» » Hündürdaban ayaqqabıların zərərləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6728

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6712

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 4
Ay ərzində: 5

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mart 2025    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hündürdaban ayaqqabıların zərərləri
    +10
    Müəllif: Fatimə Nuri Xuda | 24-02-2015, 13:47 | Baxılıb: 1 985
     
     
    Hündürdaban ayaqqabıların zərərləri

    Bu ayaqqabılar da burnu dar ayaqqabılar kimi ziyanlarla dolu dur. Onlardan bəzilərinə işarə edirik.
    A- Topuqun burxulması və sınması
    Bəlkə də bəzi qadınlar fikirləşirlər ki, 10 santimetirlik daban üstündən yıxılmamaq üçün bacarıq lazımdır və bir çox qadınlarda bu bacarıq olmadığı üçün yıxılırlar. Lakin yadda saxlamaq lazımdır ki, hündürdaban ayaqqabıların ziyanları təkcə topuğun burxulması və ya sınması deyil, çünki, hətta bütün ömür boyu 10-15 santimetr hündürlükdə olan ayaqqabıların üzərində gəzsəniz və heç vaxt yıxılmasanız yenə də onun başqa ziyanları ilə üzləşəcəksəniz .
    B- Baldır əzələlərinin gödəlməsi
    Qadınların 6 aydan çox ardıcıl olaraq hündürdaban ayaqqabılarda gəzməsi baldır əzələlərinin gödəlməsinə səbəb olar.
    Bu hadisənin nəticəsi ayağın əyri-üyrü olması və boyun balacalaşması deyil ki, bəzi hündürdaban ayaqqabı geyinən qadınlar desinlər: "Heç bizim ayağımızın əzələsi balacalaşmadı". Əksinə bu işin nəticəsi, pəncə qövsünün xarab olmasıyla qurtarır. Demək lazımdır ki, adətən insanlar ayaqlarının altının düzləşməsini hiss etmirlər. Amma mütləq sonralar ayağın altının düzlüyündən yaranan bel ağrıları onu incidəcək.
    C- Dizlərin gücə düşməsi
    Harvard universitetinin alimləri tərəfindən aparılan tədqiqatların nəticəsinə əsasən, enli və dikdaban ayaqqabılar dizlərə düşən gücün miqdarını 26 faiz artırır. Eləcədə dar və dikdaban ayaqqabılar dizlərə düşən gücün təsirini 22 faiz artırır.
    Q- Diz oynağının artrorz 
    Diz oynağının sümükləri arasındakı, qığırdaq diz oynağı mayesinə bağlıdır. Belə ki, bu qığırdağın qidası, həmin maye vasitəsilə əmələ gəlir. Oynaqlara çox güc düşdükdə həm qığırdağa artıq təzyiq olur, həm də onun oynaq suyundan aldığı qidası çətinləşir. Zaman kedikcə bu hadisə diz oynağında artrorzun yaranmasına səbəb olur.
    D- Belağrısı
    Dabanın hündürlüyü 2 sm-ə qədər standarddır. Bu miqdardan hündür olarsa, yol gedərkən bədənin çox çəkisi ayağın qabaq hissəsinə düşdüyündən, bel əzələlərinin və ya dizin arxa nahiyəsi çəkildiyi üçün bel ağrısına və diz oynağının ağrılarına səbəb olar.
    3- Borclu olmamaq 
    Ömrün az olmasının səbəblərindən biri də borcun çox olmasıdır. Ona görə ki, əsəb gərgintiləri insana güc gəlir. Bu əsəb gərginlikləri özü bir çox ölümün amilidir. Çox zamanlar borclu insan öz borcunu vaxtında qaytara bilmir. Bunun özü də müxtəlif xəstəliklərə səbəb olur. 
    "İslam və müasir tibb" kitabının yazarı doktor Əbdüləziz yazır: "Əsəb gərginliklərinin təsiri, borcunu qaytarmağa qüvvəsi olmayan zaman baş verir". 
    Belə vəziyyətdə olan insanların sonunun şəkər xəstəliyi, qan təzyiqinin artması, mikroinfarkt və hətta dəlilik gətirən qan azlığı ilə bitməsini müşahidə etmişik.
    Çünki, əsəb gərginliyi bu vaxt cisimdə "adranalin" maddəsini artırır. Bu isə qan təzyiqinə və "Bankryas" sızmasına bais olur.
    4- Cinsi əlaqədə az olmaq
    Məkruh işlərdən biri də həyat yoldaşı ilə çoxlu əlaqədə olmaqdır. Bu iş müxtəlif xəstəliklərə və tez qocalmağa səbəb olur.
    Aristoteldən soruşurlar: "Nə vaxt yaxınlıq edək?" 
    Deyir: "Nə vaxt zəif olmaq istəsən".
    "Yaz çiçəyi"  kitabında bir nəfər müdrik insandan soruşurlar: "İnsan nə qədər yaxınlıq edə bilər?" Deyir: "İldə bir dəfə" Deyirlər: Əgər səbr edə bilməsə? Deyir: Ayda bir dəfə Deyirlər: Əgər özünü saxlaya bilməsə? Deyir: Həftədə bir dəfə Deyirlər: Əgər qarşısını ala bilməsə? Deyir: sperma insanın canıdır, nə vaxt ürəyi istəsə onu bədəndən çıxarsın.
    5- Daim dəstamazlı olmaq
    Allahın Rəsulu buyurub: "Həmişə dəstamazlı olun ki, Allah-taala ömrünüzü uzatsın". 
    Bu məsələdə insan düçüncəsinin dərk etməyə qadir olmadığı mənəvi bir sirrin gizlənməsindən əlavə, sağlamlış gətirən və nəticədə ömürün uzun olmasına səbəb olan gigiyenik faydaları var.
    "İslam və müasir tibb" kitabının müəllifi doktor Əbdüləziz bu barədə deyir: "Dəstəmazın tibbi baxımdan da faydaları var. Bu mənada ki, gün ərzində ağızın bir neçə dəfə təmizlənməsi diş və damağ xəstəliklərinin qarşısını olmaq üçün mühüm vasitədir. Eləcə də bururun soyuq suyla yuyulması  dəfələrlə qrip olmağın qarşısını almaq üçün ən yaxşı üslubdur. Digər tərəfdənsə bu iş (suyla burunun yuyulması) vaksenlə peyvənd etmə kimi təsirli və faydalıdır. Son zamanlar bu barədə burun mütəxəssisləri elmi tədqiqat aparıblar. 
    Əl-üzün yuyulmasının faydaları aydındır. Çünki, üz və bədənin başqa üzvülərini adətən dəri və iltihab xəstəliklərinə tutularkən gün ərzində bir neçə dəfə yumaq sağlamlığı təmin etmək üçün ən yaxşı vasitədir.
    Son zamanlar aşkar surətdə məlum olub ki, əksər mikroblar dəridə yaranan çatların vasitəsilə bədənə daxil olur. Parazitlərin də həmin yolla bədənə daxil olması sübut olub. Şübhəsiz ki, ardıcıl yuyulma bu növ xəstəliklərin qarşısını almaq üçün ən təsirli və sadə yoldur. Çünki, dərinin üst qatı mikrobların bədənə daxil olmasının qarşısını alır. Yalnız dəridə çat olarsa mikrob bədənə girir. Bu zaman dəri öhdəsinə düşən işi əldən veriri və mikroblar bədənə rahat daxil olur. Bir məsələni də nəzərdən qaçırmaq olmaz ki, dəri çatının ən mühüm amili onun cod və xarab olmasıdır. Bunun da səbəbi natəmizlikdir. 
    Amma ağız yolu ilə bədənə daxil olan mikroblar yalnız əllərin bulaşıq olmasından irəli gəlir. Əllər həmişə yuyulmuş və təmiz olarsa, təbiiki, xəstəliklərin qarşısını almaq üçün ən yaxşı vasitə olar. 
    6- Yaxınlarla (ata, ana, bacı, qardaş və s.) ünsiyyət yaratmaq 
    İmam Sadiq (ə) bir neçə vasitəylə Peyğəmbərdən (s) nəql edir: "Yaxınlarla ünsiyyət evləri abad və ömürləri uzun edər. Hətta bu işi görənlər yaxşı adam olmasa belə". Başqa rəvayətdə buyurur: "Yaxınlarla ünsiyyət qiyamət gününün sorğusunu asan edər və pis ölümdən qoruyar". 
    İmam Sadiqin (ə) səhabələrindən biri olan Hənnan ibn Sədir deyir: "Mən bir neçə nəfərlə İmam Sadiqin (ə) yanında idim. Bizim aramızda Meysər adlı bir nəfər yaxınlarla ünsiyyətdən söz saldı. Imam Sadiq (ə) ona dedi: "Ey Meysər, bu vaxta qədər neçə dəfə sənin ölümün çatıb. Amma hər dəfə yaxınlarla ünsiyyəti kəsmədiyinə görə Allah-taala sənin ölümünü təxirə salıb. Ömrünün uzun olmasını istəyirsənsə ata-anana yaxşılıq et". 
    Bu işin ömrün uzun olmasındakı rolunun elmi dəlillərindən biri, cəmiyyətin insana qoyduğu təsirdir. Bu kitabın bir neçə yerində ona işarə olunub. Bütün bunlardan əlavə, İsveçdə 29 yaşdan 74 yaşadək 17000 insanın üzərində aparılan 6 illik tədqiqata əsasən, bu insanların arasında daha çox təklik sevənlər, digərlərindən dörd dəfə çox vaxtsız ölümə məruz qalırlar. Habelə Pensilvaniyada Karenci Lun universitetinin müəllimi Şeldun Kuhən tərəfindən aparılmış axtarış göstərib ki, ailə və dostlarla ictimai bağlılıq, insanı infeksiyalı xəstəliklərdən qoruyur. 
    7- Gözəl davranış və yaxşılıq (xüsusilə də valideynə) 
     İmam Sadiq (ə) buyurub: "Dünyada xalqla gözəl darvranışla həyat sürən insanların ömrü təbii ömürlərilə yaşayanlardan çoxdur."  Eləcə də buyurub: "Kim ailəsilə yaxşı davranarsa ömrü uzanar".
    8- Sədəqə vermək
    Başqa bir rəvayətdə Allahın rəsulu buyurub: "Sədəqə verin və öz xəstəliklərinizi sədəqə ilə sağaldın. Çünki, acı hadisələrin və xəstəliklərin qarşısını alaraq sizin ömrünüzü və yaxşılıqlarınızı artırar".
    9- İmam Hüseynin (ə) məzarını ziyarət etmək
    İmam Baqir (ə) buyurub: "Bizim ardıcıllarımıza İmam Hüseynin (ə) qəbrini ziyarət etmələrini tapşırın. Çünki, o həzrəti ziyarət etmək ruzini artırar, ömrü uzadar və pislikləri uzaqlaşdırar". 
    10- Yaxşı niyyət
    İmam Sadiq (ə) buyurub: "Kim yaxşı niyyətdə olarsa, ömrü uzanar". 
    Axırıncı qeyd olunan bir neçə məsələ ən üstün mənəvi təsirlərdən əlavə ruhi təsirlərə də malikdir. Bu da insanın ruhi aləminin dəyişilməsinə səbəb olur. Nəticə etibarı ilə, ruhla cisim qarşılıqlı əlaqədə olduğu üçün insan bədəni sağlam qalaraq ömrü uzanır.
    11- Əfv Etmək
     İslam Peyğəmbəri buyurur: "Əfvi, güzəşti çox olan şəxsin ömrü uzun olar". 

    Əfv etmək və müasir elm

    Tədqiqatlar güzəşt etməyin ən azı iki işdə təsiri olduğunu gəstərirlər. Birincisi: intiqam almaq vəziyyətinin stressini azaldır. Belə ki, bu stress töhmət, qəzəb, düşmənçilik, nifrət, inciklik və qorxunun (inciməkdən ya yenidən təhqir olmaq qorxusunun) nəticəsidir. Bu hisslər qan təzyiqinin artması və hormonların dəyişməsi kimi fizioloji nəticələrə səbəb olur. Bu da ürək, damar xəstəliklərinə, bədənin təhlükəsizlik sisteminin korlanmasına, yaddaş və əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tədqiqat fondunun icraçı müdiri Ort Vortinqton, bağışlamaq barəsində deyir: "Siz hər dəfə intiqam hissi keçirəndə, öz sağlamlığınız üçün bir çətinlik yaradırsınız". 
    Güzəştin digər faydaları olduqca incədir. Tədqiqatlar dostları, qonşuları və ailəsi ilə güclü ictimai əlaqə yaradanların tənha yaşayan insanlardan daha sağlam olduqlarını göstərir. Əfv etməyən insanlarsa öz yaşayış əlaqələrinin əldən çıxmasına görə qibtə edirlər.

    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
    Müəllif: Mehdi Tahiri

     
     
    Bölmə: İslamda sağlamlıq
    Şərhlər: 2
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 23 Mart 2015 22:30 | Sayt nəzarətçisi | Şərh yazdı
    COX SAGOL BACIM MARAQLIDIR

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 26 Şubat 2015 23:12 | İstifadəçi | Şərh yazdı
    Allahin salami ve salavati üzerinize olsun inşAllah.Çox gözel hedislerdir.Allah razi olsun sizlerden amin inşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.