Müxtəlif
Bu fəsli xüsusi başlıqda deyil, "Müxtəlif" adlandırmağımızın səbəbi əvvəla buna görədir ki, bütün fəqihlər bu fəsildə gələnləri haram bilmirlər. Və həm də bəzən haram sayılsa da, bunlar zati haramlıqlarına malik olmasına görə deyil (yəni zati haramlığa malik deyillər), əslində zərərlərinə görə haram sayılır.
Ekstazi
Ekstazi sözü vəcdə gəlmək, dəlilik, divanəlik mənasına olub gecə kulublarında, diskotekalarda və gecə partilərində rəqsgətirici (oynadıcı) dərmanlar kimi istifadə edilir.
Eks həbinin cismi zərərləri
Mütəxəssislərin fikirincə hətta yoxlamaq üçün bir dəfə belə eks tabletkasının istifadəsi çox təhlükəli olub.
Doktor Nuri deyir: "Bu dərmanların zərərləri sırasında görmə qabiliyyətində çatışmazlıqlar, iştahın azalması, görmə nasazlıqları (reallıqda olmayan əşyaların gözə görsənməsi), ürək döyüntülərinin və qan təzyiqinin artması, qərarsızlıq, bədənin temperaturunun qeyri-münasib dəyişkənliyi və su və maye içməyə ehtiyac özünə yer tutur. Bəzən isə, uzunmüddətli sağalmaz və hətta ölümlə nəticələnə bilən ziyanlar vura bilər.
Amma ekstazi həbi digər təhlükəli fəsadlara da malikdir. O cümlədən hipotalamusun fəaliyyətinin pozulması, fərdin danışıq və rəftarında öz nəzarətini əldən verməsi, qısa müddətli yaddaşda pozuntunun yaranması, çox miqdarda bədənə daxil olmuş suyun xaric olmamasından dolayı beyin şişinin mümkünlüyü, duz və eliktrolitlərin azalması, cinsi problemlər, uzun müddətli düşkünlük duyğusu, baş ağrısı, baş gicəllənməsi və yuxusuzluq, dəliliyi göstərmək olar".
Bu ekspertin sözünə görə "hər şeydən çox təhlükə yaradan və sonda ölümə səbəb olan faktor, bu dərmanların hazırlanmasında istifadə edilən qeyri-xalis maddələrdir".
Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük elmi və tibbi sübutlarla
Müəllif: Mehdi Tahiri