-Bu qara dənəcik ölümdən başqa bütün xəstəliklərin şəfasıdır!
Buyurduğu bu bitkinin həqiqətən də insan üçün böyük xeyri var.Belə ki:
sidikqovucu,öd qovucu təsirə malikdir.
Böyrək və sidik yollarının daşlarını təmizləyir.
Saçın təkulməsinin qarşısını alır.
Ana südünü artırır.
Dəriyə çəkildiyində ziyillərin əriməsinə köməklik edir.
Qanın laxtalanmasının qarşısını alır.
İltihabı prosesləri kəsir
Damargenəldici təsirə malikdir.
İisbakteriozu aradan qaldırır.Və s.
Zirə yagı ilə müalicə:
1. BAŞ AĞRISI: 1 xörək qaşığı
üyüdülmüş qara zirə, 1 xörək qaşığı üyüdülmüş cirə (anise seed) və 1 xörək
qaşığı üyüdülmüş mixək qarışdırılaraq, yeməkdən öncə 1 çay qaşığı qəbul edilir.
Əvvəlcə ağızda o qədər saxlanılır ki, yumşalsın və udulmaq üçün rahat olsun və
bundan sonra udulur. Qarışığı qəbul edərkən qətiyyən üstün¬dən su içilməməlidir.Çay
qaşığının yarısı qədər qara zirə yağını gündə iki-üç dəfə qəbul etmək.
2. REVMATİZM: Az miqdarda qara zirəni zeytun yağı ilə qarış¬dıraraq bir qədər
qızdırmaq və tez-tez ağrıyan yerə çəkmək (sürtmək). Həmçinin yatmazdan qabaq
qaynadılmış qara zirənin balla qarışdırılmış suyunu için.
3. ÜZDƏ DƏRİ XƏSTƏLİKLƏRİ: Gündə 2-3 dəfə yarım çay qaşığı qara zirə yağı
için.Yarım çay qaşığı qara zirə yağını 1 xörək qaşığı zeytun yağı ilə
qarışdırın. Alınmış qarışığı üzə sürtmək və 1 saat saxladıqdan sonra su və
sabunla yumaq.
4. BAŞ GİCƏLLƏNMƏSİ: Çaya qara zirə yağı qatıb içmək. Habelə yanaqların altına və
boynun ardına qara zirə yağından sürtmək.
5. QULAQ AĞRISI: Yoluxduqda qulağa qara zirə yağından damcılamaq.
6. DOĞUŞ ZAMANI FAYDASI: Doğuş zamanı ağrıların yüngülləşdirilməsi üçün ən yaxşı
vasitələrdən biridir. Qara zirə yağını balla qarışdırıb odda qızdırmaq və içmək.
7. ÜRƏK YANDIRMALARI: Bir fincan qaynar südə bir neçə damcı qara zirə yağı
damcılamaq, 1 çay qaşığı bal qatmaq və isti-isti içmək. Həm də çoxlu salat yemək
məsləhət görülür.
8. DƏRİ XƏSTƏLİKLƏRİNDƏ:Qara zirə yağının kiçik bir miqdarını götürüb bərabər
miqdarda qızılgül suyu və 2 mislində buğda unu ilə qarışdırın. Sirkədə
isladılmış əski parçası ilə dərinin xəstə səthini ovun, sonra isə
hazırladığınız qatışığı ləngimədən dəriyə çəkin və günəş altında olmağa
çalışın.
9. YüKSƏK QAN TƏZYİQİNƏ QARŞI: Bu xəstəlikdə qara zirəni isti içki (çay, süd və
s.) ilə qarışdırıb için və bədəninizi qara zirə yağı ilə ovuşdurun.
10. SİNƏDƏ AĞRILAR: Qaynar suya 1 xörək qaşığı qara zirə əlavə edin və ondan
qalxan buxarı nəfəsinizlə udun. Yatmazdan əvvəl başınızı bağlayın.
11. GÖZ AĞRISI: Qara zirə yağı göz xəstəliklərinin əksəriyyəti üçün faydalıdır.
Onu səhər və axşam yatmazdan qabaq gözünüzə damcıladın, gözünüzün (və ya gözlərinizin)
ətrafına sürtün və bundan sonra bir-neçə damcı qara zirə yağı qarışdırılmış 1
xörək qaşığı bal yeyin.
12. XORA:1 fincan bala 10 damla qara zirə yağı qarışdırın. Hər gün səhərlər ac
qarına alınmış qatışıqdan bir qaşıq için. Sonra 1 stəkan süd için. Fasiləsiz
olaraq 2 ay bunu davam etdirin.
13. XƏRÇƏNG: Qara zirə yağını yoluxmuş sahəyə çəkin. Habelə, gündə 3 dəfə 1 çay
qaşığı qara zirə yağı və 1 stəkan yenicə sıxılmış yerkökü şirəsindən ibarət
olan içki için (içməzdən öncə mayeni silkələyin ki, qarışsın). Belə qarışığı 3
ay qəbul edin. (Məlumatın alındığı mənbədə rəvayət edilir ki, bir qadın
boğazında çıxmış xərçəng şişini məhz qara zirənin köməyi ilə müvəffəqiyyətlə
sağaltmışdı!)Habelə, qara zirəni sarımsaqla qəbul etmək məsləhət görülür. Bütün
bu proseduralar Quran oxu¬maqla və Uca Allaha dua etməklə müşayiət olunmalıdır.
14. TƏNBƏLLİK: Qara zirə yağının 10 damcısını 1 stəkan portağal şirəsinə
qarışdırın və alınmış içkini 10 gün ərzində yuxudan durandan sonra qəbul edin.
Bu zaman ən vacib olan: sübh namazından sonra yatmamaqdır.
15. YADDAŞIN YAXŞILAŞDIRILMASI: 7 damcı qara zirə yağını qaynama dərəcəsinə
çatdı¬rıl¬mış nanəyə damcılayıb onu balla qarışdıraraq istənilən vaxtda
isti-isti içmək. Eyni zamanda kofe və çay içməkdən çəkinmək məsləhətdir.
16. ASTMA : Xəstənin sinəsini zeytun yağı ilə qarışdı¬rıl¬mış qara zirə yağında
ovmaq (1 = 5 nisbətində, bütün hallarda: 1-ci rəqəm zirə yağını, ikinci rəqəm
başqa kompo¬nent¬ləri bildirir, yəni 1 hissə zirə və 5 hissə zeytun yağının
qarışığı). Qara zirə yağının buxarını udmaq və çay qaşığının ¼ dilin altında
saxlamaq tövsiyə edilir.
17. ŞƏKƏR XƏSTƏLİYİ:1 stəkan qara zirə toxumunu, 1 stəkan vəzəri toxumunu və
yarım stəkan nar qabığını qarışdırıb, onları toz halına gətirilənədək döymək. 1
ay ərzində səhər yeməyin¬dən qabaq bu tozun yarım qaşığını 1 çay qaşığı qara
zirə yağı ilə qəbul etmək.
18. QULAQ AĞRISI:1 diş təzə sarımsağı 3 gün ərzində 1 unsiya qara zirə yağında
islatmaq. Alınmış qarışıqdan bir neçə damcı bilavasitə ağrıyan qulağa
damcılamaq və qulağın ətrafını da masaj etmək.
19. DİARREYA: 1 çay qaşığı qara zirə yağını 1 fincan yoğurd ilə qarışdırmaq.
(Yoğurdun halal yoğurd olmasına əmin olun.) Hazırladığınız qarışığı gündə 2 dəfə
3 gün ərzində qəbul edin.
20. ƏZƏLƏ AĞRILAR: Əzələ ağrılarının müalicəsi üçün öncə acqarına 5 diş sarımsaq
yeyin. Bundan bir saat sonra dəmlənmiş 1 stəkan darçın çayına 5 damcı qara zirə
yağı damcı¬layıb qəbul edin. Zeytun yağı ilə qarışdırılmış bir qədər qara zirəni
azca qızdıraraq ağrılı yerə tez-tez çəkin. Habelə yatmazdan öncə qaynadılmış
qara zirənin balla qarışdırılmış qarışığını için.
Ardı var..
Kitabın adı: Qara zirə və onun yağı ilə müalicə
Müəlliflər: M.İ.Hacıyev, A.A.Məhəmmədov