» » Həzrət Fatimeyi Məsumə (əleyha salam)-ın həyatına bir baxış


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Həzrət Fatimeyi Məsumə (əleyha salam)-ın həyatına bir baxış
+5
Müəllif: Fatimə Nuri Xuda | 21-01-2016, 16:30 | Baxılıb: 2 219

 

Həzrət Fatimeyi Məsumə (əleyha salam)-ın həyatına bir baxış 

Bağışlayan və mehriban Allahın adı ilə

O həzrətin adı Fatimə, məşhur ləqəbi isə «Mə’sumə»-dir. Atası, şiələrin yeddinci imamı Musa ibn Cə’fər (imam Kazim) əleyhis-salam, anası isə səkkizinci imam həzrət Rza (əleyhis-salam)-ın anası sayılan Nəcmə Xatun (ələyha-salam)-dır.

Beləliklə də həzrət Mə’sumə (ələyha-salam) və imam Rza (ələyhis-salam) bir ata-anadan dünyaya gələn bacı və qardaşdılar.

O həzrət hicri-qəməri tarixi ilə 173-cü il, Ziqə’də ayının 1-də müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.

Uşaqlıq dövranında ikən Bağdad şəhərində Harunun zindanında həbs olunmuş atasının şəhid edilməsi hadisəsi ilə üzləşmiş və ondan sonra qardaşı həzrət imam Rza (ələyhis-salam) onu öz himayəsi altına alaraq saxlamışdır.

Hicri-qəməri tarixi ilə 200-cü ildə Mə’mun Abbasinin tə’kid və hədə-qorxularından sonra imam Rza (əleyhis-salam) sürgünə bənzəyən Mərv səfərinə düzəlmiş və yanında Əhli-beytindən heç bir kəs olmayan halda Xorasana getmişdir.

Qardaşının hicrətindən bir il keçdikdən sonra, imam Rza (ələyhis-salam)-ı görmək şövqündə olan həzrət Mə’sumə (ələyha salam) bir dəstə qardaşı və qohumu ilə Xorasana tərəf yola düşdü.

Keçdikləri bütün şəhər və məhəllələrdə xalq onları təntənə ilə qarşılayır, onlara məhəbbət və qonaqpərvərlik göstərirdi.

Həzrət Mə’sumə (ələyha salam) da böyük bibisi həzrət Zeynəb (ələyha salam) kimi qardaşı imam Rza (əleyhis-salam)-ın məzlumiyyəti və qürbətini mö’min və müsəlman xalqlara çatrırır, həmçinin onlara özü və Əhli-beytin Bəni-Abbasın hiyləgər hökumətinə qarşı olan müxalifətini bəyan edirdi.

Karvan «Savə» şəhərinə çatdıqda, hökumət mə’murlarının himayə etdiyi bir dəstə Əhli-beyt müxalifləri onların qabağını kəsərək onlarla vuruşmağa başladılar.

Nəticədə təxminən karvanın bütün kişiləri şəhid olub, bir rəvayətə əsasən həzrət Mə’sumə (ələyha salam) isə zəhərləndi.

Hər halda o həzrət ya çoxlu qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələndi və Xorasana getməkdən aciz qalıb, Qum şəhərinə tərəf yola düşdü.

O həzrət soruşdu: Bu «Savə» şəhərindən «Qum» şəhərinədək nə qədər yol vardır?

Yolun miqdarını o həzrətə dedikdə, buyurdu: «Məni Qum şəhərinə aparın. Çünki atamdan eşitmişdim ki, (belə) buyururdu: «Qum şəhəri bizim şiələrimimzin mərkəzidir».

Qum şəhərinin ağsaqqalları bu sevindirici xəbəri eşitdikdə, o həzrəti (ə) qarşılamağa getdilər.

«Əş’əri» qəbiləsinin ağsaqqalı «Musa ibn Xəzrəc» o həzrətin dəvəsinin cilovunu tutmuş, xalqın çoxu isə piyada və minik halında həzrətin əyləşdiyi kəcavəni əhatəyə almışdılar. Həzrət Mə’sumə (ələyha salam) hicri-qəməri tarixi ilə 201-ci ilin təqribən Rəbiul-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil oldu.

Daha sonra «Mir meydanı» adlanan bir yerdə (Musa ibn Xəzrəcin şəxsi mənzili qarşısında) kəcavədən enib, onun qonağı oldu.

O həzrət on yeddi gün müddətində bu şəhərdə yaşamış və bu müddətdə ibadətlə məşğul olmuşdur. O həzrətin ibadət etdiyi yer, bu günədək «Sittiyyə mədrəsəsində» - «Beytun-nur» adı ilə məşhurdur. O yer ziyarətgah sayılır.

Beləliklə də Rəbius-sani ayının onu və başqa rəvayətə əsasən on ikisi (201 h. q.), həzrət öz qardaşı imam Rza (əleyhis-salam)-ı görmədən, qürbət yerdə böyük qəm-qüssə ilə dünyasını dəyişib, şiələri matəmə qərq etdi.

Qum əhalisi o həzrətin pak bədənini böyük təntənə ilə bu günkü hərəm yerində olan o zamankı «Babilan bağına» apardılar.

Qəbr hazır olduqda, o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliklə üzləşdilər.

Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkmiş iki atlı sür’ətlə onlara yaxınlaşdı. Namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil oldu, digəri isə həzrətin pak cəsədini qaldıraraq ona verdi.

O iki nəfər işlərini qurtardıqdan sonra heç bir kəslə danışmadan öz atlarına minib oradan uzaqlaşdılar.

O iki nəfərin Allah-taalanın iki höccəti sayılan həzrət imam Rza (əleyhis-salam) və imam Cavad (əleyhis-salam) olması nəzərə çarpır. Çünki şəriət qaydalarına əsasən günahsız qadın bədəni günahsız şəxsin əli ilə dəfn olunmalıdır. Belə ki, həzrət Fatimə (ələyha salam)-ı Əmirəl mö’minin Əli (əleyhis-salam) və həzrət Məryəm (ələyha salam)-ı İsa (ələyhis-salam) şəxsən dəfn etmişdir.

Həzrət Mə’sumə (əleyhis-salam)-ın dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üzərində qamışdan toxunmuş həsirdən bir örtük düzəltdi.

Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavad (əleyhis-salam)-ın qızı Zeynəb (ə), o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirdi.

Beləliklə də həzrət Mə’sumə (ələyha salam)-ın müqəddəs qəbri Əhli-beyt (əleyhimus-salam)-ın ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgahı və şəfa yerinə çevrildi.


Kitabın adı: İmam Rza  (ə), İmam Mehdi (ə.c) və Həzrət Məsumə (ə) haqqında qısa məlumat


 
 
Bölmə: İslami mövzular
Şərhlər: 6
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 22 Ocak 2016 14:26 | Sayt nəzarətçisi | Şərh yazdı
Allah rehmed edsin Allah bizderede Xanimin ziyaretgahina gedmeyi nesib edsin Allah  sonsuz razi olsun bu haqda hec bilgim yox idi sayenizde orgendim

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 21 Ocak 2016 22:14 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM COX DEYERLI MOVZUDUR. ALLAH HEZRETI MESUMA (E)-MA  REHMET ELESIN VE QERIB AGAM  IMAM RZA(E)-MA XATIR  XANIMIN ZIYARETINI BIZLEREDE  NESIB ETSIN INSEALLAH AMIN.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 31 Ocak 2015 20:20 | İstifadəçi | Şərh yazdı
Allahın Salamı salavatı xeyir bereketi bütün mömin qardaşlarmın mömune bacılarmın üzerinde olsun. Bacım Allah razı olsun rebbim bizlerə xanım Mesume (ə) ziyaretni nesib etsin Amin əcməin inşAllah.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 31 Ocak 2015 16:00 | Redaktor | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM SAYENDE BİLMEDİYİMİZİ ÖYRENDİK ÇOX SAĞ OL ELLERİN VAR OLSUN İNŞALLAH.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 31 Ocak 2015 14:46 | Administrator | Şərh yazdı

Həzrət Fatimeyi Məsumə (əleyha salam)-ın şəhadəti ilə bağlı başda Sahib-zaman (ə)-a və bütün Əhlibeyt aşiqlərinə baş sağlığı verirəm. İnşAllah xanımın ziyarəti nəsib olar bizə-Amin


--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 31 Ocak 2015 10:45 | Sayt nəzarətçisi | Şərh yazdı
Allah razı olsun bacım, Allah-Taala bütün isdeyenl
ere Xanım Mesume (ə )ziyaretini nesib etsin Amin. 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.