Dua
Kasıb geyinmiş bir qadın qayğılı şəkildə mağazaya daxil olur. Utana-utana dükan sahibinə yaxınlaşaraq ərinin xəstə olduğunu, yeddi uşaği ilə ac olduqlarını söyləyir. Dukan sahibi ona tərs baxışlarla baxaraq magazanı tərk etməyini əmr edir. Qadının başqa çarəsi olmadığı üçün yalvarmağa başlayır:
-Pulumuz olan kimi gəlib borcunuzu qaytaracam. Magazaya gələn başqa bir müştəri bunların söhbətini eşidir. O, dukan sahibindən xahiş edir ki, qadına lazim olan bütün ərzaqları vərin və borcu mənim adıma yazın. Dükan sahibi narazı halda qadından soruşur:
-Ərzaqların siyahısını yazdığınız kağız var? Qadın başını aşağı salaraq: "Bəli" deyir. Dukan sahibi:
-Onda o kağızı tərəzinin gözünə qoyun. Nə qədər ağırlıqda gəlsə sizə o qədər də ərzaq verəcəm. Qadın əvvəlcə duruxur, sonra nə isə yazılmış kağızı çıxarıb tərəzinin gözünə qoyur. Dukan sahibi ərzaqları yığmağa başlayır, amma nə qədər yığsa da tərəzinin kağız qoyulan gözündən ağır gəlmir. Dükan sahibi çox təəccüblənir, məcbur olub yığdığı ərzaqları qadına verir. Ona maraqlı gəlir ki, kağıza nə yazılıb? Kagizi oxuyur: "Allahim menim neye ehtiyacim oldugunu sen bilirsen. Her sheyin sahibi sensen." Tərəzinin kağız qoyulan gözü qırılır. Dükan sahibi nə olursa olsun duadan ağır olmadığını anlayır.
Dua-bizim ucun verilmish bir hediyyedir.