Əli adı
Arif bilir hər dərdə dəvadır Əli adı,
Vəchi budu ki, ismi-Xudadır Əli adı.
Meracidə peyğəmbərə bildirdi Xudavənd,
Çatdır bəşərə şəmsi-zühadır Əli adı.
Tur üzrə təcəllə eliyən nurudur şəksiz,
Firona yetən dərdü bəladır ƏIi adı.
Dəryadə verən Yunisə hər ləhzə təsəlli,
Aşiq dilinə zikrü duadır ƏIi adı.
Əzbər eliyib Nuh bu adı tufan olanda,
Görmüş ki, ona fülki-nəcadır Əli adı.
Xatəmdə adın nəqş eliyib çünki Süleyman,
Həm murə olan bəxşü ətadır ƏIi adı.
Min həmd elədi Xızrı Nəbi abi həyatçün,
Bildi ki həmin həmdü sənadır Əli adı.
Mehdi gələcək Zülfüqarı əldə mühəyya,
Həmdə başı üstündə Iivadır Əli adı.
Birdən bəşərə istiyəsən əsli nümunə,
Allah buyurub dəhrə kəfadır ƏIi adı.
Soltan, hara Allah sözünü yazmalı olsan,
Qoy sonda nida həqqə nidadır Əli adı.