» » İmam Zaman (ə.f), Haqq Taalanın rübubiyyət məzhəri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Zaman (ə.f), Haqq Taalanın rübubiyyət məzhəri
+5
Müəllif: Aşiqi Rüqəyya | 13-02-2016, 11:00 | Baxılıb: 1 777
 
 İmam Zaman (ə.f), Haqq Taalanın rübubiyyət məzhəri

Bismillahir-rəhmanir-rəhim

İmam Zaman (ə.s) Haqq Taalanın rübubiyyət məzhəri
Şiənin bütün sərmayəsi vilayətçilikdir. Bu həmin möcüzə və qəhrəmanlıq yaradan, izzət və şərəf gətirən İslamdır və bəşər ona möhtacdır.
Vilayətçi İslamın iki rüknü var: 1. Aşura. 2. Fərəcin intizarı.
Şiə həm Aşuraçı, həm də Məhdiçidir. Tarix boyu bütün şiə qiyamları ya Aşuraçı olub, ya da Məhdiçi. Ona görə də Aşura ziyarətinin mətnində məhdəviyyət araya gəlir.
"فَأَسْأَلُ اللَّهَ الَّذِي أَكْرَمَ مَقَامَكَ أَنْ يُكْرِمَنِي بِكَ وَ يَرْزُقَنِي طَلَبَ ثَارِكَ مَعَ إِمَامٍ مَنْصُورٍ مِنْ آلِ مُحَمَّدٍ (صلي الله عليه و آله و سلم)"
"Sənin məqamını əziz edən və sənin xatirinə məni də əziz edən Allahdan istəyirəm ki, Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) Əhli beytindən olan qalib imamın (İmam Zaman ələyhissalamın) önündə sənin intiqamını almağı mənə nəsib etsin". ("Kamuluz-ziyarat", səh. 177.)
İnsan əhli-beytin (ə) qəhrəmanlıq və müsibətlərini gördüyü halda diridir və qəhrəmanlıq yaratmaq istəyir. Bütün xeyirlər bu iki mövzuda toplanıb. Hər nəyimiz varsa, aşuradan və fərəcin intizarındandır. İran İslam Respublikasının quruluşu da bu iki mühüm məsələyə görə bizə verildi.
Fərəcin intizarı sadə bir məsələ deyil. Fərəcin intizarı, bəşəriyyət aləminin İmam Zamanın (ə.s) vasitəsilə tərbiyə olunmasını, insana insanlıq öyrətməsini, bəşəri yüksək mərtəbələrə çatdırmasını, həqiqi həyata qaytarmasını gözləmək deməkdir. Fərəcin intizarı, aləmdə tövhidi həyatın zühurunu, həqiqətin öyrədilməsini və insanın həqiqət ətəyində tərbiyəsini gözləmək deməkdir.
Məhdəviyyət, insanın öz yeni həyatına başlaması və mənəvi yüksəlməsi üçün tərbiyəyə möhtac olduğunu göstərməsidir. O zaman insanın həyatının sonu onun həyatının ən gözəl tarixi olacaq. Bütün aləm üçün ən gözəl an, o andır ki, bəşər vilayət və tövhid təlimləri əsasında yaşasın. Tövhid təlimi bütün həyatda məhdəviyyətlə gerçəkləşir.
İmam Sadiq (ə) buyurur:
"إِذَا قَامَ قَائِمُنَا، وَضَعَ اللَّهُ يَدَهُ عَلى‏ رُؤُوسِ الْعِبَاد"
"Bizim Qaimimiz zühur etdikdə, Allah əlini bütün bəndələrinin başına qoyacaq". ("Kafi", c. 1, səh. 56.)
İmam Zaman (ə.s) zühur edəndə Allah əlini bütün bəşərin başına qoyacaq. Bu, Allahın xüsusi feyz əlidir. Təkvin nizamında insan və təbiət aləminin həyatı üçün Allahın əli hər an onların başı üzərindədir. Çünki aləmi Öz rəhmanlığı üzərində yaratmışdır.
Allah Taala Öz xas əli ilə nəfsi istəkləri, şəhvəti, pərişanlığı insanların başından çıxaracaq, hamının diqqəti həqiqətə yönələcək. Bu, o zaman olacaq ki, bütün insanlar bir nəfəri öz qiblələri qərar versin və bir nəfərə üz tutsun.
Zühur baş verdikdə Allah Özünün xüsusi rəhmət süfrəsini açacaq və Özünün bütün feyzlərini aləmə verəcək. Allah Öz əlini bütün bəşərin, rəvayətdə gəlib ki, bütün mövcudların, hətta vəhşi heyvanların başı üzərində qərar verəcək.
Bütün aləm dəyişəcək. Çünki əsas insandır, o tərbiyə olsa, bütün aləm tərbiyə olar. İnsan sözə baxan olmadıqda aləm də sözə baxmır. Bizim əməllərimizin əks reaksiyası vardır.
Bu cahan dağdır, bizim işimiz nida
Bizə qaytaracaq nidamızı səda.
Bizim əməllərimizin əks reaksiyasından aləmdə fəsad yaranır.
"ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ"
"İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr". ("Rum" surəsi, ayə 41.)
Yer üzündə fəsad insanın öz əli ilə yaranır. İnsanın əli, niyyət və fikri bulaşıb, ona görə aləməi də bulaşdırır. Əgər insan özünə gələ bilsə və özünü tanıya bilsə, aləm səfa və səmimiyyətlə dolar, hətta yırtıcı heyvanlar da sülh edər. Belə olduqda insan Allaha yönəlməli olan vücudunun həqiqətini tapar.
Rəbbin məzhəri aləmdə İmam Zamandır (əc) və o aləmin mürəbbisi, tərbiyəçisidir.
"السَّلَامُ عَلَيْكَ يَا دَاعِيَ اللَّهِ وَ رَبَّانِيَّ آيَاتِه‏"
"Salam olsun ey Allahın dəvətçisi və ayələrinin məzhəri (Mehdiyə)". ("Bihar əl-ənvar", c. 91, səh. 3.)
İmam Zaman (ə.s), Pərvərdigari-Aləmin bütün ayələrinin məzhəri və Onun bütün ayələri ilə tərbiyə olunmuşdur.
İmam Zaman (ə.s) zühur etdikdə Haqq Taalanın rəhmiyyətinin təcəllisinin məzhəri olacaq. İnsanın Allaha yaxın olmaq məqamı yuxarı qalxacaq və Allaha daha yaxın olacaq, sanki, Allah onun başı üzərində dayanaraq birbaşa tərbiyə edir.
O, gəlir ki, insanların ağlında inqilab və çevriliş yaratsın və insan nəfsi istəklərinə bağlı olmasın.
"يُثِيرُوا لَهُمْ دَفَائِنَ الْعُقُول‏"
Peyğəmbərlər (ə) insanların ağlında çevriliş yaratmaq üçün gəliblər. İnsanların ağlı hələ feliyyət məqamına yetişməyib. Fəal ağıl (Demiurq) yalnız insanları bütün həqiqətə çatdıra bilər.
Peyğəmbərlər (ə) insanların ağlında çevriliş yaratmağa nail ola bilmədilər. Ona görə də hamısı intizardadılar. Qurani-kərim buyurur:
"فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ"
"Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyənlərdənəm!" ("Əraf" surəsi, ayə 71.)
Bu ayədən belə nəticəyə gəlmək olar ki, Allah da Öz hökmlərini aləmdə həyata keçirmək üçün gözləyir.
İnsanın ağlı kamala çatsa, hər şey onun üçün nəqd olacaq.
"فَجَمَع‏ بِهَا عُقُولَهُم"
"Onların ağlını toplayar". ("Kafi", c. 1, səh 56.)
Bütün bəşərin ağlını toplayacaq və insanların üzünə mərifət qapısı açacaq.
"وَ كَمَلَتْ بِهِ أَحْلامُهُم"
"Onların yuxularını kamala çatdırar". ("Kafi", c. 1, səh 56.)
İnsanın yuxularını da dəyişdirər. Bizim gördüyümüz yuxular pərakəndə və qarışıq yuxulardır. Yuxuda insana həqiqət verilməlidir. Rəvayətdə gəlib ki, səhabələr hər gün Peyğəmbərin (s) yanına gəlirdilər və həzrət onlara buyururdu: "Yuxuda qeyb aləmindən bir müjdə almısınız?" ("Kafi", c. 8, səh. 90.)
Şiənin etiqadı budur ki, aləmin mürəbbisi vardır və elə indi ona qovuşa bilərsən, elə indi onunla yaşaya bilərsən.
Peyğəmbərlərin (ə) inqilabını İmam Zaman (ə.s) başa çatdıracaq. Ona görə də bütün peyğəmbərlərin (ə) intizardadılar.
Quranda oxuyuruq ki, bir neçə mələk həzrət Luta (ə) qonaq oldu, halbuki Lut (ə) onların mələk olduğunu bilmirdi. Həyasız camaat onun evinin qarşısına toplaşdılar və qonaqları onlara vermələrini istədilər. Həzrət Lut (ə) onlara dedi: "Mənim abrımı aparmayın, onlar mənim qonağımdır". Dedilər: "Biz nə deyirik, Lut nə deyir". Sonra Lut (ə) onlara buyurdu:
"لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ آوِي إِلَىٰ رُكْنٍ شَدِيدٍ"
"Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim". ("Hud" surəsi, ayə 80.)
İmam Sadiq (ə) bu ayə barədə buyurur: "Qüvvət, imam Zamandır (ə.s)". ("Təfsiri Qumi", c. 1, səh. 336.)
Həzrətin (əc) gəlişi ilə bütün aləmdə çevriliş yaranacaq. Əmir əl-möminin (ə) buyurur:
"لَوْ قَدْ قَامَ قَائِمُنَا لَأَنْزَلَتِ السَّمَاءُ قَطْرَهَا"
"Bizim Qaimimiz zühur edəndə göy öz yağışını yağdıracaq". ("Bihar əl-ənvar", c. 10, səh. 104.)
Göyün nəyi varsa, yerə tökəcək, hər bir tərəfə yağış yağacaq. Bizim nəfsimiz səhra kimidir, bizim nəfsimiz quruyub, ölüb, hamar deyil. Ona görə aləm də hamar deyil.
"وَ لَأَخْرَجَتِ الْأَرْضُ نَبَاتَهَا"
"Yer öz bitkilərini göyərdəcək".
Yerin bütün gücü aşkar olacaq.
"وَ لَذَهَبَتِ الشَّحْنَاءُ مِنْ قُلُوبِ الْعِبَاد"
"Kinlər insanların qəlbindən çıxacaq".
Rəvayətdə gəlibdir ki, sədəqə vermək üçün yoxsul tapılmayacaq.
"وَ اصْطَلَحَتِ السِّبَاعُ وَ الْبَهَائِم‏"
"Hətta yırtıcı heyvanlar da bir-birlərilə sülh edəcəklər".
İmam Zaman (əc) özü ilə zahiri və batini əmin-amanlıq gətirəcək ki, bəşər həqiqi və tövhidi həyatın ləzzətini dadsın.
 
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu


 
 
Bölmə: İslami mövzular
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 14 Şubat 2016 10:05 | Sayt nəzarətçisi | Şərh yazdı

ALLAH RAZI OLSUN ALLAH AGAMIZIN ZUHURUN TECILI ETSIN AMIN

Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: firengiz | Status: İstifadəçi Offline | 14 Şubat 2016 00:00 | İstifadəçi | Şərh yazdı
BİSMİLLAHİR-RƏHMANİR-RƏİM.BƏLİ,TƏMİZLİK,SÜLH VƏ ƏMİN-AMANLIQ.YA RƏBBİM SƏNƏ TƏVƏKKÜL...ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM...ALLAH RAZI OLSUN,ƏCRİNİZİ VERSİN.AMİN İNŞAALLAH.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.