Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Ön söz
0
Müəllif: Yusifi Zehra | 1-03-2015, 13:30 | Baxılıb: 710
 
 
Ön söz

Biz insanlar–hər birimiz müxtəlif yönlərdən yaşa-dığımız topluma sıx bağlıyıq. Həmçinin, bu günkü cəmiyyətimiz zəncirvari bir silsilə ilə yer üzündə yaşa-mış xalqlarla ayrılmaz bir bağlılığa malikdir. Bəşərin ictimai bağlılığı bir tərəfdən, tarixi bağlı-lığı digər tərəfdən insan həyatına xüsusi rövnəq verib onun qarşısında müəyyən məsuliyyətlər qoyur.
Quran hər yerdə insana ictimai bir mövcud olaraq xitab edir, onun vəzifəsini bu xüsusiyyətinə əsasən müəyyənləşdirir. İctimai bağlılığın möhkəm və ayrılmaz olduğunu bəyan edən ilahi ayələr daha irəli gedərək bütün möminləri qardaş və bir ailənin üzvü hesab edir; insa-niyyət dünyası üçün olduqca gözəl və dərin olan bu şüarı seçir: "Həqiqətən möminlər qardaşdırlar.” ("Hucurat”, 10.)
İnsanın kamillik yolu yaşadığı toplumdakı digər insanlarla münasibətdən çox asılıdır. Quran bu həqi-qəti qaçılmaz ilahi qanunlar sırasında qeyd edir.
Təbiət aləmində Allahın qoyduğu qanunlardan biri də insanların tarix boyu etdikləri əməllərinin sonda–yaxşı və ya pis olmasından asılı olmayaraq özlərinə qayıdacağı qanunudur. Dünyada heç bir əməl əks təsirsiz qalmır. Fiziki qanunlarda da belədir: Hər təsir əks təsirə malikdir. Mövlana Cəlaləddin Rumi demişkən:
 
Cahan sanki dağ, əməllər haray,
Əks-sədasıyla hərə alır pay.
Pislik edən kəs, bilsin ki, yəqin,
Əkilən hər toxum cücərir bir gün.
 
Mövlana insan əməlini səsin doğurduğu əks-sədaya bənzətmişdir. İnsan gec-tez öz əməllərinin bəhrəsini həm dünyada, həm də axirətdə dadacaqdır. Atalar məsəlində də deyilir: "Nə tökərsən aşına, o da çıxar qaşığına.”
Şübhəsiz, hər günah iş, ictimai quruluşa zidd hərəkətlər istər-istəməz insanların həyatında öz acı bəhrələri ilə təzahür edir. Zəhərli bir yemək insanın bədən sisteminə öz təbii mənfi təsirini göstərdiyi kimi, günah iş də öz təbii təsirlərilə insanı müxtəlif ictimai və fərdi problemlərə düçar edir. Misal üçün:
Yalanın təsiri ilə yalançının xalq arasındakı etimadı aradan gedir.
Əmanətə xəyanətin təsiri ilə xəyanətkarın ictimai əlaqələri zəifləyir.
Xalqa zülmün təsiri nəticəsində ictimai üsyan baş qaldırır.
Fəsad işlərin çoxalması nəticəsində yerin, göyün bərəkəti azalır.
Sileyi-rəhmin kəsilməsi ilə insanın ömrü qısalır.
Haram mal yeməyin təsiri ilə qəlbi qəsavət bürüyür və haqq söz ona təsir etmir.
Zinanın doğurduğu təsir təbii bəlaların–zəlzələnin, selin çoxalmasına gətirib çıxarır; həmçinin insanın ruzisinin azalmasına səbəb olur. Xülasə, hər xilaf iş–istər böyük olsun, istərsə də kiçik–xoşagəlməz əks-əməllərlə nəticələnir.
Quran buyurur ki, dünyada baş verən bütün müsibətlər, pisliklər insanların öz əməllərinin nəticəsidir. Əgər insanlar dünyalarını və axirətlərini abad, bərəkətli görmək istəyirlərsə, gərək günah işlərdən əl çəksinlər:
"Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların baş-larına göydən və yerdən bərəkət yağdırardıq...”("Ə`raf”, 96.)
"Yer üzünün (qədim) sakinlərindən sonra ona varis olanlara (onların yerinə gələnlərə) aydın olmadımı ki, əgər Biz istəsəydik, onları da günahlarına görə müsibətlərə düçar edər, ürəklərini möhürləyərdik (düşüncə və təfəkkür qabiliyyətindən məhrum edər-dik) və onlar da (öyüd-nəsihət) eşitməzdilər?”(Ən`am”, 100.)
Maraqlı bir nöqtə budur ki, Allah-təala günahın qarşılığı olaraq insanı düçar etmək istədiyi müsibətlər sırasında "ürəklərin möhürlənməsi”ni göstərir. Bundan da böyük bədbəxtlik nə ola bilər ki, insan düşüncə və təfəkkür qabiliyyətindən məhrum olsun? İnsanın izzəti, şərəfi, insaniyyəti, digər canlılardan üstünlüyü onun şüuruna görədir. Bəzən insanlar zahiri firavanlıq içərisində yaşayır, özlərini xoşbəxt sanırlar. Halbuki düşüncədən məhrum olduqları, bəla ilə üzləşdikləri halda narahat deyillər. Onlar Allahı unutmuşlar, Allah da onları unutmuş, özbaşına buraxmışdır. Görən ətrafında baş verənlərə biganə, laqeyid, düşüncəsiz harın insan "mən də insanam”–deyəndə nəyi nəzərdə tutur?
Quranda gələcək nəsillərə ibrət olsun deyə keçmişdəkilərin həyatından əhvalatlar nəql edilir. İlk baxışda adi nağıla oxşayan bu əhvalatlar Allahın bəzən təkrar-təkrar bəyan etməsi insanda sual doğurur: Quran bununla insanlara nə demək istəyir? İlahi kitab bu əhvalatlara niyə bu qədər yer ayırmışdır?
Bilməliyik ki, Quranın ayələri külli məna daşıyıb ümumiyyət təşkil edir. Quran ayələri öncə yaşamış tayfaların, xalqların hekayəsini nəql etsə də, ayədəki mənalar həm də sonra gələcək nəsillərə şamil olur. Daim hərəkətdə olan günəş müəyyən məkan və zamana aid olmadan onunla üzbəüzdə duran planeti işıqlandırdığı kimi, Quran da hər zaman və məkanda onunla qarşılaşan kəsə hökm və nur verir. Bu minvalla hər dövranda Quran öz hökmünü gələn nəsillərə şamil edir. Bu mənada Quranda göstərilən əhvalatlarda bəyan edilən hər bir peyğəmbərin və ümmətin şərhi-halı təkcə o dövrü əhatə etməyib, həm də öncəki və sonra gələcək insanların tək-təkinə aid edilməkdədir. Bu əhvalatlar həqiqətdə bizim öz əməllərimizdən, əqidələrimizdən, xüsusiyyətlərimizdən çıxarılmış ümumi nəticələrdir. Yəni bütün cəhətlərdən bizə oxşayan, öncə gəlib getmiş xalqların həyatından götürülmüş və əhvalat formasında verilmiş ibrətlərdir. Biz bu hekayələri oxumaqla onların zəif nöqtələrini, üzləşdikləri müsibətlərin səbəblərini ibrət güzgüsündə görüb bununla öz nəfsimizdən agah olur, onun islahına çalışırıq. Həmçinin öncəki insanların həyatdakı müvəffəqiyyətlərinin səbəbini, yaxşı əməllərinin hansı bəhrələrlə müşahidə edildiyini görəndə, həmin cəhətləri özümüzdə gücləndirmək və ya yaratmaq istəyirik. Başqa sözlə desək, bizim nəfsimizdə "Firon” da var, "Musa” da, "İbrahim” də var, "Nəmrud”da, həmçinin "Adəm”, "Habil və Qabil”, "Səmud qövmü və Saleh”, "Ad qövmü və Hud”, nəhayət "Məhəmməd və müşriklər” də bizim nəfsimizdə yer almışlar.
Biz, Musa və Bəni-İsrailin əhvalatlarını oxuyanda, Bəni-İsrailin süstlüyünü, yersiz iradlarını, buzova sitayiş etmələrini, tez bir zamanda yoldan azmalarını görürük. Bilməliyik ki, həmin cəhətlər–süstlük, irad tutmaq, nəfs istəklərinə meyl, yoldan azmaq bizdə də var. Əgər bizlərdən hər birimiz bir anlıq Allahdan qafil olsaq, həmin anda, Bəni-İsrail qövmü buzova tapındığı kimi də dünya cah-cəlalına üz tutur, yolumuzu itiririk. Onlar hansı bəla ilə üzləşmişlərsə, həmin bəla bizim də sorağımıza gəlir. Əgər Musa kimi imanımızda sabit və dayanıqlı olsaq, biz də xalis insanlardan olarıq.
Quranın bu dəyişməz qanunları bütün dövrlərdə eyni hökmlə çıxış etməkdədir. Əgər bir anlığa keçmişimizə nəzər salsaq, hətta azacıq ayıq olub ətrafımızda baş verənlərə diqqət yetirsək, indinin özündə də "fironları” və "musaları” aydın görə bilərik. Tarixin səhifələ-rində dediklərimizi təsdiqləyəcək kifayət qədər maraqlı faktlar mövcuddur. Hazırkı kitabda çox sadə üsulla–insanların öz əməllərinin təsiri ilə üzləşdikləri hadisələr əməl və əks-əməllər qanunu çərçivəsində əks etdirilmişdir. Əslində bizim hər birimizin həyatında özümüzə və başqalarına ibrət olacaq belə hadisələr çoxdur.
Ümidvarıq hər kəs, xüsusilə də gənclərimiz qəlb-lərinin gözlərini saflaşdırıb heç vaxt qubar götür-məyən bu güzgüyə baxmaqla həyatın ibrət dolu çalarla-rından rəng alacaq, öz zahir və batinlərini zinətlən-dirəcəklər.
 
Kitabın adı: İbrət güzgüsü
Müəllif: Məlahət Əsədova

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 1 Mart 2015 22:14 | Administrator | Şərh yazdı
[quote=Hüseynçi Mədinə]span style="font-weight: bold; font-style: italic; color: rgb(239, 0, 120);">Esselamun eleykum rehmetullahu ve berekatu. yeni iktab paylasirsan bacican xeyirli ugurlu olsun inşAllah. MasaAllah gündən-günə xəbər paylasanlarin sayı coxlarib sayenizdə bilmədiklərimiz oyrənirik. saytimiz gündən-günə gözəlləşir. yeni kitablar əldə edirik. Allah əcrin versin Leylam. Kərbəla səfərin olsun. 
Çox sağ ol Bacım. Xeyirli günün olsun. Həm dünya həmdə axirətində. Bahəm bacı, Allah əcrimizi verər inşAllah.-Amin

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 1 Mart 2015 14:12 | Redaktor | Şərh yazdı
Esselamun eleykum rehmetullahu ve berekatu. yeni iktab paylasirsan bacican xeyirli ugurlu olsun inşAllah. MasaAllah gündən-günə xəbər paylasanlarin sayı coxlarib sayenizdə bilmədiklərimiz oyrənirik. saytimiz gündən-günə gözəlləşir. yeni kitablar əldə edirik. Allah əcrin versin Leylam. Kərbəla səfərin olsun. 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.