Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 yanvar 2014
Xəbərləri: 3024
Şərhləri: 81
Admin 31 oktyabr 2013
Xəbərləri: 2787
Şərhləri: 1738
Yusifi Zehra 26 dekabr 2013
Xəbərləri: 1849
Şərhləri: 1731
Elya 20 iyun 2014
Xəbərləri: 1108
Şərhləri: 2708
Huseynci Medine 2 mart 2014
Xəbərləri: 1096
Şərhləri: 2342
RuQeYyA 27 yanvar 2014
Xəbərləri: 612
Şərhləri: 3886
Aşiqi Rüqəyya 2 may 2015
Xəbərləri: 492
Şərhləri: 522
Ewqi_Kerbela 9 mart 2014
Xəbərləri: 458
Şərhləri: 735
Sirli_melek 19 dekabr 2013
Xəbərləri: 367
Şərhləri: 3950

Online Sual-Cavab



Müntəzir Zamani

Bismilləhir Rahmənir Rahim

......
313 nəfər və İmam Zaman (ə.f) ağa


Ayətullah Xoyi ağanın ustadı olmuş Ayətullah İsfahani ağa bir gün dərsdə İmam Zaman (ə.f) ağanın 313 nəfər köməkçisinin olduğundan danışaraq bildirir ki, nə zaman 313 nəfər səhabə olsa İmam Zaman (ə.f) ağa zühur edəcək. Dərsdən sonra dərsdə iştirak edən tələbələr deyirlər ki, Ağa buyurdu ki, nə zaman 313 nəfər səhabə olsa İmam Zaman(ə.f) ağa zühur edəcək. Məgər burada dərsdə 1000 dən yuxarı tələbənin içində 313 nəfər yoxdurmu, halbuki ki bizlər müctəhidlərik. Canımız qurban etməyə hazırıq. Elimiz, səviyyəmiz, əxlaqımızla bu həddə gəlib çatmışıq, məgər bizim içimizdə 313 nəfər yoxdur? İçlərindən bir nəfəri seçirlər. Həm elimi baxımdan və həmdə əxlaqı baxımdan ən yaxşı olanını seçirlər. Və ona deyirlər ki, getsin Səhlə məscidinə orada xüsusi İbadətlərlə, zikrlərlə məşğul olsun ki, İmam Zaman(ə.f) ağa ilə görüşə bilsin.

Həmin insan gəlir Səhlə məscidinə, ibadət edir, ağlayaraq Allah deyir ki, Allahım mən İmama Zaman(ə.f) ağa ilə görüşmək istəyirəm. Elə bunu deyir səcdədə ağlayır. Elə səcdədə olarkən baxıb görür ki başqa bir aləmdədir. Soruşur ki, bura haradır? Ona deyirlər ki, bura İmam Zaman (ə.f) ağanın şəhəridir.

Soruşur ki, bəhs Mövlamız(ə.f) haradadır? Bir ev göstərilər ki, İmam Zaman ağa(ə.f) o evdədir. Həmin tələbə deyir yaxınlaşdım evə və qapını döydüm. Bir nəfər qapını acıb məndən soruşdu ki, kimsən? Mən dedim ki, istəyirəm Ağamla(ə.f) görüşüm. Həmin adam dedi ki, o zaman gözlə mən İmam Zaman(ə.f) ağaya xəbər edim. Həmin adam getdi və qayıdıb gəlib dedi ki, sən evlisən ya subay? Mənə ona dedim ki, ağa can sənin başına dönüm mənim evli və yaxud subay olmağımı neyləyirsən, mənim ürəyim partlayır. İstəyirəm İmam Zaman (ə.f) ağamı görüm. Həmin adam dedi ki, Ağa(ə.f) soruşur ki, evlisən ya subay? Mən dedim subayam. Həmin adam dedi ki, Ağa (ə.f) deyir ki, evlənsin və sonra gəlsin mənimlə görüşə. Mən ona dedim ki, axı mən bu şəhərdə heç kimi tanımıram. Həmin adam mənə bir ev göstərdi və dedi ki, get o evə və İmam Zaman(ə.f) ağanın adını ver, İnşallah qızını sənə verərlər. Getdim həmin evə qapını döydüm bir nəfər çıxdı və mən hadisəni ona danışdım. Həmin adam dedi ki, Ağa(ə.f) deyirsə biz razıyıq, indi qızıma da deyim və onun da razılığını alım. Həmin adam getdi və gəlib dedi ki, qızımda razıdır. O zaman mən dedim ki, indi ki vəziyyət belədir kəbinimiz oxuyun. Elə ki, kəbin oxunurdu mən istəyirdim tez qurtarsın ki, qacım İmamın(ə.f) yanına. Heç qızın üzünü də görməmişdim. İstəyirəm ki, kəbini oxunsun və tez qaçım İmamın(ə.f) yanına. Elə ki, kəbin oxundu xanım üzündəki niqabı açdı. Xanımı görən kimi yerimdəcə donub qaldım. Bu nə gözəllikdir? Elə bil ki, Cənnətdən huri gəlib. Yerimdən tərpənmədən xanıma baxdım. Qayınatam mənə dedi ki, İmam Zaman(ə.f) ağa səni gözləyir, evdən çıxıb çölə. Mən dedim ki, Ağaya deyin bir az gözləsin gəlirəm. Bir saatdan sonra yenidən gəlib deyirlər ki Ağa(ə.f) səni gözləyir. Mən dedim Ağaya(ə.f) deyin gözləsin gəlirəm. İki saat yerimdən tərpənmədən xanımın camalına tamaşa etdim. Birdən ayıldım ki, səcdədəyəm. Ağlaya-ağlaya Allaha dedim ki, Allahım bu nə səhnə idi ki, mənə göstərdin? Elə bu halda gəldim Nəcəfə. Dostlarım mənə dedi ki, İmam Zaman(ə.f) ağanı görə bildin? Mən onlara dedim ki, qardaş bizlər başqa adamlarıq. 313 nəfər ola bilmərik. 313 nəfər başqa bir səviyyənin adamlarıdır.Bu qədər elmimlə xanımın camalı məni İmamdan(ə.f) ayırdı

......
Alıntı

Muxtar davamçisi

Fatimə Nuri Xuda,
Allah razı olsun! Maraqlı yazı idi və qəbul etməliyəm ki təsir etdi çünki həqiqətən həyatda yaşanılan hadisədi...
Alıntı

Fatimə Nuri Xuda

Haqqını halal et, ürəyim...

Sözlərin ağırlığı tək-tək dilimə çökdüyündə, qələmin əmri ilə yazmağa başladım. Söz harada başlayacaq, harada bitəcək inanın mən də bilmirəm. Danışan ürəyimmi yoxsa nəfsimmi onu da bilmirəm..

Ürəyimlə yaxşı dolanırıq, amma nəfsim üçün eyni şeyləri deyə bilməyəcəyəm. Ey nəfs, nədir səndən çəkdiyim? Davamlı bir şeyləri etməyim üçün mənə əmr edirsən. Həmişə məndən əvvəl danışır, başımı qarışdırırsan. Nə olar bu axşam bir dəfə olsun sus. Sükut ləhcəsini bu gecə istifadə etməsən olmazmı? İcazə versən, bu gecə ürəyimlə dərdləşəcəyəm..

Bu gecə ürəyimi dinləmək istəyirəm...
Bəlkə də ürəyimlə halallaşmaq istəyirəm...

Eyni bədəndə yaşayırıq. Yaxşısıyla, pisiylə sən mənim ürəyimsən. Sənə çox çəkdirdim, bilirəm. Arxası gəlməyən dərdlərimi, çətinliklərimi həmişə sənə yüklədim. Ayrılığın acısını, sevincimi, kədərimi həmişə səninlə yaşadım..

Can dediklərim canımı yandırdılar.. Alov olub sən yandın həmişə, ürəyim.. Yar dediklərim yaramı qanaddıqlarında, qan olub sən axdın hər dəfə, ürəyim.. Halbuki balaca idin.. Balaca və titrək.. Çox haqqın keçdi mənə..

Gecə mənim ən yaxşı dostlarım gözyaşı və yatağım idi. Biz bir araya gəldiyimizdə halımıza həmişə sən şahidlik etdin.. Yolçu etdiyim bir günün ardından, gecəyə sığındığımda sən var idin yanımda, ürəyim..
Halbuki sonradan öyrəndim.. Mənim dostlarla söhbətim dərdimə dərman, könlümə fərman olarkən, sən çox acı çəkirmişsən, ürəyim..

Üzr istəyirəm.. Mədəsi yananın deyil, ürəyi yananın ağladığını geç fərq etdim. Mən dərdimə ağlayırdım, sən isə mənə ağlayırdın.. Mən günah atəşində yanarkən, sən mənə su olurdun.. Hər canım yandığında sən də mənimlə yanırmışsan.. Bilmədim.. Nə olar bağışla məni, ürəyim.. Söz verirəm, bundan sonra səni üzməyəcəyəm. Sahibinə layiq bir ürək daşımağa söz verirəm..

Gül bağçası yetişdirmənin yolu, bağçadakı bütün çirkinlikləri təmizləməkdən keçərmiş.. Yabanı otları, daşları, tikanları ayırd etməkdən.. Mən də ürəyimin torpağına zərər verən bütün çirkli duyğuları təmizləməklə işə başlayacağam.. Rəbbimin bu ürəkdə görmək istədiyi bütün duyğuları yaşıllaşdıracağam.. Çiçək açmalarını tam bir təvəkkül ilə gözləyəcəm, tələsməyəcəm..

Belə yaşasam, inanıram ki, səni bir də heç vaxt üzməyəcəyəm, ürəyim. Haqqına girməkdən Allaha sığınıram. Bu bədəndə yaşadığımız müddətdə dost qalaq, olmazmı?

Unutma, sən mənə Rəbbimin bir əmanətisən. Ruhlar aləmində başlayıb, ana rəhmində davam edən bir səfərin son dayanacağındayıq. Sabah axirətdə mənə şahidlik edəcəksən. O böyük dincliyə iki dost olaraq çıxmağa nə deyirsən, ürəyim?

Haqqını halal et, ürəyim… !
Alıntı

Kərbəlaya_həsrət

Huseynci Medine,
Bacı əhsən gözəl mövzulara toxundun ALLAH imanımızı artırsın.amma bir şeyi başa düşmədim məgər rüküdə salavat deyilirki???
Alıntı

Kərbəlaya_həsrət

Müntəzir Zamani,
ALLAH razı olsun çox gözəl tövsiyələr idi
Alıntı

Müntəzir Zamani

Bismilləhir Rahmənir Rahim
Əssələmu əleykum və Rahmətullah


......


Ayətullah-üzma Sistaninin tövsiyələri

~ Yoxsullarla oturub-durun! ~

Ayətullah Sistaninin Avropada nümayəndəsi cənab Seyid Mürtəza Kəşmiri böyük təqlid mərcəsinin bəzi tövsiyələrini tələbələrə çatdırıb:

- Dini elmlərə yiyələnməkdə bələdçiniz ixlas, yolunuz xalqın hidayəti olsun;
- Davamlı şəkildə Quran oxuyun, ayələrin mənası barədə düşünün, əxlaq kitabları mütaliə edin;
- Həftədə ya ayda bir gün dərsə ara verin, həmin gün kiçik auditoriya qarşısında da olsa söhbət edin, xütbə oxuyun ki, təbliğə gedəndə çətinlik çəkməyəsiniz;
- Siyasi söhbətlərdə qərq olmayın, bu sizin vaxtınızı əlinizdən alar, düşüncənizi özünə məşğul edər;
- İmkan həddində təvazökar olun, yoxsullarla oturub-durun, yeməyiniz və geyiminiz onlarınkı kimi olsun, çətinliklərə səbirdə onlara nümunə olun;
- Mövlanız Əliyə (ə) bənzəyin – tabeçiliyndə olanlar səviyyəsində yaşayardı;
- Din və əqidə baxımından sizdən fərqlənsələr də xalqa qaynayıb-qarışın. İmam Sadiqin (ə) göstərişinə əməl edin: "Xəstələrini yoxlamağa gedin, dəfnlərində iştirak edin, onlar üçün şəhadət verin, məscidlərində namaz qılın";
- Sizə pislik edənləri bağışlayın, onlarla yumşaq davranın;
- Başqalarının fikirlərinə hörmətlə yanaşın, Peyğəmbər (s) əxlaqı ilə zinətlənin, xalq sizdən öyrənsin;
- Təbliğlə, möminlərin və övladlarınızın tərbiyəsi ilə məşğul olun;
- Həzrət Əlinin (ə) tövsiyəsinə əməl edin: "Xalqla elə rəftar edin ki, sizi sevsinlər, öləndə sizə ağlasınlar..."
@vilayetbayragi


.......
Alıntı

Huseynci Medine



Sual: Salam. Bir qadının kəbini yoxdur. Lakin zaksı var. Faktiki olaraq 5 ildir zaksda olduğu insanla ayrı yaşayırlar. Həmin qadın başqa biri ilə daimi və ya müvəqqeti kəbin edə bilər tələb olunan zamanı gözləməklə?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Xeyr, dövlət zaksı ilə də ayrılmalıdırlar.

Sual: Salam.1.Bir neçə ay əvvəl ayrılmış, lakin təlaqı verilməmiş bir qadınla yaxınlıq etmək zina sayılırmı? 2.zina sayılırsa həmin qadının təlaqı veriləndən sonra tövbə edib əqd bağlamaq olarmı? 3.Yoldaşı "Səni boşayıram" deyib ayrılarsa,yenə də təlaq oxunmalıdır?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Bəli, zina hesab olunur.
2.Ehtiyat-vacibə əsasən bu iki şəxs bir-birinə əbədi olaraq haram olurlar.
3.Bəli, oxunmalıdır. Bu kifayət etmir.
Alıntı

Huseynci Medine


Sual: Salam. 1.Qəza namazına başlayanda 3dəfə "əs səlat"demək vacibdir? 2.Rüküda salavat dedikdən sonra və əccil fərəcəhum demək olar?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Xeyr, vacib deyil.
2.Bəli.
Allahdan uğurlar diləyirik!

Sual: Salam əleykum. 1.Dəstəmaz alarkən üzü iki əllə yumaq olarmı? 2.Dirsəkdən aşağı qolu yuyarkən axan suyun altına salıb yumaq olarmı?
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana:
1.Bəli.
2.Yuxarıdan aşağı yuyularsa eybi yoxdur.

Sual: Saqqal saxlamaq vacibdirmi? Mənim ailəmdə bu məsələ ilə bağlı söz söhbət düşür.
Cavab: Salam. Ayətullah Sistani-dəftərxana: Bəli vacibdir
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
21 yanvar 2017

Çox eşidirik hər gün ki, hər şeyin bərəkəti gedib... Görəsən həqiqi səbəbi nədir?!
İmam Əli (s) buyurub:
Günahlar aşkarda olunduqca, bərəkət gedər.
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
21 yanvar 2017

Ayətullah şəhid Mutəhhəri (Allah məqamını ali etsin):
Məşhurdu ki, imam Əli(s) zamanında 3 müharibə edib, amma mən deyərdim 4 müharibə edib; cəməl, siffeyn, nəhrivan və cəhalətlə...
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
21 yanvar 2017

İmam Əli(s) buyurub:
Əgər yerin və göyün bütün qapıları insanın üzünə bağlanarsa, fəqət təqva açar bağlanmışları...
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
21 yanvar 2017

Hamı vaxta- zamana baxar, amma vaxt və zaman heç kəsə baxmaz.
Alıntı

Fatimə Nuri Xuda
Fatimə Nuri Xuda
21 yanvar 2017

Bismilləhir Rahmənir Rahim.

Bir gün arifin görüşünə səyyah gəlir və evində çox şey görmədikdə arifdən soruşur, sənin ev əşyaların hanı?
Arif cavabında deyir, bəs sənin ev əşyaların hanı?
Səyyah deyir ki, mən səfərdəyəm ev əşyalarını nə edirəm.
Arif də deyir, elə mən də bu dünyada səfərdəyəm və burda daimi qalan deyiləm, lazımi miqdarda varımdır bəs edir...
Alıntı

Kərbəlaya_həsrət
Kərbəlaya_həsrət
21 yanvar 2017

Gulnar63,
AMİN
Alıntı

Gulnar63
Gulnar63
21 yanvar 2017

Və Aleykum Salam, ALLAH Şəhidlərimizə rehmət eləsin Amin!
Alıntı

Kərbəlaya_həsrət
Kərbəlaya_həsrət
20 yanvar 2017

Əssələmu aləykum
Alıntı

RuQeYyA
RuQeYyA
20 yanvar 2017

Salam sabahiniz xeyir Ehlisiye ailesi bu gun qanli cumemizdir Azerbaycan basin sagolsun Allah basda Kerbela sehidleri olmaqla cemiyen Sehidlerimize rehmet elesin Amin Allahummeselli ela Muhemmedin ve ali Muhemmed
Alıntı

yahuseyn
yahuseyn
19 yanvar 2017

Şəhran,
Allah size komey olsun ehd baglayanda ele ehd baglayin ki onu emel edesizde.Qurban oldugum bize estegfurullah kimse deyilki aldadaq deyeg emel etmeyeg onuncunde evvelden fikirlesmey lazimdir.Allah haminin qelbinden keceni bele oxuyur .Allahdan sidqi ureyle goz yaslari ile ne isdesen Allahimiz hec vaxt o insanin elini bos geri qaytarmir.Allah hamimizi bagislasin amin.xetrinize deyici soz dedimse meni bagislayin halal edin isdemerem kiminse xetrine deyem .
Alıntı

yahuseyn
yahuseyn
19 yanvar 2017

Salam cume Axsaminiz xeyirli ve bereketli olsun Allah butun namaz ve dualarinizi qebul etsin oz izzeti celalina xatir zamanimizin agasinin zuhurunu tecili etsin in sa Allah amin.
Alıntı

RuQeYyA
RuQeYyA
19 yanvar 2017

And içməyin hökmləri



Məsələ 2628: Əgər bir işi yerinə yetirəcəyinə, ya tərk edəcəyinə and içsə, məsələn, oruc tutmağını, ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, günah etmiş olur və gərək kəffarə versin, yə`ni bir qul azad etsin, ya on fəqiri doydursun, ya onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün ardıcıl oruc tutsun.Musteyit Sistani aga
Alıntı

Şəhran
Şəhran
19 yanvar 2017

Menim niwanlimi boyuk bir meselesi vardi.Bu mesele cox uzandi artig mehv olacagdi niwanlim.Bunun ucun getdim Mescidde Allahla ehd bagladim.Dedimki Ya Allah sevdiyimin bu muwkulunu hell et,onu bu beladan qurtar qudretine And olsun ki,onun heyatinnan cixacam.Yani o bu meseleden qurtardi.Inanin ki mocuze oldu...Hetta iwig yolu yox idi.Ama men Allahdan hec zaman umudumu kedmedim.Niwanlimsa Allahdan bele uzaglawmiwdi..Artig her weyden elin uzmuwdu....Onu bele gorub doze bilmirdum...Ve caresiz qalib Allahla bu ehdu bagladim. İndiysə ayrılmağ istəmirəm nədəki nişanlım məndən ayrılmaz bu ıhdin kəffarəsi vaar? varsa necədi?
Alıntı

Huseynci Medine
Huseynci Medine
19 yanvar 2017

Muhəmməd Cavad (ə) –
Bax, nə gözəl ad.
Əliyyən-Nəqi (ə) –
Qəlb dolu sevgi.
Həsən Əsgəri (ə),
Qonaq et bizləri.
Ya İmam Zaman (ə.f),
Zülm olub hər yan.
Gözlər ağlayan,
Ürəklərdə qan.
Sahib-əz-Zaman (ə.f),
İntiqam alan,
Nə vaxt gələcəksən?
Höccət ibnil-Həsən (ə.f)!
Alıntı

Huseynci Medine
Huseynci Medine
19 yanvar 2017

Zeynəl-abidin (ə) –
Dualar şirin.
Muhəmməd Baqir (ə) –
Elmində nadir.
Cəfəri Sadiq (ə) –
Xaliqə layiq.
Museyi-Kazım (ə) –
Ümmətə lazım.
İmam Rza (ə) qərib,
Uzun yol gəlib.
Olub evi Məşhəd,
Bizim üçün əlbət,
Gözəl ziyarət.
Alıntı

Huseynci Medine
Huseynci Medine
19 yanvar 2017

Rəsul – Muhəmməd (s),
Etdi vəsiyyət.
Ey, gözəl ümmət,
Eyləyin diqqət.
Sizə əmanət
Olub İmamət,
Quran və İtrət.
Nə böyük nemət –
Ali-Muhəmməd (ə)!

Əli (ə) – vilayət,
Sahibi-hikmət.
Fatimə (s.ə) Həzrət,
Edir şəfaət.
Gözəl Həsəneyn –
İmam Həsən (ə), Hüseyn (ə)!
Bunlar – qəhrəman,
Müqəddəs insan.
Alıntı

Admin
Admin
17 yanvar 2017

Gulnar63,
Aleykum salam.Allah razi olsun
Alıntı

Admin
Admin
17 yanvar 2017

Nigar_2001,
Aleykum salam.Evvelki adla acmisam.Ana sehifeden basda olan xeberden kecid ede bilersiz
Alıntı

Nigar_2001
Nigar_2001
17 yanvar 2017

ƏSSALAMUN aleykum.yeni açdığınız kanalin adı nedir bes?
Alıntı

Gulnar63
Gulnar63
16 yanvar 2017

ADMİN,
Salam Aleykum,
YouTube - nin bağlanmasına görə cox təssüf edirəm.
Təzə acdığınız kanal münasibəti ilə cox sevindim, uğurlu olsun.İnanıram ki, əvvəlki kimi cox gözəl gaxımlı olacaq.Mən də abunəcinizəm Amin İnşəALLAH
Alıntı

Kərbəlaya_həsrət
Kərbəlaya_həsrət
15 yanvar 2017

Əssələmu aləykum.bu saytın youtube kanalna nəsə olub.İNŞƏALLAH tezliklə düzələr
Alıntı

Huseynci Medine
Huseynci Medine
14 yanvar 2017

Kərbəlaya_həsrət,
Bahem insAllah
Alıntı

Kərbəlaya_həsrət
Kərbəlaya_həsrət
14 yanvar 2017

Huseynci Medine,
Can bacı ALLAH razı olsun bu dəyərli məlumata görə çox sağ olun
Alıntı

Huseynci Medine
Huseynci Medine
14 yanvar 2017

“Qəmər” surəsi – Quranın 54-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 55 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Qəmər” surəsini günün ortasında oxuyarsa – Qiyamətə o halda daxil olar ki, üzü on dörd günlük ay kimi parlayar. Hər kim onu gecə oxuyarsa – daha yaxşıdır və Qiyamət günü o halda gələr ki, üzü ağlıqdan parlayar”.
İmam Sadiq (ə) bbuyurur: “Hər kim “Qəmər” surəsini oxuyarsa, Allah onu qəbrindən o halda çıxardar ki, behişt dəvələrindən birinə minmişdir”.
Bu surənin bərəkətləri:
1. İnsanların arasında sevimli olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə günü zöhr zamanı “Qəmər” surəsini yazar və onu əmmaməsinin altında qoyar və ya yanında qərar verərsə - insanların yanında sevimli və abırlı olar”.
2. Çətin işlər asanlaşar. İmam Sadiq (ə) buyurur: “Əgər cümə gününün zöhründə “Qəmər” surəsini yazsanız və yanınızda qərar versəniz, Allahın izni ilə çətinlik asanlaşar”.
Alıntı

Kərbəlaya_həsrət
Kərbəlaya_həsrət
13 yanvar 2017

islam awiqi,
Salam aləykum hə düzdü təqvim
Alıntı

M.Seqefi
M.Seqefi
13 yanvar 2017

Salami Maleykum burdan Hezreti Meryam kinosunu nece yukleye bilerem.
Alıntı

islam awiqi
islam awiqi
13 yanvar 2017

Mehpare xanim,
Sizədə Allahin salami olsun İnşəAllah bacı.11 yanvar 2016-30 Rabiul əvvəl 1437-dir səhv etmirəmsə.Əyər səhvm olarsa dəqiq bilənlər düzəldər İnşəAllah.
Alıntı

islam awiqi
islam awiqi
13 yanvar 2017

Allah bütün eyiblərdən pak və münəzzəhdir. Gecəyə daxil olduğunuz və səhərə çıxdığınız zaman, səmalar və yerdə, axşam və günorta vaxtı sitayiş yalnız Ona məxsusdur. Ölüdən dirini, diridən ölünü çıxaran və öldükdən sonra torpağı dirildən Odur. Sizlər də beləcə qəbirlərinizdən çıxarılacaqsınız. Sənin Rəbbin bütün eyiblərdən pak və uzaq, vəsf etdiklərinizdən daha ucadır. Salam olsun Onun peyğəmbərlərinə. Həmd olsun aləmlərin Rəbbinə! Mülk və “mələkut” aləminin sahibi, iqtidar və izzət sahibi, əzəmət, böyüklük və qüdrət sahibi, məqamı uca olan həqiqi və müqəddəs, əbədi və ölməz (diri) hökmdar Allah bütün eyiblərdən pak və uzaqdır. Qaim (davamlı) və daim, daimi və qaim və böyük Rəbbim bütün eyiblərdən pak və uzaqdır.
"Əşərat duasından"
Alıntı

Mehpare xanim
Mehpare xanim
13 yanvar 2017

Allahin Salami olsun Size. 11 yanvar 2016-ci il müselman tarixi ile hansi ay ve necesidir. Menim bildiyime göre yeni ay görünende müselman tarixi ile ay girir. Xahish edirem mene gönderin müselman tegvimini meselen bu il ücün. Bir de sizden xahish edirem bele bir hedismi deyim ve yaxud mersiyemi deyim: " Müslümün balalarinin bashina gelen müsibetler" bunu rica edirem menim e mail ünvanima gönderin. Önceden teshekkür edirem. Sagliqla qalin.
Alıntı

Admin
Admin
13 yanvar 2017

Anar,
Allahin salami ve rehmeti uzerinize olsun.Xums vermekde borclu ve ya borclu olmamagin ehemiyyeti yoxdur.Xums gunun teyin olunur.Eger xums gununde elinde artiq pul olmasa o zaman hec borcun olmasa da xusm dusmur.Eks teqdirde ise dusur
Alıntı

Anar
Anar
12 yanvar 2017

Salam Borcu olana xums vermək vacibdirmi?
Alıntı

Admin
Admin
12 yanvar 2017

Kərbəlaya_həsrət,
Salamun aleykum-duzelderem.
Alıntı

Gulnar63
Gulnar63
12 yanvar 2017

Kərbəlaya_həsrət
Aleykum Salam
Alıntı

Kərbəlaya_həsrət
Kərbəlaya_həsrət
12 yanvar 2017

Salam olsun hər kəsə.şəxsi mesaj yerim -1 göstərir silmək istəyirəm silinmir niyə?
Alıntı

Ewqi_Kerbela
Ewqi_Kerbela
11 yanvar 2017

Nigar_2001,
Aleykum salam. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur:
"Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun." (ən-Nisa, 19)
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır. İçinizdə ailəsinə qarşı ən xeyirli olan mənəm" (Tirmizi)
Uca Allah həmçinin buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır. Kişilərin onlar üzərində olan haqları isə bir dərəcə üstündür. Allah Qüdrətlidir, Müdrikdir." (əl-Bəqərə, 228)
Ayədə hər iki tərəfin haqlarının olması ilə yanaşı, tabeçilik baxımından kişinin qadından üstün olduğu bildirilmişdir. Tabeçilik vacibdir, bunun olmadığı müasir qeyri-islam cəmiyyətlərində ailə dəyərlərinin artıq məhv olub getdiyinin şahidiyik.
Uca Allah buyurur: "Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür." (ən-Nisa, 34)
Bəziləri bu ayəni göstərərək guya İslamda qadınlara qarşı zorakılığın təbliğ olunduğunu deyirlər. Halbuki ayənin izahında səhabələr və onlardan sonra gələn alimlər demişlər ki, ərinə qarşı itətsizlik edən qadınlara əvvəlcə nəsihət olunur, bu fayda verməsə, o, yataqda tərk edilir, ən son çıxış yolu kimi isə üzə və başa vurmamaq şərtilə yüngül vurulur. İbn Abbas (Allah ondan razı olsun) burada yüngül vurmaq dedikdə misvakla (diş təmizləyən kiçik çöp) vurmağın nəzərdə tutulduğunu demişdir. Burada məqsəd qadını təhqir etmək yox, Allahın hədlərini aşdığını ona xatırlatmaq olmalıdır.
Alıntı

Nigar_2001
Nigar_2001
10 yanvar 2017

ƏSSALAMUN ALEYKUM.Kişi xanıma əl qaldıra və yaxud nəsə cəza verə bilərmi?
Alıntı

Neyneva
Neyneva
9 yanvar 2017

Eger Heyat seni dizi usde qoyursa onda dizin usde dayanaraq bes deqiqa dua ed sonra yeniden ayaga qalxaraq yoluna devam ele..
Hz. Eli
Alıntı

Admin
Admin
9 yanvar 2017

Başın sağ olsun ümmət...!

Salam!
Bu gecə İmam Kazımın əziz qızı Fatimənin (Məsumə) şəhadət gecəsidir (səhər günüdür). İmam Rzanın və Bakıda yerləşən Bibi heybət adı ilə məhşur olan Fatimənin (Həkimənin) bacısıdır.

Mubarək məzarı İranın Qum şəhərin yerləşir. Hal-hazırda bütün azad və azadlıq sevər insanların ziyarət mənbəyidir.

Xanım Məsumənin şənində İmam Rza (ə) buyurmuşdur.
Hər kəs Qumda Hz. Məsuməni ziyarət eləsə, Məni (İmam Rzanı) ziyarət edib (Mənbə; Kamuluz -ziyarət səh.536)

İmam Zaman başda olmaqla bütün azad və azadlıq sevər insanlara baş sağlığı ərz edirəm. Allah bu dunyada xanım Məsumənin ziyarətini axirətdə isə şəfaətini hamımıza nəsib eləsin...!
Alıntı

RuQeYyA
RuQeYyA
8 yanvar 2017

Nigar_2001,eleykuma salam olar
Alıntı

Nigar_2001
Nigar_2001
8 yanvar 2017

ƏSSALAMUN ALEYKUM .əgər evdə içgi içən şəxs varsa namaz qılmaq olarmı?
Alıntı

Allahin-Asiqi
Allahin-Asiqi
8 yanvar 2017

Xanım Rüqəyyanın (s.ə) dilindən:
-Bibi,gedən yollarına ürəyi yaralı balan qurban.
Bibi,gəldim ki,olam qafileyi qəm sorağında
Açdım gözümü bu gecənin qəmli çağında
Gördüm özümü bir xanım ovrət qucağında
Zülfü ağ idi
Məcəri qarə
Üzü nili
Dəymişdi bu bi çarəyədə mən kimi sili.
Pəhlu-sinə qoymuşdu əlin,əşkin ələrdi,
Hər ləhzə "oğul vay" deyib ağlardı,mələrdi,
Odlu nəfəsindən atamın ətri gələrdi.
Bir oxşamadı lan tanıdım suzi dilindən,
Bildim ki,nənəm Fatimədi öpdüm əlindən.
Bəxtim mənə yar oldu,fələk qoymadı amma.
Bir,
Bi kəs nənəm gəldi,mənim dadıma yetdi,
Zəcrin səsin aldı,oda bilməm hara getdi?!
Alıntı

Muhammed
Muhammed
8 yanvar 2017

Nigar_2001,
Vealeykum salam baci.Yox olmaz.İt mundar heyvan sayilir.muselmana evde it saxlamaq yaramaz
Alıntı

   

Son şərhlər

  • Admin


    2787/1738
    Sahib əz-zəman İmam
    Hedis var ki soze baslayanda salamla basla.Amma sizin kimilere salama ehtiyac yoxdur.Cunki salam sul
    2017-01-22 11:16:10
  • Şiələr nəyə görə səcdə
    Qardaş mən burada bir şeyi başa düşmədim. bu məqalədə deyilirki Peyğəmbərin səhabələri və yaxınları
    2017-01-22 10:43:55
  • Sual Cavab
    salam-dəfndən sonra əyilərək əl barmaqlarını qəbrin torpagına toxunduraraq oxunan dua hansıdır və ne
    2017-01-22 06:12:15
  • Huseynci Medine


    1096/2342
    Sahib əz-zəman İmam
    Abumustafa salam. Butun bu deyilenler iran mollarinin uydurmasidirsa bes QURANI KERIM odami uydurma,
    2017-01-22 05:16:57
  • Elya


    1108/2708
    Xurafatın əsirlik
    Allah razı olsun bacım ellerin var olsun.
    2017-01-22 03:59:37
  • Youtube kanalımıza Abunə ol

    Təqvim


    Saytda olanlar

    

    Statistika

    +7  
    Xəbərlər: 16714
    +7  
    Şərhlər: 49935
    +1  
    İstifadəçilər: 5080

    Bunlardan:
    Admin: 2
    Redaktor: 4
    Sayt nəzarətçisi: 6
    VİP: 1
    Şərh nəzarətçisi: 0
    İstifadəçi: 5066

    Qeydiyyatdan keçiblər:
    Bu gün: 1
    Dünən: 1
    Həftə ərzində: 13
    Ay ərzində: 50

    Yeni İstifadəçilər

    Sorğu

    Namaz qılırsız?

    Təqvim

    «    Yanvar 2017    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Müəllif: Admin | 17-11-2013, 23:30 | Baxılıb: 46 219

    Mekke

    Bölmə: Canlı yayımlar
    Şərhlər: 55.  Vuqar
    Müəllif: Admin | 17-11-2013, 23:31 | Baxılıb: 29 544

    medine

    Bölmə: Canlı yayımlar
    Şərhlər: 29. Admin
    Müəllif: Admin | 17-10-2015, 16:11 | Baxılıb: 80 090

    kerbela

     

    Bölmə: Canlı yayımlar
    Şərhlər: 111. MIRHEYDER
    Müəllif: Admin | 18-10-2015, 08:24 | Baxılıb: 18 366
    Bölmə: Canlı yayımlar
    Şərhlər: 11. xalide
    Müəllif: Admin | 22-10-2015, 14:07 | Baxılıb: 50 733

    kerbela

    Bölmə: Canlı yayımlar
    Şərhlər: 60. Alemdar
    Müəllif: Admin | 22-10-2015, 14:21 | Baxılıb: 37 931

    meshed

    Bölmə: Canlı yayımlar
    Şərhlər: 20. Sevda_1
    Müəllif: Admin | 22-10-2015, 15:47 | Baxılıb: 17 606

    necef

    Bölmə: Canlı yayımlar
    Şərhlər: 28. Mehdi
    Müəllif: Admin | 22-10-2015, 16:03 | Baxılıb: 8 653


    Bölmə: Canlı yayımlar
    Şərhlər: 2. Neyneva
    Müəllif: Admin | 2-11-2015, 05:34 | Baxılıb: 1 241

    Bölmə: Canlı yayımlar
    Şərhlər: 2. yahuseyn
    Müəllif: Admin | 4-01-2016, 21:44 | Baxılıb: 34 764

    Bölmə: Canlı yayımlar
    Şərhlər: 44. avraam