Yaranış aləmi hikmətsiz ola bilərmi?
0
Müəllif:
Elya | 29-07-2015, 20:00 | Baxılıb: 1 413
Yaranış aləmi hikmətsiz ola bilərmi?
Әgər aləmin zərrələrindən bircə zərrə də hikmətsiz deylsə, aləmin özü hikmətsiz ola bilərmi?! Əgər bədən üzvləri, hətta dırnaq və tüklər əbəs yerə yaranmamışsa, insanın özü hikmətsiz yaradıla bilərmi?!Müasir dünya alimlərinin hamısı bu fikirdədir ki, yaranışın hikmət və səbəblərinə hələ də vara bilməmişlər. Təqribən 30-40 il əvvəl Avropa tibb alimləri bu qərara gəldilər ki, insan bədənində artıq bir hissə (kor bağırsaq) mövcuddur. Hətta uzun müddət sağlam adamlar cərraha müraciət edib, həmin üzvü kəsdirdilər. (Hətta görpə anadan olan kimi onun kor bağırsağının kəsdirilməsi halları ilə də təcrübədə rastlaşmışıq.) Nəhayət, bu fikri ortaya atmış adamlar e”lan etdilər ki, sağlam adam bu işi görməməlidir. Sən demə, kor bağırsaq (apendiks) bədən axarlarında "şeypur” vəzifəsini daşıyırmış. Bu axarlar çirklənib təhlükəyə mə”ruz qaldıqda gor bağırsaq insana xəbərdarlıq edir. Son anda isə təhlükə müalicə ilə aradan qalxır (mümkündür tibbə qaranlıq qalmış başqa hikmətlər də vardır)
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.