» » Bizə çatan bərəkətlər - Kərbəladandır


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Bizə çatan bərəkətlər - Kərbəladandır
+5
Müəllif: Fatimə Nuri Xuda | 25-11-2015, 21:00 | Baxılıb: 1 375
 

 

Bizə çatan bərəkətlər - Kərbəladandır


Böyük alimlərimizdən biri tövsiyələrində buyurur: "O sünnəti rövzələri və o müsibətləri diri saxlayınız. Bizə çatan nə bərəkət varsa, onlardandır. Bu bərəkətlər - Kərbəladandır. Kərbəla və Seyyiduş-Şühədanın (ə) mübarək adını diri saxlayınız ki, onun diri qalması ilə İslam diri qalır”. Rövzə və mərsiyələri diri saxlamaq - o deməkdir ki, onları qorumalıyıq, yaşatmalıyıq. Əzadarlıqlar təşkil olunmalı və həmin əzadarlıqlarda İmam Hüseynin (ə) Kərbəla müsibəti insanlara çatdırılmalıdır. Necə ki, İmam Hüseyn (ə) Kərbəlanı yaşamaqla İslamı diriltdi, onu bir din olaraq aradan getməyə qoymadı, eləcə də Kərbəla müsibətini diri saxlamaqla İslam dininin diri qalmasına səbəb olarıq. Bizim əldə etdiyimiz bütün bərəkətlər - İmam Hüseynin (ə) əzadarlığındandır.


Hər bir Hüseynçinin üzərində olan məsuliyyət


Hər il dünyanın istənilən yerində yaşayan Hüseyn (ə) aşiqləri, Hüseyn (ə) əzadarları Məhərrəm əyyamı başlayandan İmam Hüseyn (ə) hərəkatının yalnız tarixi deyil, həmişəyaşar, diri bir fenomen olmasını, bunu yaşatmaları ilə təsdiqləyirlər. Məhərrəm ayının onuncu günü – Aşura günü baş verən bu hadisəni ildən-ilə, əsrdən-əsrə ötürərək, bu günü bir təqvim günündən daha yüksəklərə qaldırırlar.

Məhərrəm-Səfər əyyamını yaşatmaq hər birimizin üzərindədir. Böyük alimlərdən birinin buyurduğu kimi, bu əyyamın yaşadılması vacibi-kifayədir, yəni hər kəsin üzərindədir. Aşuranı yaşatmaq, Məhərrəm-Səfər əyyamını yaşatmaq – hər kəsin üzərindədir. Necə ki, dünyadan bir müsəlman köçəndə bir qrup onun dəfni ilə məşğul olana qədər həmin insanın dəfn olunması hər kəsin üzərindədir və əgər bir qrup onun dəfn mərasimi ilə məşğul olsa, bu zaman digərlərinin boynundan bu vəzifə götürülmüş olur – o cür də məhərrəm-səfər əyyamını yaşatmaq da belədir. Bu, hər birimizin üzərindədir. Bəli, kimlərsə bunu yaşatmağa başlayarsa, biz də gedib kömək edərik. Amma bu baş verməyənə qədər, hər kəsin üzərindədir. Bu qədər bu əyyamın yaşadılması baxınmından üzərimizdə Allah qarşısında məsuliyyət var.

Bizim el-obamızın, ata-babalarımızın, ağsaqqal-ağbirçəklərimizin qarşısında bu məsuliyyətimiz var. Hansı ki, Sovetin ən ağrılı dönəmində, ən ağır illərində bu əyyamı yaşadıblar. Bu əyyamın yaşanmasını qoruyublar. İçlərindən təbii olaraq gəlib bu. Günümüzdə də bu yaşanır. Təbii yaşanır. İnsanların içindən gələrək yaşanır. Bu, xalqın içindən gələn bir məsələdir. Bizim məmləkətimizdə çox az məsələlər var ki, o günlər gələndə, o hadisələr olanda insanların içindən gəlmə bir hərəkətlənmə olur. Məhərrəm də belə hadisələrdəndir. Elə bir hadisə, elə fenomen tapa bilmərik ki, xalqın iki ay müddətlik həyatına təsir göstərmiş olsun. Bir il deyil, iki il deyil, on il deyil, yüz il deyil - hər il bu hal təkrarlanmış olsun. Hər il xalq qərara gələ ki, iki ay biz belə yox, başqa cür yaşayacağıq. 


İmam Hüseynə (ə) məhəbbət – fitrətdədir


İmam Hüseynə (ə) məhəbbət insanın fitrətindən gəlir. İmam Hüseynə (ə) sevgi – gözəlliklərə sevgidir. Bu müsibətdə, faciədə üz-üzə gələn tərəflər - haqla batildir. Bu müsibətdə gözəlliklərlə eybəcərliklər qarşı-qarşıya gəlib. Bir tərəfdə İmam Hüseyndir (ə), digər tərəfdə lənətlik Yeziddir. Bir tərəfdə bəşərin ən alisi, ən gözəli - Hüseyndir (ə), bir tərəfdə bəşərin ən eybəcəri - lənətlik Yezidddir. Bir tərəfdə Abbaslar, Əli Əkbərlər, Əli Əsğərlərdir, Həbiblərdir, Hürrlərdir – insanlığın ən nəcib, ən fədakar, ən şücaətli şəxsiyyətləridir. Digər tərəfdə isə ən iyrənc, ən zəlillərdir – şimrlər, ömər sədlər, ibn ziyadlar, hərmələlər və digər tör-töküntülərdir.

Həmd olsun Allaha ki, xalqımıza bu xeyirlə şər arasında sərhədi bilmək nəsib olub, bu duyğuları yaşatmaq nəsib olub. Həmd olsun Allaha ki, məmləkətimizdə Aşura yaşadılır - xüsusən də gənclər tərəfindən. O gənclərin, o yeniyetmələrin əllərindən öpülməlidir ki, bu əyyamın günlərində, Tasua, Aşura günlərində Əba Abdullahın (ə) bayrağını götürüb, piyada ziyarətgahlara gedirlər. Onlar İmam Hüseyni (ə) yaşadırlar. Ədəblə, ərkanla, içdən gələn duyğularla yaşadırlar.


Duyğuların təzahürü


Məhərrəmliyi yaşatmaq, ruhu məhərrəmlik ovqatına gətirmək mövzusu, İmam Hüseynə (ə) göz yaşı tökmək mövzusunun açıqlanmasını labüd edir. Məhərrəmlik əza ayıdır, əzadarlıq ayıdır. Bir aydır ki, burada Əba Əbdillahın (ə) müsibətini yaşatma baş verir. Bu ayda müsəlmanar İmam Hüseynin (ə) başına gələn müsibəti yaşayırlar. İnsanlar bu dönəmdə əzadarlıq edirlər. Şüurlu surətdə, iradəvi surətdə insanlar qəmli olarlar məhərərəmlikdə. Necə Qədir-Xum günü şadlanmaq, şadlıq zəminləri yaratmaq günün əməllərindəndlir, Aşura günü də qəmlənmək günün əməllərindəndir. Dinimiz Qədir-Xum günündə müsəlmanın iradəvi şadlanmasını necə istəyirsə, məhərrəm dönəmində də iradəvi qəmlənməsini istəyir.

Bunun iradəviliyindədir bərəkət. Təbərrüklük - qəm fəlsəfəsini dərk edərək, iradəvi surətdə bunu yaşatmaqdan qaynaqlanır. Bu müsibəti yaşatmağın, əzanı saxlamağın ayrılmaz xüsusiyyəti, ünsürü - səmimi göz yaşlarıdır. 

 

 

Kitabın adı: Eşq qibləsi Kərbəla  

Müəllif: Hacı İlqar İbrahimoğlu


 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 26 Kasım 2015 00:51 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun bacım deyərli məlumatdır, Allah bizləri axirətdə Əhlibeytdən ayrı salmasın inşəAllah amin.

--------------------
Не нравится +1 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.