Allahdan başqasına təvəkkül etdiyinə görə Yusif (ə) bir neçə il zindanda qaldı
Yusif peyğəmbər (s) << Quran>> da
buyurduğu kimi ( <<O bizim xalis bəndələrimizdən idi>>), böyük məqama
və ali mənəvi dərəcə yetişmişdi. Amma buna baxmayaraq, zindan yoldaşlarından
birinin azad olacağını bildikdə, Misir sultanına onun (Yusif) haqqında da
danışmağı rica etdi. <<Qurani-Kərim>> bu haqda belə buyurulur:
<<(Yusif) bu iki nəfərdən nicat tapacağını
yəqin etdiyi kimsəyə (şərab paylayana) dedi: <<Ağanın yanında məni də
yada sal!>> Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı
unutdurdu və buna görə də O (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda
qaldı. >> (Yusif-42)
<<… Bir neçə müddətdən sonra yadına düşdü ki,
Yusif neçə illərdir zindandadır.>>
(Yusif-45)
İmam Sadiq (ə) Yusifin Allahdan başqasına sığındığı
haqda buyurdu:
Cəbrail Yusifin yanına gəlib dedi:
-Kim səni insanların ən gözəli etdi?
Yusif dedi:
-Allah.
Cəbrail:
-Kim sənin məhəbbətini atanın qəlbinə saldı?
Yusif:
-Allah.
Cəbrail:
-Səniquyudan çıxartmaq üçün karvanı sənə sarı kim
yolladı?
Yusif:
-Allah.
Cəbrail:
-Səni quyudan kim çıxartdı?
Yusif:
-Allah.
Cəbrail:
-Misir qadınlarının məkr və hiyləsini səndən kim
uzaqlaşdırdı?
Yusif:
-Allah.
Cəbrail dedi:
-Allahın soruşur ki, bəs niyə məndən başqasına rica
etdin, amma Məndən istəmədin? Bax, buna görə də gərək bir neçə il zindanda
qalasan.
Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məndəvi Kəni