baba! Əgər qəlbini yandırmışamsa məni bağışla baba, baba! Allah nə istəsə mən də razıyam baba!
Mən otağdan çölə çıxdım. Gedib qarşı otaqda oturdum. Lakin, aram ola bilərəmmi? Dayanmadan ağlayırdım. O vaxta qədər ki, gözlərimi yuxu tutdu. Bu vaxt oğlumun səsi məni yuxudan ayıltdı:
Babacan! Gəl!Ağan kömək etdi! Baba gəl! Əbul-Fəzl Abbas(əleyhissalam) mənə şəfa verdi! Baba!!!!!!
Gəlib qapını açdım. Gördüm ayaqları on bir il şil olan oğlum yeriyə-yeriyə mənə tərəf gəlir.
Dedim: Əzizim nə olub?
Fəryad çəkdi: Baba elə ki, sən otaqdan çölə çıxdın, mən ağlayırdım. Birdən gördüm ki, otaq işıqlandı. Bu zaman bir nəfər mənim yanımda durub mənə belə deyir:
«Dur ayağa!»
Dedim: Mən dura bilmirəm!
Dedi: «Bir dəfə de ki: Ya Əbul-Fəzl Abbas! Sonra dur.»
Baba! Bir dəfə dedim: Ya Əbul-Fəzl Abbas! Və durdum. Babacan görürsən ağan səni naümid etmədi. Mənə şəfa verdi!
Oğlumu qaldırıb qucağıma aldım və evdən çölə çıxdım. Uca səslə fəryad etdim:
Ey əziz əzadarçılar! Gəlin görün! Həzrət Əbul-Fəzl Abbas (əleyhissalam) vəfasız deyil! Uşağıma şəfa verdi!
Qolsuz yaralı yıxıtdılar atdan məni qardaş!
Qolsuz yaralı yıxıtdılar atdan məni qardaş!
Müştaqəm edəm bir də ziyarət səni qardaş!
Dad eyləmərəm özgəni çün dadi rəsim var
Əzbərdü mənə dildə adun ta nəfəsim var
Yox özgə həvəs dildə fəqət bir həvəsim var
Görməkdi məramım bu ölən dəm səni qardaş!
* * * * * * * * * * *
Çun kasə ləbaləb doludu qan ilə gözlər
Bu qanlı gözüm həsrət ilə sağ solu gözlər
Gəl qoyma gözü yolda amandır məni qardaş
Ey vəchi Xuda, vəchi nədir vəchi yubandın
Gördün kəsilən əllərimi yoxsa dayandın
Hərçənd məni yıxdılar sən candan usandın
Leyk axarıram vəchi həqqi zulməni qardaş!
* * * * * * * * * * *
Hər can verəni sən edəsən qardaş hidayət
Təslim edər öz canını cananına rahət
Ey sayeyi həqq başıma sal zilli inayət
Qoy ucala qardaşıvın şivəni qardaş
* * * * * * * * * * *
Su məşqini dörd min ox atan etdi bəhanə
Başdan başa oldu bədənim tirə nişanə
Məşk oxlanıb əşkim su kimi oldi rəvanə
Qəmgin məni xoşund elədi duş məni qardaş
Gəl sil gözümün qanını əl yoxdu silim mən
Fikrim budu təşrifi şahən şahi bulum mən
Ta məqdəmi şahən şaha qurban kəsilim mən
Olsun başımın nizə başı məsgəni qardaş
Kitabın adı: Qəməri Bəni Haşim Əbülfəzl Abbasın (əleyhissalamın) nurlu çöhrəsi
Müəllif: Əli Rəbbani Xalxali