Bu kəraməti hacı Nəsrullah Mədədi məktub vasitəsi ilə bizim ünvana göndərmişdir.
«Mən 1330-cu il 9-cu ay, 29 tarixdə (şəmsi ili ilə) ailə həyatı qurmuşam. 1332-ci ilə həzrət Zəhra (s.ə) ilə əhd etmişəm ki, onun eşqində halva bişirəcəm. Hər il halva bişirib ehsan etməkdən ötrü 45 kq undan istifadə edirdim. Bu iş 1348-ci ilə kimi davam etdi. Günlərin birində halva bişirməyi əmim arvadının öhdəsinə qoydum və ona inanıb öz işimin ardınca getdim. Saat 11 radələrində gecə iş yerindən evə döndüm. Əmim arvadına müraciət edib dedim: Əmi arvadı, halva yaxşıdır, ya yox? Halvanı xarab etmişdilər. Amma cavabında mənə dedilər ki, Çox yaxşı bişib. Mən qazanın altını söndürüb üstünə bir dəstmal sərdim. Sonra bir az qazanın suyundan süzüb qazanın altını təzədən yandırdım.
Çox iş görəndən sonra yorulub sobanın ətrafında istirahət etməyə başladım. Bir neçə dəqiqə sonra həyətimiz işıqlı oldu (gecə yarı). Fikirləşdim ki, əmim arvadı həyətin işıqlarını yandırdı. Bir neçə dəfə soruşdum: Əmi arvadı! İşığı sizmi yandırdınız? Cavab verdi: Xeyr! Biz hamımız otaqda yatmışıq. Bir azdan sonra yuxudan oyandım. Yuxulu olmayan halda canamızımın üstünə gəldim. Gördüm canamazım açıqdır, «Məfatihül-cinan» kitabıda onun yanında açıq idi. Əmim arvadı narahat olub ağlamağa başladı: Ax! Anam Zəhra yenə də gəlibmiş. Mən ki, halvanı yaxşı bişirmişdim.
İkinci dəfə yuxuya getdim. Səhər saat beşdə yuxudan ayıldım. Halvanı böldüm. Bölə-bölə öz-özümə dedim: Ya Fatimeyi-Zəhra! Bu gündən sonra icazə ver (halva yerinə) «Tasua» günü Əbül Fəzl Abbasının(əleyhissalam) adına düyü bişirim. O gündən sonra 1359-cu ilə qədər hər il düyü bişirdim. 1359-cu ildə əlim atəşə düşüb yandı. Mən narahatçılıqdan əlimi suya salmaq əvəzinə neft olan qaba saldım. 40 dəqiqədən sonra əlim şişdi. Məni xəstəxanaya apardılar. Xəstəxanada dedilər ki, bunun əli dərin yanıb. Mən qorxumdan demədim ki, əlimi neft olan qaba salmışam. Təxminən, 50 gün məni o xəstəxanadan bu xəstəxanaya göndərdilər. Nəhayət, bir gün məni «Çəmran» adlı xəstəxanadan «Səvaneh» yanığ xəstəxanasına e`zam etdilər. Bu xəstəxanada da bir həftə yatdım. Bir həftədən sonra qərara aldılar ki, əlimi biləkdən kəssinlər. Sonra «Çəmran» adlı xəstəxanaya məktub yazıb məsləhətləşdilər ki, mənim əlimi kəssinlər, ya yox? Məktubu həmin xəstəxanaya özüm apardım. «Çəmran» xəstəxanası belə cavab verdi ki, siz nə məsləhət bilirsinizsə bizim üçün möhtərəmdir. Təzədən həmin xəstəxanaya qayıtdım. Buranın həkimləri mənim əlim barəsində məşvərətə başladılar. Onlardan biri dedi: Əlinin sümüyü qaralıb. İstəyirik əlini kəsək. Razısanmı? Mən dedim: Sizin nəzəriniz nədir? Həkimlər bir-birinin üzünə baxdılar. Sonra onlardan biri dedi: Siz çölə çıxın. Təzə hava alın!
Mən xəstəxananın salonuna çıxdım və üzümü göyə tutub dedim: Ya Əbül Fəzl Abbas!. Əgər mən doğrudanda sizə aşpazlıq edirəmsə, əlimi səndən istəyirəm!. Ağlaya-ağlaya əlavə etdim:
Ya Əbül Fəzl Abbas, mən kimə deyəcəyəm ki, bu qazanı ocağın üstündən götür yerə qoy? Mən əlimi səndən istəyirəm!. Sonra həmin vəziyyətdə xəstəxananın içinə qayıtdım.Həkim mənə baxıb dedi: Biz sənin əlini kəsməyəcəyik. Səni başqa bir yerə göndərəcəyik. Məni «Bazarqanan» xəstəxanasına göndərdilər. Orada həkim əlimə baxıb tibb bacısına müraciət etdi: Bir qab su və bir geyilməmiş əlcək gətir. Tibb bacısı gəldi. Həkim ona baxıb dedi: Bu şəxsin əlini təmizlə! Tibb bacısı təzə əlcəyə əl atıb mənim üfunət etmiş ətimi qopartmağa başladı. Sonra bir qədər əlimə dərman sürtüb dedi: Siz gedin. Uşaqlarınızın dəftərçəsin (həkim dəftəri) gətirin.
48 saatdan sonra dörd ədəd «həkim xidməti» dəftərçəsini həkimin xidmətinə çatdırdım. Həkim hər dəftərçəyə üç dərman yazıb tapşırdı ki, hər bir nüsxəni bir aptekdən yox, hamısını bir aptekdən al. Bu əhvalat iki ay davam etdi. Mən sağ əlimi həzrət Əbül Fəzl Abbasdan( əleyhissalam) aldım.
Bir müddət sonra Tehrandan düyü bişirməkdən ötrü bir maşın odun apardım. Maşın yolda sürüşdü və on beş dəfə fırlandı. Başım dörd yerdən yarıldı. Sol əlim maşının altında qalıb sıxıldı. Çox yaralandım............. Yol polisi məni avtomaşının sükanı arxasından çıxarıb dedi: Ölməmisən? Dedim: Cənab rəis mən güclüyəm. Xeyr! Polis dedi: Bu ağacları nədən ötrü aparırsan? Cavab verdim: Məhərrəm ayında ehsan verib düyü bişirməkdən ötrü aparıram. Polis dedi: Əlini yaxşı kəslərin ətəyindən tutmusan. Heç vaxtı əl çəkmə!
Mən yeddi kiloqram düyü bişirməkdən başlamışdım. Hazırda 1376-cı şəmsi ilidir. Yetmiş kiloqram düyü bişirib ehsan verirəm. ümidvaram ki, həzrət Əbül Fəzl Abbasın (əleyhissalam) bu məhəbbəti müqabilində öz xırda vəzifəmin öhdəsindən gəlim.»
Bilün ey leşkəri üdvan mənəm Əbbasi Əli
Bilün ey leşkəri üdvan mənəm Əbbasi Əli
Xaliqə vahidi yəzdan mənəm Əbbasi Əli
* * * * * * * * * *
Adım Əbbasi Babam saqeyi kosərdi mənim
Cəddim ol nuri Xuda bil o peyənbərdü mənim
Qardaşım ruzi cəza şafeyi Məhşərdi mənim
Müddətim cəngidə bir xaliqim Əkbərdi mənim
Cəngidə xəncəri vurram mənəm Əbbasi Əli.
* * * * * * * * * *
Çəkərəm xəşmilə xəncər bu günü leşkərə mən
Atəşi suzi dəmi gör necə o kafərə mən
Teşnədir su aparam qönçə sifət Əsğərə mən
Yetirəm ta özümü şövqilə o kösərə mən
Kəsilən qoç kimi qurban mənəm Əbbasi Əli.
* * * * * * * * * *
Hökm elə leşkərüvə meydan arasın yerisin
Yol verün Şamə tərəf leşkəri nalan yerisin
Çəkərəm əyri qılınc su yerinə qan yerisin
Kəsərəm başuvüzü xakilə yeksan yerisin
Eyləyən kufəni viran mənəm Əbbasi Əli.
* * * * * * * * * *
Tu sənin tuti qədəm üstə giriban gəzərəm
Xuni Əkbər ötəri aləmi viran edərəm
Qıraram leşkərüvü vəsvüvü viran edərəm
İbni Sə`di dəsəni çaki giriban edərəm
Od vuran leşkərə əl`an mənəm Əbbasi Əli.
* * * * * * * * * *
Qoymaram yerdə qala qani Əli Əkbərimin
Ox boğazına batıb qönçə sifət Əsğərimin
Kakili qanə batüb Övn ilə həm Cə`fərimin
Gözləri yolda qalıb gör necə ol sərvərimin
Eyləyən bir qana min qan mənəm Əbbasi Əli.
* * * * * * * * * *
Xeymədə Əhli hərəm yari vəfadari mənəm
Açılıb bu fələkin bil ki, vəfadari mənəm
Yox vəfadarı Hüseynin ona ğəmxari mənəm
Kərbəla şahinə yavər mənəm Əbbas Əli!
Fəth edən Kərbübəladə mənəm Əbbasi Əli!
* * * * * * * * * *
Rəhm elə ümbətə sən həşridə ey Bari Xuda
Eyləyib ünbət özün Əkbərə canım fəda
Ağlayıb Qasimə, Əbbasə tutub daim əza
Bu sözü zikr eyləyib Seyyidü Məzlumi bəfa
Ümmətə rəhm eləsin Heydəri Kərrar mənəm!
Çu Əbbasi dilavər, edib ərsədə cövlan
Görüb qövmi sitəmgər, olub xeyli hərasan
Qədəm qoymadı bi kəs, qalıb cümləsi heyran
O dəm Maridi bi din, olub azimi meydan
Vurub lafi kəzafi, o bi ari bəd ərkan
Yolun tutdu o dəmdə, çu ibni şahi Mərdan
Yetim Marid əlində, gəlib xəncəri bürran
O şahabzi rəşadət, çəkib başına qalxan
Dübarə əmi oğul, cesan zey qəmü yezdan
Vurub tiği şərür bar, edib xakilə yeksan
İki parə yer üzrə, salıb şiri nər Əbbas!
* * * * * * * * * *
Sürüb suyi Fəratə, o dəm atın Ələmdar
Qaçıb muri mələk tək, hami qövimdi azar
Düşüb xofi hərasə, təmam leşkəri kuffar
Özün vurdu fəratə, çəkib tüqü şərürbaz
Görüb zərbəti tiqin, fərar etdi nə kin var
Yetib ta ki, Fəratə, o sərdari kərəmkar
Suya saldı çu atın, edib məşqini ubrar
Gətirdi bir içim su, o səqqayi vəfədar
Düşüb yadə Səkinə, olub didəsi xun bar
Suyu tökdü əlindən, o dəmdə yerə naçar
Dedi teşnə Səkinə, necə su içər Əbbas!
* * * * * * * * * *
Salıb çiyninə məşqin, o sərdari dilavər
Sudan çıxdı kənarə, o səqqayi hünərvər
Vurub atına məhmiz, alıb dəstinə xəncər
Xəbər aldı bu halə, o dəm Sə`di bədəxtər
Dedi durmun amandır, əya firqeyi kafər
Əyər ki, bir içim su içə ali peyənbər!
Bərabər ola bilməz, ola yüz belə leşkər
Yolun tutdu o şahi, təmamam firqeyi əbtər
Hücum etdi sərasər, olan qövmi sitəmgər
Vurub tiqini guya, gəlib heydəri Səftər
Töküb başları xakə, cesan bərxitar Əbbas!
* * * * * * * * * *
Dəvam etmədi leşkər, qaçıb qövmi şərarət
Çəkib düşməni tiqə, o vecami şücaət
Dəxi kimsə bərabər dura olmadı cür`ət
O dəm Nofili bi din, özün eylədi xəlvət
Vurub qafil o məl`un, Əli oğluna zərbət
Düşüb sağ qoli təndən, ginə etdi cəsarət
Alıb sol ələ tiqin, o dəm mə`dəni qeyrət
Gəlib hər nə ki vardır, qoşun durdu hərarət
Necə ərz edim Allah, yetib sol qola növbət
O dəm xarici millət, cesan Cə`fəri Təyyar
Açub balu pər Əbbas.
* * * * * * * * * *
Hüseyn söylədi Əbbas, ki ey xakilə yeksan
Düşən qollari təndən, olan peykəri şan-şan
Mənidə salacağdur, bu gün torpağa üdvan
Qalıb teşnə ayalım, susuz didəm giryan
Edib canini Əbbas, o dəm ünbətə qurban
Düşüb xakə yaralı, qum üstündə verib can
Tuta tə`ziyə hər kəs, edə ol şaha ehsan
İlahi Sən Özün ver, ona əcri firavan!
Bağışla bizi Allah, bi həqqi şahi Mərdan!
Düşüb xofə Məhəmməd, dəxi olma hərasan!
Sənə ruzi cəzadə, şəfaət edər Əbbas!