Haqq ilə batilin arası
+10
Müəllif:
Şahin | 14-01-2014, 15:42 | Baxılıb: 1 717
HAQQ İLƏ BATİLİN FASİLƏSİ
Mö`minlər ağası Həzrət Əli
(əleyhissalam) bir gün camaatın əxlaqi inkişafı və bu yoldakı irəliləyiş
mərhələləri barədə söhbət etdiyi zaman buyurduEhtiyatlı olun ki, başqasının arxasınca danışmayasınız (yə`ni
nə qeybət edin, nə də eşidin).Haqq olmayan sözlər çoxdur ki, onların hamısı aradan
getməlidir. İnsana qalacaq onun öz əməlidir. Çünki, Allah görən və eşidəndir.Bilin ki, haqq ilə batil arasındakı məsafə dörd barmaqdan
artıq deyildir.Orada olanlardan biri Həzrətə sual verib soruşdu: Sənin bu
sözünü necə başa düşək?İmam Əli (əleyhissalam) barmaqlarını yan-yana tutub qulağı
ilə gözünün arasında qərar verərək buyurdu: «Batil odur ki, qulağınla eşidəsən,
haqq isə odur ki, deyəsən gördüm!»
Mövlamız
Həzrəti ƏLİ (ə)-ın xütbələrindən Nəhcül-Bəlağa
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.