» » Alimlərin sözləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Alimlərin sözləri
+5
Müəllif: Fatimə Nuri Xuda | 24-02-2015, 14:03 | Baxılıb: 2 452
 
 
 Alimlərin sözləri 

1- Muris Moterlinq
O, tanınmış yazıçılardan və Avropanın böyük alimlərindən biridir. Onun ilk kitabı Nobel mükafatına layiq görülmüşdür. Məşhur Filosof Breksul onun barəsində deyir: "Əgər biz Moterlinqə əsrimizin Sokratıdır desək, Sokratı yüksəltmiş və Moterlinqi kiçiltmiş olarıq". O, 20-yə yaxın fəlsəfi kitab və elmi məqalələr yazmışdır. Kitabların hər biri orta hesabla 150 dəfə çap olunub və dünyanın müxtəlif dillərində tərcümə olumuşdur. Moterlinq deyir: "Mən nə qədər təkrar etməliyəm ki, heç nə bilmirəm və nə qədər deməliyəm ki, heç kim heç nə bilmir. Əgər kimsə nə isə bilsəydi, bildiklərini indiyədək hamıya demişdi. Hamı da dünyanın sirrindən xəbərdar olardı. Elə buna görə də, xilqət, dünyanın sirləri və onun sonu haqqında nə deyiriksə, fikrimizə gələn düşüncələrdir. Öz fikrimizə əsasən də bu məsələlər haqqında nəzər veririk. Bir gündən sonra dediklərimiz zehnimizdə süstləşərək dəyərsizləşir". 
 2- Abeyburinin sözləri
O, deyir: "Çevrənin radiusu artdıqca sahəsi dəfələrlə böyüdüyü kimi, bizim də məlumatımız artdıqca məchullarımız qat-qat çoxalır. Çox təəssüflər olsun ki, qürurlu və özümüzdən razı olmağımıza baxmayaraq dizlərimizi yerə qoyaraq bu barədə heç nə bilmədiyimiz və varlığın sirrindən xəbərimizin olmadığını etiraf etməyə məcburuq. Həyatla ölüm, xilqətin fəlsəfəsi və bir çox başqa işlər hələ bizim üçün müəmmalı olaraq qalır. Ola bilsin bu tezliklə kəşf olunmasın. Nə üçün uzağa gedirik. Biz hələ özümüzü tanımırıq. Bilmirik kimik, təbiətlə nə əlaqəmiz var, hardan gəlmişik və sonda əjdaha kimi bütün insanları özünə tərəf çəkən o qorxulu zindanın qəbr qapısından hara gedəcəyik?
Bəli biz heç nə bilmirik və bütün bu işlərin üzərinə sual işarəsi qoymağa məcburuq. 
3- Aleksis Karlın sözləri
 Nobel mükafatına layiq görülmüş bu fıransalı bioloq öz "İbadət" kitabında deyir: "Bəzən ibadətin heyrətləndirici təsiri olur. Elə xəstələr olub ki, təxminən bir anlığa cüzam, xərçng, böyrək çürüməsi, xroniki yaralar, ağ ciyər və sümük vərəmindən şəfa tapılar. Belə şəfa tapanlar təxminən həmişə birdir. Şiddətli ağrıdan sonra bir neçə dəqiqə ərzində şəfa tapır və ən çoxu bir neçə saatdan sonra xəstəliyin təsiri məhv olur. Onun cismi və anatomik yaraları da sağalır. Bu möcüzə o qədər sürətlə xəstəyə öz sağalmağını qaytarır ki, hətta bu gün cərrahlar və fizioloqlar təcrübə boyu müşahidə etməyiblər...” 
Həmin yazıçı "İnsan naməlum varlıqdır" kitabında bir sıra məsələlərdən sonra deyir: "Ola bilsin bizim üçün bu xariqüladə məsələlərin səbəblərini öz elmi axtarışımızla dərk edək".  
Böyük alimlərin yaradılış və dünyada baş verən hadisələr qarşınızda öz acizliklərini etiraf etmələrindən əlavə özümüz də əyani surətdə müşahidə edirik ki, dünyada adi insan dərki ilə izah oluna bilməyən bir çox fövqəltəbii hadisələr baş verir. Ona görə də bir şeyin səbəbini ağılla dərk edə bilmədikdə onu inkar etməməliyik (necə ki, bu kitabda qeyd olunmuş bir çox rəvayətləri əvvl başa düşmək olmur. Amma elmi tədqiqatlardan sonra müəyyən qədər dərk olunur). Onun səbəbini dərk etmədiyimizi deməliyik. İndisə minlərlə dərk olunmayan qeyri adi işlərdən ikisinə işarə edirik.
1- Şeyx Həsənəli Noxudəki və su quyusu 
Bizim evimizə yaxın bağı olan Tehranın hörmətli tacirindən bir nəfər, bizim üçün belə bir əhvalat danışıb: "Biz bu bağı alarkən su sarıdan çətinlik çəkirdik. Su xətti də yox idi. Bu səbəbdən də məcbur olduq ki, bağda çox da dərin olmayan bir su quyusu qazaraq su matorunun köməyilə bağı suvaraq. Amma haranı qazırdıqsa, su çıxmırdı. Bu iş üçün xeyli xərc çəkməyimizə baxmayaraq yenə də bir nəticə əldə edə bilmədik.
Bu müddət ərzində 8-ci imam həzrət Rzanı (ə) ziyarət etmək qəsdilə Məşhədə getdim. Mərhum hacı şeyx Həsənəli Noxudəki ilə çoxdankı tanışlığımıza görə onu görməyə getdim. Sohbət əsnasında Şəmiran bağında çoxlu su quyuları qazmağımız və heç bir nəticə ala bilməyərək ziyana düşməyimiz barəsində o mərhuma danışdıb, ondan kömək istədim. O mənə dedi: "Mənim sənə tapşıracağım işi Tehrana qayıdandan sonra etsən bu tapşırığa əsasən bağın harasını qazsan ordan su çıxacaq və bir də heç vaxt qurumayacaq. Nə qədər istəsəniz o sudan istifadə edin. Sizə kifayət edər.
Bu şərtlə ki, camaatın, yoldan keçənlərin və qonşuların da o sudan istifadə etmələri üçün bağın kənarında bir kran qoyasan. Şərti qəbul etdim. O, balaca bir kağız götürüb onun üzərinə dua yazdı. Mənə verərək dedi: "Haranı istəsəniz qazın. Əvvəlcə bu kağızı qazmaq istədiyiniz yerə qoyun, daha sonra qazıntıya başlayın. Suya yetişdikdə, bu kağızı quyuya atın.
Mən Tehrana qayıtdıqdan sonra onun tapşırıqlarını yerinə yetirdim. İndi neçə illərdir ki, il boyu o quyunun suyundan istifadə edirik. Bəzən də yayda hər gün saatlarla su matoru ilə o quyudan su çəkməyimizə baxmayaraq heç bir damcı da o sudan azalmır. O mərhumun göstərişinə əsasən bağ divarının arxasında kran qoymuşuq ki, bütün camaat o sudan istifadə etsin. 
2- Asketlə qatarın hekayəsi
Misir jurnallarından biri materialist alimlərindən birinə xitab edərək deyir: "Ey alimlər, neçə il bundan qabaq baş vermiş hadisə, hansı elm və qanunla uyğun gəlir? Bunu necə dərk edirsiniz?" Daha sonra aşağıdakı hekayəni nəql edir:
"12 il bundan öncə Hindistan şəhərlərinin birində, asketlərdən olan kasıb bir kişi qatara minir. Bir-iki dayanacaq ötəndən sonra adət üzrə qatar rəisi biletləri və sərnişinləri yoxlamaq üçün vaqonları gəzir. Bu kasıb kişiyə çatdıqda ondan bilet tələb edir. Asket biletinin olmadığını bildirir. Qatar rəisi: - qatarın pulunu ver sənin üçün bilet verim – deyir. Asket deyir: "O da yoxumdur".
Qatar rəisi növbəti dayanacaqda asketi düşürmək üçün qatarın işçilərinə göstəriş verir. Qatar növbəti dayanacağa yetişir. İşçilər kasıb asketi düşürmək üçün onun yanına gəlirlər. Asket onlara üz tutaraq deyir: "Məni düşürsəniz qatar hərəkət etməyəcək". İşçilər istehza ilə gülərək onu qatardan düşürürlər. Asket yaxınlıqdakı təpəyə gedir. Təpənin üstündə səpələnib oturaraq göslərini qatara dikir. Qatarın işçiləri öz işlərini bitirdikdən sonra qatarın fitini çəkirlər. Sərnişinlər fit səsini eşitdikdə qatara daxil olurlar. Maşinist fiti çəkərək hərəkət düyməsini basaraq tormozu buraxır. Amma qatarın tərpənmədiyini müşahidə etdikdə heyrətə gəlir. Bir qədər o tərəf bu tərəfə baxaraq, qatarın vint və qaykalarını yoxlayır. Hamısının öz yerində olduğunu görür. Bununla belə qatarın nə üçün hərəkət etmədiyini başa düşə bilmir. Yavaş-yavaş qatarın və dayanacağın işçiləri və rəisləri yerə enərək mexanik gətizdirirlər. Nə qədər çalışırlarsa da bir nəticəyə gələ bilmirlər. Lokomotivin texniki qüsura düçar olduğunu və elə bu səbəbdən də qatarın hərəkət etmədiyini zənn edirlər. Bunun üçün başqa bir lokomotiv gətizdirib qatara qoşurlar. Bu lokomotivində tərpənmədiyini gördükdə təəccüblənirlər. Nəhayət işçilərdən biri deyir: "Ola bilsin qatardan düşürdüyümüz o kasıb kişinin işidir. Qatardan düşərkən "Məni düşürsəniz qatar hərəkət etməyəcək" – dedi. Bəlkə də o kişi asketdir və elə iş görüb ki, qatar tərpənmir". Beləliklə kasıb kişini axtarmağa başlayırlar. Onu yaxındakı təpədən tapırlar. Yanına gəlib üzrxahlıq etdikdən sonra, xahiş edirlər ki, pulsuz hara getmək istəyirsə qatara minsin. Amma o qəbul etməyərək deyir: "Nə vaxt qanun çıxarsanız ki, bu gündən etibarən hər bir kasıb asket istədiyi vaxt bir şəhərdən digər şəhərə pulsuz aparacaqsınız, qatara minərəm". Qəribə çətinliklə üzləşmişdilər. Nəhayət asketin təklifini qəbul edərək bu barədə ona söz verdikdən və sərnişinlər və işçilər xeyli təkid etdikdən sonra asket qalxaraq qatara mindi. Qatara daxil olmağı ilə qatar hərəkət etdi". 
 Sonda qeyd etmək istərdim ki, bu yazı ilə oxucuların əhkama qarşı olan əqidələrinin artacağına və İslamın hərtərəfli, qlobal din olduğunu dərk edəcəklərinə ümidvaram. Elə bir din ki, heç bir din və elm onunla müqayisə edilə bilməz. 

Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri

 
 
 
Bölmə: İslamda sağlamlıq
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 26 Şubat 2015 22:58 | İstifadəçi | Şərh yazdı
MaşAllah hamisi bir-birinden gözel yazilmiş sözlerdir.Bu xeberi çox beyendim.Olduqca maraqli ve deyerli xeberdir.Bu insanlar eger müselman olsaydilar bu dünyaya niye ve nece geldiklerini bilerdiler.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.