» » Ramazan ayı ilə söhbət – Quran və hədis işığında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Ramazan ayı ilə söhbət – Quran və hədis işığında
0
Müəllif: Admin | 29-06-2016, 18:30 | Baxılıb: 1 657

 

 

 

Ramazan ayı ilə söhbət – Quran və hədis işığında


 

Diqqət!: Bu yazı, Quran, hədis və hədisi qüdsilər əsasında yazılmışdır

 

 

İmsak vaxtı sona çatmaq üzrədir... Müəzzin bir qədər sonra minarədən Allahu-Əkbər deyərək ilahi təqva yarışına səsləyəcək bizi... Ona ləbbeyk deyə biləcəyikmi?... Otağa daxil oluram və tanımadığım bir nəfərin otaqda əyləşdiyini görüb təəccüblə soruşuram;

 

- Salam sən kimsən?

 

- Salam. Məni tanımadın? Mən günləri, saatları, gecələri, zamanları digər günlərdən ən fəzilətli olanam...

 

- (Sevinc və həyacanla) – Sən Ramazansan?

 

- Ramazan? Bəs hədisdə oxumayıbsan ki, mənim adımı çəkəndə təkcə "Ramazan” demək olmaz? Hədis: "Deməyin Ramazan gəldi, Ramazan getdi. Ramazan Allahın adlarındandır ki getməz və gəlməz. Aradan getməli və məhv olmalı şey gedib gələr. Əksinə deyin, Ramazan ayı. Ay sözünü əlavə edin.”

 

- Bəli haqlısan. Sevinc və həyacandan özümü itirdim... Gəlişindən xəbərsizdim.

 

- Mənim gəlişimi ay vasitəsi ilə (Bəqərə 189) təyin edin, nəfsinizdən doğan sözlərlə yox!

 

- Çox təəssüf ki sənin gəlişini və gedişini ixtilafa çeviririk.

 

- Mən ixtilaf və parçalanma ayı yox, əksinə vəhdət, birlik ayıyam. Əgər bir dəstə nadan elm əhlini dinləsələr bu ixtilafa son qoyulacaq. Əgər anlasalar ki, hətta eyni üfüq xəttində olan ölkələrin birində ay görünə, digərində görünməyə bilər, məsələ həll olar.

 

- Bir gün hər kəs, hər şeyi anlayacaq...

 

- İnsanlar məni sevirmi?

 

- Əlbəttə.

 

- Məni sevib, haqqımı əda edənlərin xoş halına.

 

- İnsanların bir qismi sənin gəlişini il boyu səbirsizliklə gözləyir.

 

- Bəli, onları çox yaxşı tanıyıram. Onlar necə də gözəl bəndədirlər... Məgər Allah Rəsulunun (s) bu sözünü eşitməmisən ki o həzrət buyurur: "Salam olsun sənə ey Allah dostlarının ayı.” Məni səbirsizliklə gözləyənlər bax burada qeyd olunan Allah dostlarıdır.

- İnsanların digər bir qismi sənin gəlişini gözləməsə də, sənə hörmətsizlik də etmir, və bu ayın orucunu kamil şəkildə tutub özünü islah etməyə çalışırlar. Amma bir qismi isə çox təəssüf ki, tutarsız bəhanələr ucbatından bu ayın feyzindən və bərəkətindən özlərini məhrum edirlər. Kaş tanıyaydılar səni...

 

- Kaş ki. Amma bir gün mütləq tanıyacaqlar.

 

- Hansı gün?

- Qiyamət günü.

 

- Demək səni yenidən görə biləcəyik. Nə xoş səadət.

 

- Bəli, Allah Qiyamət günü məni digər ayların içərisindən seçərək və mənə bir sürət verərək, əzəmət və məqamımı hər kəsə göstərəcək. O gün məni əziz tutanlar əziz olacaq, mənim hörmətimi saxlamayanlar isə zəlil və xar olacaq. O gün biləcəklər ki mən necə nemət imişəm. Amma onda gec olacaq. Onlar Allah Rəsulunun (s) "Əgər insanlar Ramazanın fəzilət və məqamını bilsəydilər, bütün ilin Ramazan olmasını arzu edərdilər” hədisini o gün dərk edəcəklər.

 

- Ey Allahın ayı! Sənin hörmətini necə saxlayaq? Bizi agah elə.

 

- Orucumu tutmaqla. Allah belə buyurur: "Buna görə də sizdən bu ayı görən (öz vətənində olan) kəs, onu (o ayı) oruc tutmalıdır. Xəstə, yaxud səfərdə olan kəs isə başqa günlərdə bir neçə gün (oruc tutmadığı günlərin sayı qədər oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.” (Bəqərə 185)

 

- Əgər tuta bilməsə?

 

- "(oruc tutmadığı hər günün müqabilində) bir yoxsula (bir mudd) yemək vermək onun kəffarə və əvəzidir. Kim xeyirə artırsa (və iki mudd versə) onun üçün daha yaxşıdır. Oruc tutmaq (çətin və məşəqqətli olsa da), sizin üçün daha yaxşıdır, əgər bilsəniz!” (Bəqərə 184)

 

- Obaşdan yeməyini nə vaxta qədər yeyək?

 

- Ağ sap və qara sap bir-birindən seçilincəyə qədər yeyin. (Bəqərə 187)

 

- Ağ sap və qara sapda məqsəd nədir?

 

- Sənə öz sözümü yox, peyğəmbərin (s) sözünü deyirəm. Hədisdə deyilir: Ədi ibni Hatəm peyğəmbərin (s) yanına gəlib deyir: "Mən sübhün açıldığını bilmək üçün bir ağ sapla qara sapı götürüb, onlara baxdım.” Allah Rəsulu (s) onun sözlərini eşitdikdə gülümsəyib buyurdu: "Ey Hatəmin oğlu! Ağ sap və qara sap dedikdə üfüqdəki ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.Sübhün ağlığının görünməsi orucun başlanmasını bildirir.”

 

Bunu da deyim ki, üfüqün ağlığı məsələsi fiqh kitablarınızda "fəcri-sadiq” ifadəsi ilə qeyd olunub.

 

- Əgər obaşdana qalxmasan necə?

 

- Obaşdanı tərk etmə. Çünki Allah və mələkləri obaşdana qalxan bəndələrini salam və salavatla yad edir. Çünki obaşdanda bərəkət və rəhmət var. Hətta bir içim su ilə də olsa obaşdan et. Bunlar Allah Rəsulunun (s) mübarək sözləridir ki sənə çatdırdım.

 

- Oruc təkcə bizə vacib edilib?

 

- Xeyr. Oruc sizdən öncəkilərə də vacib idi. (Bəqərə 183)

 

- Onlar da ac və susuz qalırdılar?

 

- Siz bəşər övladı nə üçün məsələnin əsl mahiyyətini unudub, sizə mühüm olmayan hissələri ilə məşğulsunuz? Orucun şəkli yox ruhu önəmlidir, ruhu!

 

- Orucun ruhu və şəkli?

 

- Bəli. Orucun şəkli sizin zahirdə ac və susuzluğunuz, orucun ruhu isə mənəvi abu havanız, niyyətinizdir.

 

- Susma. Yenə danış. Daha nə edək?

 

- Kasıblara, yetimlərə kömək edin.Yaşlılara, qocalara hörmət edin. Kiçik uşaqlara rəhm edin. Qohum əqrabanızı ziyarət edin.

 

Dilinizi pis sözlərdən qoruyun. Təkcə ac qalmaqla deyil, bütün bədən üzvləriniz ilə oruc tutun. Etdiyiniz günahlara görə Allaha tövbə edin.

 

Və hər kəs sizdən bir orucluya iftar versə elə bil, sanki bir qul azad edib. Hər kim bir orucluya iftar versə, Allah onu günahlarını bağışlayar. Quranla əlaqənizi gücləndirin. Kim bu ayda bir ayə oxusa digər günlərdə bir Quran xətm etmiş kimidir. Bütün ilahi kitab və səhifələr məndə nazil oldu. Bu ay bütün yaxşı işlərə qat-qat savab verilir. Çalışın məndən yaxşı istifadə edin ki peşman olmayasınız. Cənnətin bir qapısı var ki adı Rəyyandır. Hər kim oruc tutsa o qapıdan Cənnətə daxil olar.

 

- Deməli Cənnətdə də birgə olacağıq?

 

- Əlbəttə. Amma mənəvi aləmin qanunlarına əsasən, məni mənəvi bir sürətdə ya da bir nemət olaraq görəcəksiniz. Sizə xitab olunaraq deyiləcək. Salam olsun sizə səbr etdiyinizə görə. Bu dünyada etdiyiniz yaxşı əməllərdir.Gözünüz aydın olsun.

 

- Sən necə bir nemət olacaqsan ey Allahın ayı!

 

- Elə bir nemət ki, gözlər onu görməyib, qulaqlar onu eşitməyib və heç bir bəşər o nemətləri qəlbindən, (xəyal və zehnindən) belə keçirtməyib. Budur oruc tutanların mükafatı.

 

- Zahirdə ac və susuz qalmaq isti hava şəraitində bir qədər çətindir.

 

- Bu çətinliyinizin müqabilində Allah sizi əfv etmirmi?

 

- Edirmi?

 

- Bəli, hədisdə buyrulur: "Kim isti günlərin birində oruc tutsa ac və susuz qalsa, Allah iftar zamanı mələklərinə buyurar: Ey mələklərim! Şahid olun ki mən bu bəndəni əfv etmişəm.”

 

- Amma nəfsimiz bizə orucu çətin göstərir.

 

- Həqiqətən nəfs sizə ilahi həqiqətin tam əksini göstərir. Oruc çətinlik deyil. Əksinə çətinliklə üzləşdiyimiz zaman etməli olduğumuz ən ideal əməldir ki mübarək hədisdə buyrulur: "Çətinliklə üzləşən şəxs oruc tutsun, çünki Allah buyurub: "Səbr etməklə kömək diləyin! Yəni oruc tutun.”

 

Məgər bilmirsən ki, Allah Rəsulu (s) ona bir çətinlik üz verdikdə namaz və oruca pənah aparardı?!

 

Amma bu gün bəziləri müxtəlif bəhanələr ilə məni tərk edir. Özünü xəstə elan edir və hörmətimi sındırır. Amma o deyəsən unudub ki, xəstəliyin mənbəyi elə mədədən çox yeməkdən qaynaqlanır. Bəzi həkimlər xəstələrinə tövsiyə edərkən deyirlər: "Pəhriz saxla, ac qal.” Daha demirlər ki "Oruc tutun, sağlam olun.”

 

- Ey Allahın ayı! Əgər biri qəsdən və heç bir üzrlü səbəb olmadam səni tərk etsə cəzası nədir?

 

- Hədislərə əsasən deməliyəm ki, "hər kim Ramazan ayında qəsdən bir gün orucunu pozsa, iman ruhu onun vücudunu tərk edər.”

 

Siz Allaha hər dəfə şükr edin ki, sizə bu ayın orucunu tutmağı nəsib edib.

 

- Niyə yaşıl geyimdəsən ey Allahın ayı!

 

- Niyə hər şeyin niyəsini axtarırsan? Məgər hər şeyin mütləq bir izahı varmı?

 

- Bilmirəm. Amma əqidəm budur ki, bu fani dünyada heç bir şey hikmətsiz deyildir. Bizə buyrulan hər əməlin mütləq bir izahı var, biz bilməsək belə. Amma bilən biri var...

 

- Kimi nəzərdə tutursan?

 

- Sonuncu Xilaskarı. Sən Onu görürsənmi?

 

- Əlbəttə. Siz görmürsünüz?

 

- Biz... Biz... Sən mümkünsə mənə Ondan danış. Bu mövzuya daxil olsaq xəcalətli olacağıq...

 

- Odur məni ən gözəl şəkildə qarşılayıb və ən gözəl şəkildə yola salan! Odur məni məni ən gözəl şəkildə dərk edən! Odur məni ən gözəl tərzdə özündən razı salan! Odur məni ən gözəl qonaq edən! Odur gündüzləri ən kamil oruc tutan! Odur gecələri ən gözəl əhya edən! Odur ilahi kitabı bu ayda haqqı ilə tilavət edən! Odur Ramazan ayının və orucunun tam haqqını verən! Odur sizləri dua edən!

 

- (Sevinclə) O bizi dua edir?

 

- Bəli, o sizi çox sevir və çox dua edir. Məgər bilmirsiniz? Yaxşı işlərinizə sevinir, üzü gülür. Amma pis işlərinizə kədərlənir və bağışlanmağınız üçün dua edir.

 

- Kaş sizin kimi insan olub onun qəlbinin sevincinə çevriləydim, ona sevinc bəxş edən bir varlıq olaydım.

 

- Sən Allahın ayısan. Biz insanlar sənin əzəmət və fəzilətinə heyranıq. Sənin fəzilət və əzəmətini dillər danışmağa qələm yazmağa acizdir. Amma sən bizim kimi insan olmaq istəyirsən?

 

- Bəli, insan olub o Xilaskarın əsgərlərindən olmaq, mənim üçün bu fəzilətlərdən daha üstündür. Əgər həqiqi insan ola bilsəm özümdə olan bu məqam və fəzilətlər belə məndən daha aşağı olar...

 

- Bizim salamımızı o Xilaskara çatdır...

 

- Salam göndərilən, salam verənin salamını aldı artıq. Amma mən də salamınızı ona çatdıraram.

 

- Minnətdaram ey Allahın ayı!

 

- İndi gecdir gedirəm.

 

- Hara?

 

- Müəzzin sizi səsləyir. Ona Ləbbeyk deməyəcəksiniz? Bəndəçiliyin nişanəsi olan namaz vaxtı yetişdi. Mən də öz məqamıma çəkilib sizin əməllərinizə şahid olacağam.

 

- Bizi Qiyamət günü unutma ey Allahın ayı!

 

- Mən, məni dünyada əziz tutanları Qiyamət günü ucaldıb əziz və hörmətli edərəm.

 

- Bizi tanıyacaqsınız o gün? Axı o gün bütün məhşər bir-birinə qarışacaq. O gün...

 

- Mən sizi o izdihamda görüb tanıyaram. Bir ana öz övladını böyük izdiham içərisində görüb tanıdığı kimi. Axı bu haqda peyğəmbəriniz (s) sizə müjdə verib.

 

- Bu nə gözəl müjdədir.

 

- Həqiqi şəkildə kamil oruc tutub, bu müjdəyə layiq olanlar nə gözəl bəndədirlər!

 

(Sübh əzanının oxunması ilə, Ramazan ayı ilə olan söhbətimiz sona çatdı. Allah bizi həqiqi oruc tutanlardan qərar versin. Amin.)

 

 

Müəllif: Mahir Şəkərov / İlahiyyatçı yazar

 

 
 
Bölmə: Mahir Şəkərov
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 30 Haziran 2016 11:55 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun qardaw nece gozel sozlerdir adamin qelbine suzulur nece muqedes aydan ayrilacaqiq deye adam uzulur  Allah tutduqumuz oruclari qebul etsin Allah sizi bu dunyadada axiretdede Ramazan ayinin hormetine en gozel yerde qerarlawdirsin Allah evladiniza wefa versin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 29 Haziran 2016 20:18 | İstifadəçi | Şərh yazdı
AMIN AMIN AMIN ALLAH SIZDEN RAZI OLSUN QARDAS NE GOZEL ,DEYERLI VE UREY PARCALAYAN SOZLERDIR .COX BEYENDIM LAP AGLATDI MENI BU QIZIL SOZLER ALLAH ECRINII VERSIN, ALLAH BUTUN BENDELERINI SEVDIYI BENDELERDEN QERAR VERSIN IN SE ALLAH AMIN ALLAH.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.