» » » Səadətli təvəllüd


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Səadətli təvəllüd
+5
Müəllif: Fatimə Nuri Xuda | 20-12-2014, 16:00 | Baxılıb: 969
 

Səadətli təvəllüd

Günəş haradan çıxır, haradan nur saçır? Parlaq şüalarını qızıl sikkə yağışı kimi gümüş zərrələr, ətirli şeh damcıları kimi haradan aşağı səpələyir?..
Əgər təbiət günəşinin çıxdığı yer səmanın civəyə bənzər üfüqləridirsə, mənəviyyat və ruhanilik günəşinin başqa evi – çıxdığı yer var: bu Məhəmmədin (s) – Allahın elçisinin, İslam peyğəmbərinin, sonuncu ilahi peyğəmbərinin evidir – nur evidir, mənəviyyat günəşinin məkanıdır...
Bura – bu kiçik və sadə, eyni zamanda əzəmətli və cəlallı ev – böyüklüyü və əzəməti sayəsində yox, sakininin əzəmətində və sakinlərinin şərəfində olan bu ev - elə bir evdir ki, orada mənəviyyat və ruhanilik günəşi görünür və təbiət günəşi – yer üzünü nura boyayan bu çıraq həsrət gözü ilə ona baxır...
Həmin günəşin nurlarının iki şüası zərlidir – namus və paklığın parlaq ulduzudur, yəni Fatimeyi-Zəhradır (ə). O, dünyaya göz açır ki, dünyanın gözünü özünün cəlallı gözəlliyinin tamaşasından qamaşdırsın...
Bəli, Fatimeyi-Zəhra (ə) – namus və paklığın o parlaq ulduzlu nurlu ailədə, vəhy evində, səma mələklərinin endiyi yerdə, Cəbrayılın mənzil yerində, peyğəmbərlik və dindarlıq günəşinin doğduğu yerdə dünyaya göz açdı və İslam dünyasına, mənəviyyat və ruhanilik üfüqünə öz səadətli təvəllüdü və mübarək varlığı ilə başqa bir nur, işıq bəxş etdi...
O, elə bir evdə dünyaya göz açdı ki, insanlıq dünyası uzun zamanlardan bəri intizar gözünü ona dikmişdi. Elə bir ev ki, dünyanın və tarixin gözləri onun nurlu və qızdırıcı şüaları ilə, təlim-tərbiyə işığı ilə qamaşmışdır. Elə bir ev ki, bəşər cəmiyyətinin yeganə müəlliminin yeri, məskəni orada özünə qərar tapmışdır: Məhəmmədin (s) evi, Peyğəmbərin evi, özü məktəbə getməyən, yazı yazmayan, lakin bir göz qırpımında yüzlərlə müəllimin ustadı olan bir müəllimi evi. 
Bəli, bura Peyğəmbərin evi, Peyğəmbər ailəsinin işıqlı ulduzunun, imamlıq beşiyinin qurucusunun və paklıq, namus simvolunun təvəllüd yeri idi... Fatimeyi-Zəhra uşaqlıq dövrünü bu evdə keçirdi. Bu evdə - tərbiyə beşiyində, İslam peyğəmbərinin (s) – bəşəriyyətin yeganə müəlliminin birbaşa rəhbərliyi altında böyüdü... Nə xoşbəxt uşaqdır o kəs ki, yer üzünün və zamanın Pərvərdigarı belə bir müəllimi – peyğəmbərlik zirvəsinin müəllimini, müəllimlik zirvəsinin peyğəmbərini onun tərbiyəsi və rəhbərliyi üçün seçmiş olsun. Məhəbbət və nəvaziş zirvəsinin bu müəllimi, eyni zamanda dünyanın ən layiqli atasıdır, zaman-zaman yer üzünə səpələnmiş bəşər əhlinin, insan nəsillərinin tərbiyəçisidir. 
Fatimənin böyük və alicənab atası haqqında doğrudan da, nə demək olar? Axı onun əzəmətinin sonsuzluğundan, cəlal və şövkətinin ucalığından dilin bir söz deməyə, qələmin isə bir şey yazmağa güc və taqəti yoxdur. Dünya tarixi belə bir atanı tanıtmaqda qəddini düzəltmişdir. Əsrlər boyu nəsillər ardınca gələn nəsillər onu vəsf etmişlər. Lakin tarix hələ bu yolun lap başlanğıcında özünü itirərək qalmış və bəşəriyyət hələ onun tərifi haqqındakı ilk kəlamı axıra qədər deyə bilməmişdir.
Doğrudan da, Peyğəmbərin (s) xəsiyyət və keyfiyyətlərinin təsviri, o həzrətə məxsus əlamətlərin tərifi Pərvərdigarın Özünün kəlamlarını bəyan etmədən mümkün deyil. Ona görə də yaxşı olar ki, biz də burada bəlağətli səma kəlamlarından birini yada salmaqla kifayətlənək. Orada ki, Allah-təala Peyğəmbərin xasiyyətini, əxlaqını, həyat tərzini layiqli bir şəkildə təsvir edir, həmin bənzərsiz təriflə də özünün misilsiz qüdrətini bəyan edir. Belə ki, buyurur: "Doğrudan da, sən böyük bir əxlaq sahibisən.”
Bəli, o, doğrudan da, belə bir tərifə tam layiq idi, bu haqqı qazanmışdı. Pərvərdigar Fatimeyi-Zəhranın (ə) atası (s) haqda belə bir söz buyurduğu halda Onun zəif məxluqu hansı kəlamı dilinə gətirə və yaza bilər?

Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
Müəllif: Əqiqi Bəxşayişi

 
 
Bölmə: Əhli Beyt / Fatimeyi Zəhra (s.ə)
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 20 Aralık 2014 23:54 | Redaktor | Şərh yazdı
ALLAH SENDEN RAZI OLSUN BACIM ÇOX SAĞ OL ELLERİN VAR OLSUN
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 20 Aralık 2014 22:10 | İstifadəçi | Şərh yazdı
Allah sonsuz razı qalsın inşAllah.
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.